Kapital Bank endirimli şərtlərə daxili ipoteka krediti təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Daxili ipoteka Kapital BankKapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Ev almaq arzusunda olanlar artıq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan Daxili ipoteka kreditindən bəhrələnə bilərlər.

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 3 ildən 20 ilədək təşkil edir. İllik faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 30% – 50% aralığında dəyişir. İpoteka krediti verildikdə əmlak və həyat sığortası üzrə sığortalanma prosesi, eyni zamanda təminatın qiymətləndirilməsi əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aİ ölkələrində minimum aylıq əməkhaqqı açıqlanıb

posted in: Xəbər | 0

2021-ci ilin yanvarın 1-nə Avropa İttifaqının (Aİ) 27 ölkəsindən 21-də müəyyən olunmuş minimum aylıq əməkhaqqı var. Ən yüksək aylıq minimum əməkhaqqı Lüksemburqda (2 202 avro), ən aşağı isə Bolqarıstandadır (332 avro).

“Eurostat”a istinadən verilən məlumata görə, minimum əməkhaqqının səviyyəsinə görə, Aİ üç regiona bölünür: orta minimal əməkhaqqının 542,1 avro olan Şərqi Avropa regionu, 890,2 avroluq orta minimum əməkhaqqı olan Cənubi Avropa regionu və Fransa, Almaniya, Belçika, Niderland, İrlandiya və Lüksemburqun daxil olduğu Aİ-nin ən inkişaf etmiş ölkələr qrupu. Sözügedən ölkələrdə isə ortalama minimum əməkhaqqı 1 734,3 avroya bərabərdir.

Aİ ölkələrinin minimum aylıq əməkhaqqına görə sıralaması:

#

Ölkə

Minimum əməkhaqqı, avro

1

Lüksemburq

2 202

2

İrlandiya

1 724

3

Niderland

1 685

4

Belçika

1 626

5

Almaniya

1 614

6

Fransa

1 555

7

İspaniya

1 108

8

Sloveniya

1 024

9

Malta

785

10

Portuqaliya

776

11

Yunanıstan

758

12

Litva

642

13

Slovakiya

623

14

Polşa

614

15

Estoniya

584

16

Çexiya

579

17

Xorvatiya

563

18

Latviya

500

19

Rumıniya

458

20

Macarıstan

442

21

Bolqarıstan

332

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır

posted in: Xəbər | 0

elektron idarəetmə sistemi sosial xidmətlərƏhalinin həssas qruplarına göstərilən sosial xidmətlər ilə bağlı müasir əsasda idarəetmə forması kimi “Elektron keys menecment” sisteminin hazırlanması işləri artıq yekunlaşır.

E-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə agentlik tərəfindən daimi müşahidə olunacaq.

Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “Aktiv vergi ödəyicilərinin sayı 24 %-dən çox artıb”

posted in: Xəbər | 0

“Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir”

əmək məzuniyyəti

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bildirib.

M.Cabbarov ötən il onların sayının 24 % artdığını qeyd edib:

“2020-ci il ərzində onların sayı 24 %-dən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17 %-dən çox artım olub”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 901 902 903 904 905 906 907 2. 400