Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

posted in: Xəbər | 0

Tədris mərkəziFevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun bağlanmasında məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Tərəflər əməkdaşlıq çərçivəsində mühasiblərin, vergi və digər müvafiq mütəxəssislərin maliyyə hesabatlarının beynəlxalq standartları, iqtisadi və hüquqi biliklərinin artırılması, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində çalışan şəxslərin maarifləndirilməsi, onlara yeni biliklərin, qanunvericilikdə edilən dəyişikliklərin nəzəri-praktik şəkildə izahı, bu sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi, tədris və təlim proseslərinə, layihələrin həyata keçirilməsinə mütəxəssislərin cəlb edilməsi və işin daha da səmərəli təşkili üzrə müvafiq tədbirlər həyata keçirəcəklər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilatlara üzv olmasının zəruriliyi maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsini labüd edir. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və 3 peşəkar mühasib təşkilatının birgə əməkdaşlığı bu sahədə müvafiq dövlət qurumları ilə əlaqələrin genişləndirilməsinə, vergi, mühasibat işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsinə, peşəkar mühasiblərin hazırlığı ilə bağlı nəzərdə tutulan məsələlərin icra edilməsinə, eləcə də digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrin aparılmasına öz töhfəsini verəcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOB subyektləri ilə bağlı yeni qanunvericilikdə müəyyən imtiyazlar olacaq

posted in: Xəbər | 0

KOB subyektləri ilə bağlı yeni qanunvericilikdə müəyyən imtiyazlar olacaq

KOBİA

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri ilə bağlı yeni qanunvericilikdə müəyyən imtiyazlar nəzərdə tutulur.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, burada kotirovka sorğularının dəyərinin 50 mindən 100 min manatadək artırılması, ümumiyyətlə, kotirovka seqmentinin böyüdülməsi, KOB subyektlərinin birbaşa iştirakının təmin edilməsi və ödənişlərlə bağlı bir sıra təkliflər nəzərdə tutulur.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amerika dolları necə hazırlanır? (5-ci hissə)

posted in: Xəbər | 0

dollar Amerika dollarıAmerika dolları necə hazırlanır

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

İndi isə Federal rezerv bankının banknotları barədə məlumatı təqdim edirik.

Bir Amerika dolları ABŞ-ın nominal üzrə ən kiçik Federal ehtiyat biletidir. Banknotun üz tərəfində Hilbert Stüart tərəfindən çəkilmiş ABŞın ilk prezidenti Corc Vaşinqtonun portreti təsvir olunub. Əskinasın əks tərəfində isə ABŞ-ın Böyük möhürünün hər iki tərəfi əks olunub.

Yeri gəlmişkən, 2009-cu ildə 2,5 milyard ədəd belə banknot buraxılıb.

1 dollarlıq banknotun əks təsvirinin müasir dizaynı hələ 1935-ci ildə Franklin Ruzvelt tərəfindən təsdiq edilmişdir. Eyni şəkildə, kiçik dəyişikliklərlə (möhürün tərəfi dəyişib) bu günə qədər mövcuddur.

İki dollarlıq ABŞ banknotu ikinci ən yüksək ABŞ Federal ehtiyat biletidir. Onun ön tərəfində Tomas Jeffersonun, əks tərəfdə isə – John Trumbull’un “İstiqlal Bəyannaməsi”nə Con Trambul təəfindən çəkilən tablonun reproduksiyası təsvir olunur.

Bu əskinasların istehsalı 1966-cı ildə dayandırılmışdı, amma, 10 il keçdikdən sonra, ABŞ-ın müstəqilliyinin bayram edilməsi zamanı yenidən bərpa olunmuşdu. Bizim günlərdə onların yeni nüsxələri demək olar ki, istehsal olunmur (bütün buraxılan banknotların 1 faizini təşkil edir), müvafiq olaraq onu istifadədə nadir hallarda görmək mümkündür. Bu, iki dollarlıq əskinasların dövriyyədən çıxarıldığı, onların ödənilməsini istəyən insanlara problem yaratdığına dair bir mif yaradıb.

Bu nadirlik, 1976-cı il buraxılışının əhali tərəfindən qeyri-adi bir şəkildə qəbul edildiyi (hətta kolleksiyaya çevrildiyi) və pul əməliyyatlarında tələb olunmadığı ilə izah edilə bilər. 1996-cı ilin avqustunda yeni seriya buraxılanda bu əskinaslar, demək olar ki, yoxa çıxmışdı. 2014-cü fiskal ilində qravüra və çap Bürosu təxminən 45 milyon ikidollarlıq əskinaslar hazırlamışdı.

5 dollarlıq ABŞ banknotu. Hazırkı dövrdə bu banknotun üz tərəfində 16-cı ABŞ prezidenti Avraam Linkolnun portreti yer alıb, əks tərəfində isə Linkolnun memorialı təsvir olunub.

10 dollarlıq banknotun üz tərəfində Amerikaın prezidenti olmayan şəxsin, ABŞ-ın ilk maliyyə naziri olmuş Aleksandr Hamiltonun portreti təsvir olunub. Əks tərəfində isə ABŞ-ın Maliyyə nazirliyinin binası əks olunub.

20 dollarlıq ABŞ banknotunun üz tərəfində ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun portreti yer alıb, əks tərəfində isə 16-cı avenyüdən (16-cı küçə) Ağ evin fasadının görüntüsü təsvir edilib. Çap edilən bütün banknotlar sırasında 20 dollarlıq əskinaslar 11 faiz təşkil edir.

50 dollarlıq banknot. Üz tərəfində ABŞ-ın 18-ci prezidenti Uliss Grantın portreti, arxa tərəfində isə XIX əsrdən ABŞ Konqressinin keçirildiyi Kapitoli binası təsvir olunub. Çap edilən banknotların təxminən 6 faizini 50 dollarlıq əskinaslar təşkil edir.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə” Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

əməkhaqlarına müddətli əlavələr“Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 142) ilə təsdiq edilmiş “Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 fevral 2021-ci il

Faylı yükləyin: Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin Nümunəsi (347 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 892 893 894 895 896 897 898 2. 400