Daha çox8
Daha çox8

Amerika dolları necə hazırlanır? (3-cü hissə)

posted in: Xəbər | 0

dollarAmerika dolları necə hazırlanır

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Mürəkkəb quruduqdan və şəkilli vərəqli banknot hazır olduqdan sonra, o, növbəti mərhələyə keçir – defektin müəyyən edilməsindən ötrü skan edilir. Zay dollarları seçmək, saxta pulları aşkar etmək qədər çox mühümdür. Hər bir vərəqin yoxlanılmasından ötrü cəmi bir saniyə lazım gəlir, sonra vərəq nömrələnir. Kompüter milyonlarla mikroskopik kvadratları olan nümunəni müqayisə etməklə eyni zamanda 37-ə qədər vərəqi yoxlaya bilir. Əgər kvadrat nümunə ilə uyğun gəlmirsə, onda təsvir monitora çıxarılır.

Zay əskinaslar məhv edilir, lakin elə də olur ki, onlar bu cür nadir nüsxə həvəskarlrının əlinə keçir, orada isə onun qiyməti yüzlərlə, bəzən isə minlərlə dəfə yüksəlir.  Yoxlamadan sonra, vərəqlərə Federal ehtiyatın seriya nömrələri və təyinatları verilir. Bu pulların ev ünvanı kimidir. Seriya nömrəsi, partiya nömrəsi və nominal dəyəri hər bir kağız vərəqi başqalarından fərqləndirən üç amildir. Onlar təkrarlanmırlar, buna görə hər bir banknot üzrə onun çap olunduğu günü və onun verildiyi yeri müəyyən etmək olur.

Federal ehtiyat sisteminin üzvü olan 12 bank pul emissiyası (buraxılması) hüququna malikdir. Amerika Birləşmiş Ştatları ərazisi say və əlifba sırası ilə təyin olunmuş hər birinin öz Federal ehtiyat bankına sahib olan 12 bölgəyə (dairəyə) bölünürdü:

Ərazinin nömrəsi. Hərf. Mərkəzin yerləşməsi

1 A Boston

2 B Nyu-York

3 C Filadelfiya

4 D Klivlend

5 E Riçmond

6 F Atlanta

7 G Çikaqo

8 H Sent-Lyuis

9 I Minneapolis

10 J Kanzas-Siti

11 K Dallas

12 L San-Fransisko


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “Qarabağ Dirçəliş Fondu”na yarım milyon manat köçürdü

posted in: Xəbər | 0

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədilə yaradılan “Qarabağ Dirçəliş Fondu”na vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu”nun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtdü. Həmçinin PAŞA Qrup şirkətləri tərəfindən bu fonda ümumilikdə 2 milyon manat vəsait ianə edilib.

Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi işğaldan azad olunan ərazilərinin bərpası və inkişafına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsidir. Tərəfdaşlığının inkişafının təmin edilməsi və zəruri təşviqat işlərinin həyata keçirilməsi də fondun fəaliyyətinə daxildir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

11 fevral – vergi xidməti işçilərinin peşə bayramı

posted in: Xəbər | 0

11 fevral – vergi xidməti işçilərinin peşə bayramı

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur.
Bu əlamətdar gün münasibətilə vergi xidməti işçilərini təbrik edir, ölkəmizin iqtisadi yüksəlişi yollarında onların hər birinə uğurlar arzulayırıq.

Öz BirKart-ını yarat!

posted in: Xəbər | 0

Ölkənin ən məşhur taksit kartlarından olan BirKart, əhali üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə BirKart almaq istəyənlər artıq öz BirKart-larını yarada biləcəklər. Belə ki, 31 mart 2021-ci il tarixinədək BirKart almaq istəyənlər www.birkart.az və ya www.kapitalbank.az saytlarından onlayn sifariş zamanı seçdikləri sahə üzrə əlavə keşbek qazana biləcəklər.

Bunun üçün onlayn sifariş zamanı əlavə keşbek qazanmaq istədikləri sahəni seçib və BirKart əldə etdikdən sonra növbəti 30 gün ərzində həmin sahə üzrə ödənişlər edərkən əlavə keşbek qazanacaqlar. Əlavə keşbek verən sahələrdən olan marketlərdə ödəniş zamanı məbləğin 5%-ni, yanacaq doldurma məntəqələrində 10%-ni, yemək çatdırılma xidmətləri üzrə 10%-ni, onlayn sinemalarda isə ödənişin 20 AZN-ni keşbek olaraq hesaba geri alacaqlar. Kart sifarişi üçün – https://kbl.az/bobykpr.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 897 898 899 900 901 902 903 2. 400
error: Content is protected !!