Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (7-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

Mühasib Vakansiya

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan hansı işçilərə 46 təqvim günü məzuniyyət hüququ verilir?

  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan
  • Azərbaycanın Milli Qəhrəmanlarına,
  • Azərbaycanın Sovet İttifaqı Qəhrəmanlarına,
  • 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara,
  • İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə
Göründüyü kimi bu hüquq yalnız müəyyən kateqoriya işçilərə verilir ki, bu kateqoriyaya aid edilməyən işçilərə verilən əmək məzuniyyəti üçün müddət adi qaydada hesablanır.

Televiziya və radionun bədii heyətlərinə verilən əmək məzuniyyəti 42 təqvim müddətindən az ola bilməz. Onu da qeyd edək ki, bu müddət həmçinin aktyor heyətlərinə də aid edilir.

2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların sosial və əlavə əmək məzuniyyətləri hansılardır?

Qanunvericilik humanizm prinsipindən çıxış edərək bildiririk ki, əgər qadınlar 2 aylığadək yaşında uşağı övladlığa götürürlərsə, onlara 56 gün sosial məzuniyyət götürmək hüququ verilir. Həmçinin qadınların bu övladlığa götürülən uşaqla birgə 14 yaşına çatmayan 2 uşağı olarsa, 2 gün, üç və daha çox uşağı olarsa, 5 gün əlavə məzuniyyət hüququ verilir. Xatırladaq ki, həmin kateqoriyaya daxil olan, yəni 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən də istifadə etmək hüququ vardır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Yazının 6-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İş yerlərinin fəaliyyətinə icazə verilir

posted in: Xəbər | 0

İş yerlərinin fəaliyyətinə icazə verilir

icazə

Azərbaycan ərazisində iş və xidmətlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər götürülür.

Bu barədə Nazirlər Kabineti yanında Opreativ Qərargah qərar verib.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Qarabağın səsiMəlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.

Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir  vasitəsilə gələn bütün ianələr və humanitar yardım “Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. Tədbirə YouTube kanalında baxmaq mümkündür – https://www.youtube.com/watch?v=fLzcNYYuXt8&feature=youtu.be. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin “Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. 2019-cu ilin dekabr ayında yaradılan fondun üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarətdir. Fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatasında struktur dəyişikliyi olub

posted in: Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatasının 2 idarəsinin adı dəyişdirilib.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, Palatanın “Hüquqi təminat idarəsi” “Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsi”, “Rəqəmsal transformasiya və innovasiyaların tətbiqi idarəsi” isə “Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsi” adlandırılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 909 910 911 912 913 914 915 2. 388