Auditorlar Palatası iqtisadi subyektlərin rəhbərlərinə müraciət edib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2020-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1.

İctima iəhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.

4.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun

8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.

6.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

7.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ saylı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.

8.

Fondlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

115.3-cü maddəsinə əsasən.

9.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

10.

Dövlət zəmanət iilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotuhaqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən.

11.

Publik hüquqi şəxslər

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabtarixli 97-VQ saylı Qanununun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən.

12.

Siyasi Partiyalar

“Mühasiba tuçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 14.6-cı maddəsinə əsasən.

13.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar.

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki,iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının iternet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını açıqladı

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını açıqladı

Dövlət Gömrük Komitəsi DGK

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi-nin (DGK) xətti ilə büdcə daxilolmaları 282 mln 736,5 min manat təşkil edib.

DGK-ya istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% azdır.

Bu ilin ilk ayında gömrük rüsumları üzrə daxilolmalar 8,6 % azalaraq 77 mln 124,7 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 17,9 % azalaraq 193 mln 741,1 min manat, aksizlər üzrə daxilolmalar 5,9 % azalaraq 9 mln 107,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,3 % azalaraq 2 mln 763,6 min manat olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la ödəyin, 5% keşbek qazanın!

posted in: BirKart, Kapital Bank, Xəbər | 0

BirKartBirKart 14 fevral – Sevgililər Günü münasibətilə yeni kampaniya keçirir. Şərtlərə görə BirKart sahibləri gül, şirniyyat, parfümeriya, kosmetika, hədiyyə və aksesuar mağazalarında, həmçinin kafe və restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. Kampaniya həm birdəfəlik, həm də taksit ödənişlərinə şamil olunur.

Belə ki, BirKart taksit və BirKart cashback sahibləri 5% keşbek, BirKart miles sahibləri 3 qat mil, BirKart Umico sahibləri isə 5% Umico bonusları qazanacaqlar. Kampaniya 10-14 fevral 2021-ci il tarixlərində, ümumilikdə 5 gün müddətində keçiriləcək. BirKart debet və BirKart kredit kart sahibləri, hər bir kart üzrə kampaniyadan 6 dəfə yararlana biləcəklər. Ətraflı məlumat üçün – https://kbl.az/bksgk .

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycandakı peşəkar mühasiblər dövlət reyestrinə daxil ediləcək

posted in: Xəbər | 0

Vakansiya MühasibMaliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi “PMS İnformasiya Mərkəzi” yaradıb.

Bu barədə nazirliyə istinadən xəbər verilir.

Məlumata görə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatı (PMS) alan və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər dövlət reyestrinə daxil ediləcəklər. “PMS İnformasiya Mərkəzi” peşəkar PMS-in əldə edilməsi, imtahanlarda iştirak qaydaları və qanunvericilikdən irəli gələn digər hallarla bağlı mühasiblərə dəstək olur. Onların mövzu ilə bağlı suallarını Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin və Maliyyə Elm-Tədris Mərkəzinin bu sahədə ixtisaslaşmış əməkdaşları cavablandırr (tel: 012 404 81 50).

Məqsəd mühasiblərin peşəkarlığının artırılmasına dəstək verməkdir. “Mühasibat uçotu haqqında” qanunun 3.4-cü maddəsinə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 898 899 900 901 902 903 904 2. 400