“Vergi və gömrük inzibatçılığında mövcud baryerləri aradan qaldırmaq üçün çalışırıq”

posted in: Xəbər | 0

vergi inzibatçılığı gömrük inzibatçılığı“İqtisadiyyat Nazirliyi və digər aidiyyəti strukturlar öz fəaliyyətini sahibkarlığın dəstəklənməsini daha da artırılması, investisiya imkanlarının genişləndirilməsi istiqamətində qurur”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərini sadalayarkən qeyd edib.

M.Cabbarov həmçinin əlavə edib ki, İqtisadiyyat Nazirliyi ölkədə istehsal olunan məhsulların ixrac bazarlarına çıxarılması üçün sahibkarlara dəstəyinin və təşviqinin artırılması üçün də geniş fəaliyyət həyata keçirir:

“İqtisadiyyat Nazirliyi və digər aidiyyəti strukturlar ölkədə sərmayə mühitinin daimi yaxşılaşdırılmasına və bunun üçün zəruri olan biznes mühiti, maliyyəyə çıxış, o cümlədən güzəştli kreditlərə çıxış, iş yerlərinin qeydiyyatında, o cümlədən vergi və gömrük inzibatçılığında mövcud olan baryerləri aradan qaldırmaq kimi istiqamətində fəaliyyət göstərir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amerika dolları necə hazırlanır? (1-ci hissə)

posted in: Xəbər | 0

dollarAmerika dolları necə hazırlanır?

1-ci hissə

Bu yaxınlarda rublun çöküşü ilə bağlı yaranan panika (elə rublun əvvəlki dövrdəki enişləri zamanı da) heç birimizdən yan keçmədi. Biriləri dərhal dollar almağa, digərləri isə təcili şəkildə ABŞ pullarını satmağa, üçüncü qism isə hipermarketlərə gedərək, şübhəsiz ki, həmişə qiymətdə olacaq və qarabaşaq yarmasına və una dəyişdirilə biləcək televizorlar və digər məişət texnikası almağa girişdilər.

Lakin, bu gün biz valyuta birjalarındakı fırtınaları deyil, həmin valyutanın – daha doğrusu dünyanın ən populyar və kütləvi valyutası olan dolların özünün necə hazırlanmasından danışacağıq. Eyni zamanda, tarixə kiçik bir ekskursiya edəcəyik və bir az da müxtəlif nominallı banknotlar haqqında söz açacağıq.

Dollarlar məhz, bu idarədə hazırlanır, bu, ABŞ Maliyyə Nazirliyinə daxil olan ABŞ-ın qravirovka və çap üzrə Bürosudur. Büro 1862-ci ildə Vaşinqtonda yaradılıb və məhz, qiymətli kağızlar və ilk növbədə banknotların buraxılışı sahəsində ixtisaslaşıb. Büroda iki mindən çox adam işləyir. Sikkələr isə baş ofisi ABŞ paytaxtında yerləşən xəzinədarlıq Sarayında zərb olunur.

Yeri gəlmişkən, büro üzrə ekskursiyalar da təşkil olunur ki, həmin ekskursiyalara istənilən şəxs yazıla bilər.

Hər şey ən azından 10 il müddətində bu işi öyrənən ustalar tərəfindən polad plastinlər üzərində oyma (qravüra) ilə başlanılır. Bu çox dəqiqlik və səhihlik tələb edən çox zəhmətli bir işdir. Saxta pullardan müdafiə səviyyəsi oymanın keyfiyyətindən asılı olur.

Oyma hazır olduqdan sonra, xüsusi kağızı hazırlamaq lazım gəlir. Dollarlar zamanla saralmasınlar deyə, onları ağacdan istehsal edilmiş adi kağızdan hazırlamırlar. Onlar 25 faizi kətan ipi və 75 faizi pambıqdan ibarət olan kütlədən hazırlanır. Kağız sintetik liflərlə (Birinci dünya müharibəsinə kimi bu funksiyanı ipək ipləri yerinə yetirirdi) möhkəmləndirilir. ABŞ-ın oyma və çap üzrə Bürosu üçün bu işləri Massaçusets ştatında yerləşən “Kreyn şirkəti” şirkəti yerinə yetirir.

Kağızın hazırlanması prosesi səkkiz mərhələdən keçir. Öncə kətan və pambıq kütlələri qaynadılır, sonra təmizlənir və və işıqlandırılır, ardınca həmin kütlə pressdə sıxılır və çıxan məhsul cihaza verilir, orada müəyyən temperaturda yumşaldılır və o, kiselə bənzər məhlula çevrilir.

Bu kağızda çap edilən banknotlarda daxili təbəqə vardır ki, onu heç cür saxtalaşdırmaq mümkün deyil. Dollardakı su nişanları müəyyən bir qaydada liflər bu təbəqədən çəkildikdə əldə edilir. Həmçinin kağızın hazırlanması mərhələsində ona təhlükəsizlik zolaqları tikilir ki, bu da əskinasların son nümunələrində peyda olub.

Bu mərhələlərdən sonra kağız xüsusi pressin altında qurudulur, bundan sonra o, 2,5 metr enində və 4 ton ağırlığında böyük rulona fırladılır. Kağızda artıq su nişanları və təhlükəsizlik ipləri vardır və hər bir rulon müəyyən nominalda banknotların hazırlanmasına gedir. Bu cür hər bir rulondan 3,5 milyard ədəd 100 dollarlıq əskinas çap etmək mümkündür.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pensiya təminatı (1-ci hissə)

posted in: Xəbər | 0

Pensiya təminatı

1-ci hissə

Sosial sabitliyin təmin edilməsi, iqtisadi inkişaf üçün şəraitin yaradılması məqsədlərinə pensiya təminatı sistemi xidmət edir. Pensiya təminatı proqramlarının tərkibində dörd əsas bölmə ayrılır:
  • qocalığa görə təminat;
  • əlilliyin təmin edilməsi;
  • ailəni başçısının itirilməsi ilə əlaqədar təminat;
  • xidmət illərinə görə pensiyanın təmin edilməsi.

Pensiyaların ödənilməsi müəssisə və vətəndaşların, həmçinin dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilir.

Bir çox ölkələrdə kişi və qadınların pensiyaya çıxma yaşı eynidır. Almaniyada 65 yaş, Danimarkada 67 yaş, Fransada 60 yaş, Finlandiyada 63-65 yaşdır, Böyük Britaniyada – kişilər üçün 65, qadınlar  üçün isə 60 yaşdır. ABŞ-da qocalığa görə pensiyanı 65 yaşa çatanlar alır. Qocalığa görə pensiya hüququ 40 rübə görə sığorta stajı, yəni 13 illik iş stajı ilə təmin edilir. Mövcud ABŞ qanunvericiliyinə görə, təqaüd yaşı tamam olmamışdan əvvəl də, lakin 62 yaşdan tez olmayaraq təqaüdə çıxa və ortalama olaraq ümumi pensiya ödənişinin 75% -ni təşkil edən azaldılmış pensiya almaq olar. Yaşa görə pensiyanın orta ölçüsü orta əməkhaqqının 42 faizinə bərabərdir. Ödənilən pensiyalar ya istehlak qiymətləri indeksi, ya da ölkənin illik əməkhaqqı indeksi əsasında təyin olunan yaşayış dəyəri indeksinə uyğun olaraq tənzimlənir.

Bir çox şirkətlər, korporasiyalar, bankların özlərinin pensiya proqramları və ya fondları var. Onlar pensiyaların ödənilməsinin ölçülərinə və şərtlərinə görə bir-birindən xeyli fərqlidirlər.

Tibbi sığortada olduğu kimi, dövlət pensiya fondlarına ödənişləri vergilərdən azad etməklə yanaşı, vətəndaşların öz gələcəyinə qayğısını nəinki təşviq edir, həm də özəl pensiya fondlarını maliyyə sisteminin ən vacib halqalarından birinə çevirir. Fondlar bu vəsaitləri yüksək etibarlı səhmlərə, istiqrazlara sərmayə qoymağa çalışırlar ki, bu da iqtisadiyyatın sabitləşməsinə kömək edir.

Pensiya təminatına başqa bir yanaşma nümunəsi İsveçdədir. İki növ pensiya ödənişi mövcuddur: yaşa görə pensiya və əmək stajına görə pensiya. Hər iki təqaüd növü birlikdə əvvəlki qazancın təxminən 95% -ni təşkil edir.

Yaşa görə pensiyanı iş stajından asılı olmayaraq, 65 yaşına çatmış bütün şəxslər  alır. Bu sabit gəlirdir. Yalnız yaşa görə təqaüd və əlavələrdən ibarət olan təqaüdçü ər-arvadın maksimum ümumi gəliri, iki övladı olan, işləyən bir ər-arvadın orta gəlirinin 73% -ni təşkil edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank artıq Qubadlıda!

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan “Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib.

Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 907 908 909 910 911 912 913 2. 388