Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

posted in: Xəbər | 0

Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

Publik hüquqi şəxslərAzərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən bu müddət 2020-ci il yanvarın 1-dən 1 ildən 2 il müddətinə artırılır.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən il müddətinə ƏDV-dən azad edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

posted in: Xəbər | 0
DSMF saxta əlillik işi“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib:
“Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir. 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.
Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik. Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb”.
Mənbə: apa.az

Amerika dolları necə hazırlanır? (2-ci hissə)

posted in: Xəbər | 0

dollarAmerika dolları necə hazırlanır

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Sonra su nişanlı və təhlükəsizlik ipləri olan rulonlar ABŞ-ın qrafüra və çap üzrə həmin bürosuna daxil olur. Burada dollarların istehsalının bütün mərhələlərinə və oğurluq hallarına nəzarət etmək məqsədi ilə bu cür təşkilatlar arasında çox ciddi mühafizə və ən böyük videomüşahidə sistemi mövcuddur. İşçilər binaya daxil olduqda, kompleks skan sistemi onların hər bir addımını izləyir. Xüsusilə mühüm yerlərdə siqnalizasiya və izləmə detektorları quraşdırılmışdır. Büronun binası xüsusi zonalara bölünüb, oraya yalnız müəyyən giriş imkanı olan işçilər daxil ola bilərlər.

Əskinasların hazırlanması prosesi altı mərhələdən ibarətdir ki, bunların hər biri saxtakarlıqdan qorunmağa yönəlib. Bunlardan biri – artıq xəbərdar olduğumuz oymadır (qravüradır). Oymaçıdan sonra eyni zamanda hər iki tərəfdən çap edən unikal “Simultan” dəzgahları işə başlayır. Bu dəzgah banknotları müxtəlif rənglərlə və çox çətinliklə görünən rəqəmlərlə tamamlayır.

Yeri gəlmişkən, mürəkkəblər barədə

Başlanğıcda, dollarların çapının lap əvvəlində onlar tünd rənglə rənglənirdi, ancaq, Şimal və Cənub arasında müharibə zamanı, o dövrdə astronomik bir məbləğdə – 60 milyon dollarıq yeni əskinaslar çap etmək lazım idi. Sifariş Nyu-Yorkdakı “American Bank Note Co” çap şirkətinə göndərilib.”Konqresin yalnız 5, 10 və 20 dollarlıq nominalları buraxmasına icazə verdiyini nəzərə alsaq, banknotların hansı miqdarda hazırlanmalı olduğunu təsəvvür etmək olar. Çapçılar isə işə sırf praktiki tərəfdən yanaşmışdılar: onlar ilk növbədə anbarlardakı boya ehtiyatlarını yoxladılar və həmin ejtiyatlar içində ən çox yaşıl rəngi aşkar etdilər. Ənənə vaxt keçdikcə bir qədər də möhkəmləndi və dollar yaxın vaxtlara qədər daha çox kifayət qədər ucuz olan məhz, yaşıl boya ilə çap edilirdi.

Boya da ABŞ-ın oyma və çap Bürosu üçün xüsusi olaraq istehsal olunur və yüksək səviyyəli aşınma müqavimətinə malikdir.

Çap olunduqdan sonra rəng kağızda 72 saat ərzində quruyurdu. Sonra isə növbə dərin çapa gəlib çatır. Xüsusi press kağızı mürəkkəblə doldurulmuş dərinliyə basır, kopyasının çıxarılmasının çətin olduğu bir faktura yaradır. Heç bir rəngli kseroks aparatı belə bir effektə nail ola bilməz. Dərin çap banknotun hər iki tərəfindən tətbiq olunur, bundan sonra kağız üç gün ərzində yenidən qurudulur.

Hər gün bu pressdən 1,3 ton müxtəlif rəngli mürəkkəb, eləcə də qəzet formatında 10 min kağız vərəq çıxır. Büroda işləyən 24 press hər gün təxminən 35 milyon dollara qədər müxtəlif nominallı, təxminən, 650 milyon dollar dəyərində əskinaslar istehsal edir. Hər il çap edilən banknotların 95 faizi aşınmış pulların dəyişdirilməsi üçün istifadə olunur.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqavilələrinin kağız forması və əmək kitabçalarının ləğv edilməsi nəzərdə tutulur

posted in: Xəbər | 0

Vahid əmək münasibətləri platforması yaradılır

əmək kitabçalarının ləğvi əmək kitabçalarıDövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə işlər davam edir. Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcəyi gözlənilir.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaq. Altsistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:

  • əmək müqavilələrinin kağız forması;
  • əmək kitabçaları;
  • sosial sığorta kartları;
  • işçilərin şəxsi işi anlayışı;
  • kağız üzərində əmrləşmələr;
  • kağız üzərində ezamiyyə vərəqələri;
  • kağız üzərində ştat cədvəlləri;
  • kağız üzərində yazışmalar;
  • fiziki həyata keçirilən yoxlamalar;
  • fiziki cərimə mexanizmi;
  • fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri;
  • digər qeyri-elektron yanaşmalar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 913 914 915 916 917 918 919 2. 400