Əmək pensiyaları nə qədər artırılıb?

posted in: Xəbər | 0

əmək pensiyalarıPrezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən pensiyaların artımı nə qədər olacaq?

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksləşdirmə, yəni artımlar əmək pensiyalarının bütün növlərinə şamil olunur: “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:

– yaşa görə əmək pensiyası;

– əlilliyə görə əmək pensiyası;

– ailə başçısını itirməyə görə əmək pensiyası.

Deməli, növündən asılı olmayaraq vətəndaşın əmək pensiyasının məbləğinə artım hesablanacaq. Bununla belə, indeksləşdirmə əmək pensiyalarına əlavələrə şamil edilmir.

Artım məbləğinə gəldikdə, qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin nominal orta aylıq əməkhaqqının artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkəmizdə nominal orta aylıq əməkhaqqı 11,4 faiz artıb. Deməli, əmək pensiyalarının məbləği də indeksləşdirilərək 11,4 faiz artır. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də pensiya məbləği tam indeksləşdirilir.

Məsələn, pensiyası 300 manat olan vətəndaşın indiyədək aldığı məbləğin üzərinə 34 manat 20 qəpik əlavə olunacaq. 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq. Pensiya məbləği yüksəldikcə məbləğin artımı da çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11,4 faiz gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın dəstəyi ilə növbəti “Yaşa” mərkəzi açıldı

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank "Yaşa" mərkəziKapital Bank-ın dəstəyi və Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyi ilə birgə Sosial Layihələr müsabiqəsi çərçivəsində “Yaşa” Mərkəzinin Şamaxı rayon şöbəsinin açılışı oldu. Şamaxı şəhəri, Azadlıq küçəsi 1 ünvanında fəaliyyətə başlayan mərkəz, “Üçüncü Bahar” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb.

Açılış Mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Kapital Bank-ın, Regional İnkişaf İctimai Birliyinin, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.

“Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

Qeyd edək ki, “Yaşa” Mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı hansı quruma məlumat verilməlidir və bu hal hansı formada rəsmiləşdirilir?

posted in: sual-cavab, Xəbər | 0

bədbəxt hadisəSual: İstehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı hansı quruma məlumat verilməlidir və bu hal hansı formada rəsmiləşdirilir?

Cavab: İstehsalatda baş verən bədbəxt hadisə (bundan sonra İBH) barədə işin aparılması üçün xronoloji ardıcıllıq aşağıdakı kimidir:

-İBH baş verirsə DƏMX müəssisə məlumat verməlidir (DƏMX bununla bağlı digər istiqamətlərdən də məlumat daxil ola bilir);

-DƏMX məlumat daxil olan kimi xidmətin rəisi tərəfindən “Təhqiqat Komissiyası” yaradılır (Komissiyanın tərkibinə DƏMX, Müəssisənin, əgər müəssisədə Həmkarlar İttifaqı varsa onun üzvünün və digər nümayəndələrdən ibarət ola bilər);

-Komissiya tərəfindən İBH təsdiqlənərsə araşdırmanın sonunda “Təhqiqat Aktı” tutulur və o aktın sonunda müəssisəyə İstehsalat zədəsi ilə bağlı (bundan sonra-İZ aktı) tərtib etmək tapşırılır.

Bu akt 3 nüsxədən artıq olmaqla tərtib edilir və 1-i DƏMX, 1-i Vətəndaşda , 1-i isə Müəssisədə və s. olmaqla aidiyyəti üzrə təqdim edilir;

-Elektron hökumət portalında DƏMX-tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” bölməsinə daxil olub İBH ilə bağlı məlumatları altsistemə daxil edilir və bu məlumatlar TSEK ötürülür;

-TSEK tərəfindən müraciət etmiş vətəndaşın peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi və əlavə olaraq vətəndaşın əlilliyinin müəyyən edilməsi təmin edilir;

-TSEK tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi faizi müəyyən edildikdən sonra vətəndaş tərəfindən sığorta ödənişinin əldə edilməsi üçün Sığorta bürosuna müraciət edilir;

-Müəssisə tərəfindən Sığorta bürosuna 3 gün ərzində işdə xəsarətlə bağlı məlumat verməlidir;

-İBH və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqının ödənilməsi üçün Sığorta bürosunun sorğusu əsasında DƏMX tərəfindən sənədlərin onlara təqdim edilməsi təmin edilir.

Mənbə: İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Bakı şəhəri, 28 fevral 2000-ci il № 27 http://e-qanun.az/framework/232

Mənbə: social.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibə şəxsi brend lazımdırmı?

posted in: Xəbər | 0

Mühasibə şəxsi brend lazımdırmı?

brendBrend – bu, ilk növbədə bir nüfuz və şöhrətdir və bu suala aydın cavabdır:

“Niyə Siz?” Brend – bu, digər insanların şüurunda formalaşan bir görüntüdür. Bu gün cəmiyyətin şüurunda necə bir mühasib obrazı var? Əgər siz bu sahədə işləyirsinizsə və öz ixtisasınızı inkişaf etdirmək istəyirsinizsə, əgər siz – mühasibsinizsə, həyatınızı necə dəyişdirməli,  mövzusunda bir neçə tövsiyəni diqqətinizə çatdırıram.

Yaxşı həyata doğru 13 addım:

  1. İlk növbədə, peşənizi və özünüzü sevməli, mühasibatlığın sizin vəzifəniz olduğunu və onu nahaqdan seçmədiyinizi başa düşməlisiniz. Yalnız sevdiyiniz işlə məşğul olduqda, uğurlara nail ola bilərsiniz.
  2. Öz ideal işinizi və həyatınızı necə təsəvvür etdiyinizi dəqiq yazın.
  3. Özünüzdən ötrü karyera yüksəlişi üçün hədəf müəyyənləşdirin və hara qədər yüksələ biləcəyinizi müəyyənləşdirin.
  4. Bütün komanda, rəhbərlik ilə anlaşmanı yüksək səviyyədə qurmaq və fikir ayrılıqlarını minimuma endirmək.
  5. Bu kimi bacarıqlara mükəmməl yiyələnmək:

– şirkətdə maliyyə idarəetməsinin əsas qaydası olacaq düzgün uçot siyasətinin formalaşdırılması;

– vergi və mühasibat uçotunun təşkili və aparılması üçün ən yaxşı proqram təminatının seçilməsi;

– işlərini yüksək keyfiyyətlə yerinə yetirən ixtisaslı mühasibat işçiləri komandasının yaradılması;

– iş yerinizin və fayl saxlama sisteminizin aydın təşkili;

– vaxtınızdan bacarıqla yararlanmaq.

  1. nəzarət orqanları ilə münasibətlər düzgün qurulmalıdır;
  2. müəssisənin strategiyasını, onun həyata keçirilməsi planlarını bilmək və bu strategiyanın həyata keçirilməsində rolunuzu başa düşmək;
  3. həm öz, həm də bütün müəssisələrin təhlükəsizliyini təmin etmək üçün nə etmək lazım olduğunu bilmək;
  4. mühasibin hansı səhvlərinin cinayət işlərinə gətirib çıxardığını bilmək;
  5. risklərin qiymətləndirilməsinin necə aparılacağını, investisiyalarla necə işləmək lazım olduğunu anlamaq;
  6. daimi təlim və ixtisasartırma proqramına malik olmaq;
  7. tabeliyinizdə olanlar üçün bir hami olmaq və onlara öz təcrübənizi təqdim etmək bacarığı;
  8. işi və şəxsi həyatı necə düzgün əlaqələndirməyi bilmək.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 902 903 904 905 906 907 908 2. 400