Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (1-ci hissə)

posted in: Xəbər | 0

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir?məktəb

1-ci hissə

Pandemiyadan sonra məktəblər necə olacaq? Hazırda valideynləri narahat edən ən vacib məsələ budur.

Dəyişiklikləri dərk etməkdən ötrü tarixə müraciət etmək lazım gələcək.

İnqilaba qədər, 1913-cü ildə Moskvada cəmi otuza yaxın məktəb var idi. Və uşaqların çox az bir hissəsi təhsil ala bilirdi. Sivilizasiyalı dünyada təhsil sistemi kütləvi məktəblər şəklində yalnız İkinci dünya müharibəsindən sonra, 40-50-ci illərdə ortaya çıxdı. Həmin dövrdən sonra çoxlu dəyişikliklər baş verib. Məs, sovetlər dövründə xarici dillər ikinci siniflərdə yalnız xüsusi məktəblərdə öyrədilirdi. İndi isə hər yerdə öyrədilir. Orta məktəblərdə ikinci xarici dilin tədrisinə cəhdlər edilir. Bir çox ali məktəblərdə indi universitetdən qabaq xüsusi kurslar açırlar ki, orada məktəblilər elm aləminə başa vura və özlərini peşələrdə sınaya bilsinlər.  Sovet dönəmində isə seçdikləri yolun səhv olduğunu tələbələr çox vaxt artıq ali məktəblərdə təhsil aldıqları vaxt başa düşürdülər. Etiraf etmək lazımdır: hamımızın getdiyi köhnə sovet məktəbləri bir daha olmayacaq. On illər bundan əvvəl normal sayılanlar, hazırkı dövr üçün artıq qəbulolunmazdır. Bizim uşaqlar çoxdan texnologiyalarla dostlaşıb, “kompüterdən” yeni məlumatlar əldə etmək üsulu onlardan ötrü təbii hal alıb. Yaxşı, ağlı başında olan istənilən bir kəs hazırda printerləri, çap maşınları, qacetləri kalkulyatorla və ya loqarifma xətkeşi ilə əvəz etməyə razılaşarmı?  Hətta indi əmək dərslərində stulu mişarlamaq əvəzinə 3D printerlərində, kəsim üçün lazer dəzgahlarında işləməyi öyrənirlər, kavdrokopterlər hazırlayırlar, bioloji prosesləri modelləşdirirlər.

Elektron gündəliklərin tətbiqi son illərdə məktəb həyatında daha mühüm əhəmiyyətli dəyişiklikdir. Şagirdlər artıq dəftər şəklində olan gündəlikdə qeydlər aparmaq üçün vaxt sərf etməyə ehtiyac duymurlar, hətta məktəbdə olmadıqda belə, müəllimlərdən fərdi tapşırıqlar ala bilərlər. Valideynlər uşağın necə oxuduğunu dərhal görə bilirlər. Müəllimlərə isə uşaq və ailəsi ilə qarşılıqlı əlaqə qurmaq daha asandır.

Məktəbdə “rəqəmsal” nəyi düzəldəcək? 

Pandemiya ilə sürətlənən rəqəmsal texnologiyaların mənimsənilməsi təhsil sisteminin inkişafının məntiqi davamı oldu. Bunlar olmadan, indi çox danışılan fərdi yanaşmanı həyata keçirmək mümkün deyil.

Bu gün mövcud olan və bir müəllimin eyni sxem üzrə, eyni vaxtda 25-30 şagirdi öyrətməyə çalışmasından ibarət sərt məktəb sistemi, istər-istəməz uşaqların 30% -nin müvəffəqiyyətsiz olmasına gətirib çıxarır. Təccüblü deyil ki, distant təhsil trendi bütün dünyanı əhatə edir. “Çində interaktiv təhsil platforması 200 şəhərin 700 məktəbində tətbiq olunub, – Ali iqtisad məktəbinin rektoru Yaroslav Kuzminov deyib. –  O, kompyuter testləşdirməsini aparır, təhsildəki boşluqları müəyyən edir, şəxsi bilik xəritəsini formalaşdırır, şagirdin işini təhlil edir və tapşırıqların seçimini optimallaşdırır. ABŞ-da riyaziyyat və təbiət elmləri üzrə ikidilli təhsil platforması var. Ondan həmçinin Kanada və Latın Amerikasında da istifadə olunur. O, təlimin trayektoriyasını model üzrə deyil, şagirdin tələbatından asılı olaraq korrektə edir. Məktəb üçün “rəqəmsal” elm, sənət və idmanda uğur nümayiş etdirməyənlərdən istedad tapmağa imkan verən texnologiya simulyatorlarıdır. Bu, darıxdırıcı bir müəllimin uşaqların onsuz da oynadığı bir oyunla əvəz olunmasıdır.  Nəhayət, bu, interaktiv tapşırıqlardır ki, müəllimi dəftərləri yoxlamaq kimi darıxdırıcı bir işdən azad edir. Bax, məktəbdə “rəqəmsal” bunu yoluna qoymalıdır”.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

əmək haqqının normativləri“Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 109 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 109 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 359; 2005, № 11, maddə 1061; 2009, № 10, maddə 857) əlavə – “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr”in 2.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 fevral 2021-ci il

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan və Yaponiya ikiqat vergitutmanı aradan qaldırır

posted in: Xəbər | 0

Dövlət Vergi XidmətiSon illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda bu istiqamətdə sistemli iş aparılır.

Qüvvədə olan sazişlərdən biri Azərbaycan və Yaponiyanın Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş, ölkəmizin 1 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır. Sənəd Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.

SSRİ ilə Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın 18 yanvar 1986-cı ildə imzalandığını və həmin tarixdən bu günə qədər beynəlxalq vergitutmada əhəmiyyətli dəyişikliklərin baş verdiyini nəzərə alaraq, Azərbaycanın gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında nümunəvi Konvensiya layihəsi Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə hələ 2019-cu ildə təqdim olunmuşdu.

Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması, xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.

Fevralın 1-ci ongünlüyündə Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında video konfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb. Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu orta əsrlər dövründə (1-ci hissə)

posted in: Xəbər | 0

mühasibin psixoloji portreti, tarixi faktlar mühasibib psixoloji portretiMühasibat uçotu orta əsrlər dövründə

1-ci hissə

Antik dünya əzablar içində ölürdü. Yazıçı Zamyatinin sözlərinə görə, “bütün Avropada bir narahatlıq var idi, bu havanın özündə də var idi, hamı onunla nəfəs alırdı. Hamı müharibələr, üsyanlar, fəlakətlər gözləyirdi. Heç kim yeni müəssisələrə pul yatırmaq istəmirdi. İşsizlər kütləsi küçələrdə dolaşır və çörək tələb edirdilər. Çörək hər gün bahalaşırdı, pullar isə gündəlik olaraq dəyərdən düşürdü”. O vaxt heç kim bilmirdi ki, eyni zamanda yeni bir dünya, orta əsrlər doğulurdu. Məhz, o, müasir mühasibatlıq toxumlarını səpməyə başlamışdı.

Uçotun formalaşması invenarlaşdırmanın müxtəlif növlərindən inkişaf etməyə başlamışdı. Klassik inventarlaşdırmanın nümunəsi VIII əsrin sonu, IX əsrin əvvəlləri ilə əlaqədar olan Böyük Karlın kapitulyarilərini hesab etmək olardı. Onda mülk müdirlərinin kənd təsərrüfatı qeydlərini necə aparacağına dair təlimat var idi.  Digər göstərişlərlə yanaşı kapitulyaridə  ildə bir dəfə, Yeni il ərəfəsində gəlirlər barədə hesabat vermək, mülkiyyətçiyə pulların verilməsi qaydaları, xərclərin iki növ üzrə uçotunun aparılması: sahibkarın xərcləri və təsərrüfatın xərcləri barədə göstərişlər var idi.

Orada həmçinin xüsusi olaraq qeyd edilmişdi ki, qalıqlar ayrıca siyahıda qeydə alınmalıdır və onların hesablanması dəyərlərin növləri üzrə həyata keçirilməlidir. Bir maraqlı detal diqqəti cəlb edir: məsrəflərlə bağlı əməliyyatları bir adam, gəlirləri ikinci bir şəxs, qalıqların çıxarılmasını isə üçüncü adam yerinə yetirirdi. Bu o zamanların tipik nəzarət üsulu idi. Mülkiyyətçidən başqa heç kim (və çox vaxt elə üçüncü şəxs, məhz mülkiyyətçinin özü olurdu) işlərin həqiqi vəziyyətini bilməməli idi.

Orta əsrlərdə satıcı və alıcılar arasında münasibət, üzərində müvafiq ödəniş ölçüsünə uyğun kəsik olan birka – lövhəcik vasitəsilə qurulurdu. Sonra həmin birka tən ortadan bölünür və bir parçası satanda (“mədaxil orderi”), ikinci payı isə ödəniş edərək alanda (“qəbz”) qalırdı. Birka parçalarını yanbayan qoymaqla qeydin düzgünlüyünə əmin olmaq mümkün idi. Əgər kəsiklər uyğun gəlirdisə, deməli, qeyd həqiqi idi. Birkalar “veksellər”, “çeklər” kimi sərbəst dövriyyədə idi və nağd pulları əvəz edirdi. Elə də olurdu ki, birkanın bir yarısının sahibi özündən əlavə kəsik cızmağa meyillənirdi, lakin, bunun üstü çox tez açılırdı.

Birka uçotu uzun müddət müxtəlif ölkələrdə geniş yayılmışdı. İngiltərədə o, XIX əsrin əvvəllərinə kimi mövcud olmuşdu.

XIII ərdə Qərbi Avropada kassa əməliyyatlarının maraqlı uçot sistemi meydana gəlmişdi. Məs, Roma papası III Nikolayın (XIII əsr) xəzinədarlığnın kassa kitabını nümunə gətirək. Onun ilk yarısında gəlirlər, qalan yarısında isə xərclərin uçotu aparılırdı. XV-XVI əsrlərdə papa xəzinədarlarının kassa kitabları pul uçotu sistemi ilə bağlı təsəvür yaradır. Hər bir mədaxil qeydində müddət, sözlə və rəqəmlə yazılmış məbləğ, ödənişin əsası və pulun kimdən gəldiyi göstərilirdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 893 894 895 896 897 898 899 2. 400