Əmək müqaviləsinə xitam verilərkən nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitamİşçilərin isdən azad olunmasının rəsmiləşdirməsində müəyyən qanun pozuntularına və ya qaydalara riayət edilməməsinə rast gəlinir. Bu məsələ ilə bağlı meydana gələn suallara auditor Altay Cəfərov aydınlıq gətirir.

Sual 1: Əmək müqaviləsini bir neçə əsasla ləğv etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən:

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Deməli, işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün bir neçə səbəb olarsa, müqaviləyə bunun ancaq biri ilə xitam verilməlidir. Məsələn, işçinin əmək müqaviləsinin müddətinin qurtarmağı ilə onun öz xahişinə əsasən işdən azad olunması tarixləri üst-üstə düşərsə, o zaman müqaviləyə Əmək Məcəlləsinin 69.1-ci və ya 68.2 (b) maddələri ilə xitam verilməlidir.

Sual 2: Əmək müqaviləsinə Əmək Məcəlləsində olmayan xitam səbəblərindən başqa səbəblə xitam vermək olarmı?

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, buMəcəllədə nəzərdə tutulmayan, qanunvericliyə zidd olmayan, amma əmək müqaviləsində qeyd edilmiş əsaslarla işçini işdən azad etmək olar. Burada əsas məqam odur ki, müqavilə bağlayanda və sonradan xitam səbəblərinə xüsusi diqqət yetirilməlidir. Yəni bu səbəblər Məcəllədə olmaya bilər, ancaq qanunveciliyə zidd olmalı deyil.

Sual 3: “Qanunvericiliyə zidd” dedikdə nə başa düşülür?

Bu ifadə ümumi anlayışdır. Əsas məqam kimi əmək münasibətlərinə aid olan digər normativ aktların tələblərinə zidd olmaması nəzərdə tutulur. Yəni işçi ilə işəgötürən arasında əsas münasibətlər əmək müqaviləsinə görə tənzimlənir və əmək münasibətləri də əmək qanunvericiliyinə aid olan normativ aktlarla müəyyənləşdirilir.

Sual 4: Əmr verilmədən müqaviləni xitam etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinin ikinci cümləsində belə bir ifadə qeyd edilib: “…… habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.” Məcəllədə müyyənləşdirilmiş əsas qaydalardan biri əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin(sərəncamın, qərarın) verilməsinin vacibliyidir.

Sual 5: Bildiriş sisteminə birbaşa xitam məlumatlarınıdaxil etməklə əmək müqaviləsinə xitam vermək olarmı?

Belə bir rəsmiləşdirmə qaydalara tam ziddir. Bəzən belə düşünürlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildiriş sisteminə məlumatların, həmçinin xitam məlumatlarının daxil edilməsi ilə birbaşa əmək müqaviləsinə xitam verilməsi tam qanuna uyğundur. Nəzərinizə çatdırım ki, bildirişin əldə olunması əmək müqaviləsi ilə bağlı bir çox hüquqların qüvvəyə minməsini təsdiqləyən addımdır.Yəni bildiriş olmadan bildirişə aid əmək münasibətlərinin hüquqi qüvvəsi yoxdur. Amma bildirişə kimi Əmək Məcəlləsinin digər tələbləri vardir ki,onlarsız həmin bildirişin özünün də hüquqi qüvvəsi olmur. Odur ki, xitam bildirişinədək yuxarıda qeyd edilmiş xitam səbəbləri olmalıdır. Bununla bağlı müvafiq ilkin sənədləşmələr aparılmalı, əmr (sərəncam, qərar) imzalanmalı və bundan sonra xitam ƏƏSMN-in bildiriş sisteminə daxil edilməlidir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Trump-ın bloklanmasından sonra Twitter-in səhmləri ucuzlaşdı

posted in: Xəbər | 0

Twitter mikrobloq şəbəkəsinin vəzifədən getmək üzrə olan ABŞ prezidenti Donald Trump-ın hesabının həmişəlik bloklanmasından sonra şirkətin səhmlərinin qiyməti xeyli ucuzlaşıb. Bunu birjalardan daxil olan məlumatlar təsdiq edir.

Moskva birjasında səhmlərin qiyməti 6 faiz, Nyu-York fond birjasında ilkin ticarət zamanı isə səhmlərin qiymətində 7,54 faiz eniş yaşanıb.

Twitter, Trump-ın əbədi bloklanmasını, onun mesajlarının Joe Biden-in andiçmə günü də daxil olmaqla şiddətə təhrik kimi qəbul olunması ilə izah edib. Hazırki dövlət başçısının postlarında konkret çağırışların olmamasına baxmayaraq, Kapitoliyə hücuma reaksiyası aksiyaya dəstək kimi qəbul edilib.

Xüsusilə, sosial şəbəkə administrasiyası ona səs verən 75 milyon amerikalının səslərinin uzun müddət nəhəng çəkiyə malik olacağı xəbərinin aradan qaldırılmasını tələb edib. Həmçinin Trampın Baydenin andiçmə mərasiminə getmək niyyətində olmaması Twitter rəhbərliyinin xoşuna gəlməyib. Yəni, xidmətin qeyd etdiyinə görə, bu mesaj seçkilərin qanuni olmadığının iddia olunmasıdır.

Trump bütün prezidentliyi dövründə təxminən 89 milyon insanın abunə olduğu şəxsi hesabından istifadə edib. Mesajları sildikdən sonra o, ABŞ prezidentinin rəsmi hesabında yazmağa çalışıb, lakin, sosial şəbəkə dərhal bu postları silib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Seller-Kefover aktı barədə

posted in: Xəbər | 0

Seller-Kefover aktı

Seller-Kefover aktıSeller-Kefover aktı (Seller-Kefauver antimerger act) – 1950-ci ildə ABŞ-da Kleyton Aktına əlavə olaraq qəbul edilmiş və yalnız səhmlərin alınması (Kleyton aktı ilə nəzərdə tutulmuş) şəklində deyil, həm də müəssisələrin hər hansı aktivlərini satın almaqla birləşmələrin məhdudlaşdırılmasına yönəldilmiş antitrest qanunvericilik aktı idi.

Beləliklə, bu akt qəbul olunandan sonra istənilən birləşmə hökumət tərəfindən baxılma obyektinə çevrilirdi. Bu tendensiyanın zəifləməsi 1980-ci illərdə baş vermişdi. Məsələn, ABŞ hökuməti firmalar üçün Gerfindal indeksinin 2 mindən çox təşkil etməsinə baxmayaraq, 1987-ci ildə Chraysler və American Motors Korporasiyasının birləşməsinə qarşı çıxmadı. Ancaq, bu, American Motors Korporasiyasının çökmə ərəfəsində olması ilə bağlı xüsusi bir haldır. Eyni zamanda, hökumət Coca-Cola və Dr Pepperin birləşməsini də qadağan etmişdi.


Şerman aktı barədə

Kleyton aktı və müddəaları

Vaqner qanunu barədə məlumat


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçdi

posted in: Xəbər | 0

Elon Musk-ın sərvətiSpaceX və Tesla şirkətlərinin qurucusu Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçib. Bunu Bloomberg Billionaires Index (BBİ) reytinqinin məlumatları təsdiqləyir.

Qeyd olunur ki sahibkarın sərvəti 14,5 milyard dollar artıb. Reytinqdə ikinci sıranı Amazon şirkətinin rəhbəri Jeff Bezos tutur, onun sərvəti 1,09 milyard artıb və ümumilikdə 186 milyard dollara çatıb.

Üçüncü yerdə Microsoft şirkətinin banisi Bill Gates yerləşib. Onun sərvəti 225 milyon dollar artıb və indi 134 milyard dollar dəyərində qiymətləndirilir.

Yanvarın əvvəlində Tesla şirkətinin səhmlərinin kursunun artması nəticəsində Maskın sərvəti 185 milyard dolları ötüb keçmişdi. Nəticədə, o, üç il ərzində reytinqdə dünyanın ən varlı adamı titulunu özündə saxlayan Amazon şirkətinin sahibi Ceff Bezosu ötüb keçə bilmişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 912 913 914 915 916 917 918 2. 388