» » » Hansı təsərrüfat subyektləri mütləq maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidir?

Hansı təsərrüfat subyektləri mütləq maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2020-ci il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si Məcburi audit subyektləri Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1. İctimai əhəmiyyətli qurumlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
2. Məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
3. Səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.
4. Banklar və digər kredit təşkilatları “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun

8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5. Sığorta təşkilatları və cəmiyyətləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.
6. İnvestisiya fondları “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

7. Maliyyə-sənaye qrupları “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8. Fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

115.3-cü maddəsinə əsasən.

9. Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ   saylı  Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

10. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən
11. Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı  Qanununun 12-1-ci və Publik hüquqi  şəxslərin  nizamnamələrinə əsasən.
12. Siyasi Partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ  saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə)  Qanununun 14.6-cı maddəsinə əsasən.
13. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar.

 

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

Mənbə: audit.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun