Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (2-ci hissə)

posted in: Xəbər | 0

MühasibatMühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb, bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu onunla bağlıdır ki, şirkətlərdə icarə müqavilələrinin formalaşdırılması və bağlanması proseduru tamamilə fərqli ola bilər və prinsipcə əla alətlər və metodikalar dəstindən istifadə oluna bilər. Üstəlik, bəzi şirkətlər, sözün həqiqi mənasında, əlavə çətinliklər təqdim edən bütün dünya üzrə icarə müqavilələri bağlayır.

Artıq bu gün onların bir çoxu bu cür müqavilələrin bağlanması ilə bağlı bütün biznes proseslərini uğurla unifikasiya ediblər və indi bütün prosedur zəruri olanı müəyyənləşdirir:

  1. Mühasibat uçotu baxımından icarə müqaviləsini və onun keçirilməsinin bütün aspektlərini diqqətlə nəzərdən keçirin;
  2. Zəruri məlumatları mühasibat sisteminə daxil edin;
  3. Sistemdə bu konkret müqavilə ilə bağlı bütün lazımi hesablamaları aparın.

Öz növbəsində, Baybl haqlı olaraq iddia edir ki, “müasir sistemlər çətin ki, nə vaxtsa bir-birini danışmağı və anlamağı öyrənsinlər, buna görə də onların arasında informasiya mübadiləsi üçün proqram botları lazımdır”.

Mühasibat uçotunun aparılması ilə bağlı biznes proseslərinin avtomatlaşdırılmasına və optimallaşdırılmasına daha bir yanaşma “məsafədən idarə olunan texnologiyaları”nın istifadəsidir.

“KeyBank” şirkətinin birinci vitse-prezidenti Steysi Gilberin fikrincə, müasir şirkətlərdə məsafədən idarıolunan texnologiyalarının tətbiqi və istifadəsi mühasibat uçotu sistemində bütün cari dəyişiklikləri nəzərə almağa və bununla bağlı bütün biznes proseslərini avtomatlaşdırmağa imkan verən əsas elementlərdən biridir.

İctimai şirkətlərə gəlincə, artıq bu gün onlar 2018-ci ilin əvvəlində qüvvəyə minmiş illik gəlirin düzgün əks olunması və uçotu üçün prinsipial yeni tələblərlə uğurla məşğul olublar. Bununla yanaşı, onların hamısı gələcək maliyyə hesabatlarının formalaşmasında gəlirlərin savadlı şəkildə əks olunmasına artıq formal şəkildə hazırdırlar.

Kredit borclarını əks etdirmək üçün prinsipial yenilik olan maliyyə müəssisələri ilə bağlı vəziyyət bir qədər fərqlidir. İlk növbədə, söhbət bu borcun proqnozlaşdırılması üçün yeni alqoritmdən gedir ki, yaxın perspektivdə öz risklərimizi düzgün qiymətləndirə bilək.

Qeyd edək ki, mühasibat uçotu standartlarının dəyişməsi təkcə müəssisələrdə sıravi mühasiblərə deyil, bütövlükdə bütün biznes proseslərinə də toxunur.

Bu baxımdan, Gilbert hesab edir ki, “yeni texnologiyaların tətbiqi prosesində müəssisələrin fəaliyyətinin bütün aspektlərinə toxunulacaq ki, bu da müxtəlif struktur bölmələrin işçiləri arasında daha sıx qarşılıqlı əlaqə tələb edəcəkdir”.

Öz növbəsində, rəqəmsal texnologiyalarından istifadə əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq və müxtəlif şöbələrin əməkdaşları arasında daha sıx, səmərəli qarşılıqlı əlaqə və informasiya mübadiləsini təmin edəcəkdir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya buğda ixracı vergisini ikiqat artıracaq

posted in: Xəbər | 0

Rusiya buğda ixracı vergisiRusiya Federasiyası hökuməti ölkədə qiymətlərə nəzarət etmək üçün bəzi məhsullara tətbiq olunan ixrac vergisini artırmağa hazırlaşır.
İqtisadi inkişaf naziri Maksim Reşetnikov qeyd edib ki, bu istiqamətdə aidiyyəti qurumların təkliflərini dəstəkləyirik. Bu il martın 1-dən başlayaraq iyunun sonuna qədər bir ton üçün buğda üçün tətbiq olunan ixrac vergisi 50 avroya, qarğıdalı üçün 25 avroya, arpa üçün isə 10 avroya qaldırılacaq.

Bu qərarın daxili bazarın maraqlarını qorumaq məqsədi daşıdığını vurğulayan M.Reşetnikov deyib: “Başlıca prioritetimiz Rusiyanın daxili ehtiyaclarının təmin olunması və yeni qiymət artımlarının qarşısının alınmasıdır”.

İxrac vergisinin artırılması ilə bağlı qərarın qüvvəyə minməsi üçün Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən təsdiqlənməsi tələb olunur.

Qeyd edək ki, dünyanın ən böyük buğda istehsalçısı olan Rusiya buğda ixracını keçən il 2019-cu illə müqayisədə 29 faiz artıraraq 10 milyard dollara çatdırmışdı.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışanların orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

əməkhaqqıÖtən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri-neft-qaz sektorunda 646,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

posted in: Xəbər | 0

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

müavinətİşəgötürən işçini ixtisar etdiyi halda işçiyə xəbərdarlıq müddəti əvəzinə əməkhaqqı verilir. Bu zaman işdənçıxarma müavinəti də ödənilməlidirmi?

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, karantin rejimində bəzi hallarda işəgötürən müəyyən qrup işçilərin ixtisarına qərar verir. Bəs işçinin xəbərdarlıq müddəti əvəzinə ödəniş alması prosesi necə baş verir?

Misal: İşəgötürən pandemiyanın təsiri nəticəsində orta aylıq əməkhaqqı 400 manat, iş stajı 1 ilədək olan işçinin ixtisar edilməsinə qərar verir. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə, orta aylıq əməkhaqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verir.

Burada maraq doğuran sual budur ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdənçıxma müavinətini ödəməlidirmi?

Bəzi ekspertlər hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əməkhaqqı, həm də işdənçıxma müavinətini almalıdır. İşəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxma müavinətini ödəsin.

Digər mövqeyə görə, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxma müavətini əvəz etdiyi üçün işçiyə hər hansı əlavə ödəniş olunmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqəlar xitam verildikdə təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əməkhaqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur və bu ödənişlərin hər ikisi işçiyə verilməlidir.
İşçi xəbərdarlıq müddətində işləmək istəməsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və ya xəbərdarlıq müddətinin qalan mütənasib hissəsi üçün) müəyyən edilən orta əməkhaqqını ala və işdən azad ola bilər. Adətən, bu, işçi özünə yeni iş tapanda baş verir. Bu halda, işdənçıxarma müavinət -i də mütləq ödənilməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 904 905 906 907 908 909 910 2. 388