Azərbaycan sahibkarları cərimələrin silinməsi üçün hökumətə müraciət ediblər

posted in: Xəbər | 0

sahubkarlarPandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Qida və içki sənayeçilər assosiasiyasının sədri Emin Dostiyari deyib.

Onun sözlərinə görə, bu cərimələrin silinməsi üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Assosiasiyasının sədri həmçinin paytaxtda fəaliyyət göstərən ictimai iaşə obyektlərinə tətbiq olunan vergi güzəştlərinin cari ilin sonunadək davam etdirilməsi ilə bağlı nazirliyə sahibkarlar adından müraciəti ünvanlayıb: “Bakıda illik 100 min manat dövriyyəsi olan ictimai iaşə obyektlərində sadələşdirilmiş vergi faizi 8% təşkil edirsə, bu faiz müvəqqəti olsa da 4%-də endirilib. Sahibkarlar bu faiz dərəcəsinin mövcud şərait səbəbindən 2021-ci ildə də qalmasını rica ediblər. Bu, onların normal “ayaqda qalmaları” üçün olduqca önəmlidir”.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Münasibətlərin hansı hallarda əmək münasibəti hesab ediləcəyi müəyyənləşir

posted in: Xəbər | 0

əmək münasibətiHansı hallarda tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab ediləcəyi müəyyənləşir.

Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin hallar aşağıdakılardır:

– müqavilənin məzmunu və forması Əmək Məcəlləsinə uyğun olduqda;

– tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

– tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə  bağlı yarandıqda;

– tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

– yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəlləyə uyğun tənzimləndikdə;

– yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

– müqavilədə  əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, məzuniyyətin növləri, işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar və əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərinin tənzimlənməsi nəzərdə tutulduqda;

Bu hallardan biri aşkar edildiyi gündən yazılı əmək müqaviləsi bağlanmalıdır.

Layihəyə əsasən, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyəcək.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanın vergi sistemi təkmilləşdiriləcək

posted in: Xəbər | 0

vergi sistemiPostpandemiya dövründə vergi siyasətinin yeni çağırışlara uyğunlaşması üçün orta və uzun dövrlərdə vergi sisteminin qanunvericilik və inzibatçılıq baxımından təkmilləşdirilməsi həyata keçiriləcək.

Bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, əsas məqamlardan biri vergi qanunvericiliyinin investisiya yönümlüyünün təmin edilməsidir: “Vergi siyasəti daha çox istehsalın yaradılmasına, vergi təşviqlərinin verilməsinə, məşğulluğun təmin edilməsinə, yeni kapitalın yaradılmasına, investisiya alətlərində verginin optimallaşmasına yönələcək”.

Dövlət Xidmətinin rəsmisi əlavə edib ki, bununla yanaşı, uçotsuz fəaliyyətin məhdudlaşması, qanunsuz aksizli mal istehsalçıları ilə mübarizə davam etdiriləcək.

“Vergi qanunvericiliyində xarici ölkələrin uğurlu təcrübələrinin tətbiqi prosesi, həmçinin uçot siyasətində şəffaflığın təminatı diqqət mərkəzində saxlanılacaq”, – deyə O. Nəzərli bildirib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Mühasib VakansiyaPandemiyanın həm iqtisadi, həm də sosial baxımdan mənfi təsirlərinin qarşısının alınması üçün vergi yolu ilə bir sıra dəstək mexanizmləri müəyyən olunub.

“Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransda sahibkarların suallarını cavablandıran Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, sahibkarların öz işçilərini COVİD-19 testinə cəlb etmək üçün çəkdiyi xərclər gəlirdən çıxıla bilər:

“Dəstək mexanizmlərdən biri də odur ki, istənilən sahibkarlıq subyektində pandemiya ilə mübarizə məqsədlilə həyata keçirilən zəruri profilaktik dezinfeksiya tədbirləri çərçivəsində çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər.

COVID-19 testinin keçirilməsi də profilaktik tədbirdir. Sahibkar tərəfindən həmin testlə bağlı çəkilən xərclər qanunla müəyyənləşdirilən qaydada sənədləşdirilirsə, məhdudiyyət qoyulmadan gəlirdən çıxılan xərcə aid edilə bilər”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 895 896 897 898 899 900 901 2. 400