Mikayıl Cabbarov: “Prioritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük verilməlidir”

posted in: Xəbər | 0

vergi daxilolmaları, büdcə asılılığıUzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olunması üçün bir sıra addımların atılması nəzərdə tutulub.

“Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, hökumətin hədəfində ilk növbədə iqtisadi fəallığın bərpa edilməsidir:

“Çalışacağıq ki, postpandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi, gəlirlərin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar, həmçinin, yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və özəl investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının istehsalının daha da stimullaşdırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.

Üçüncü, biznes mühiti daha da yaxşılaşdırılacaq. Xüsusilə orta sahibkarların imkanları daha da genişlənməli, belə demək olarsa, onların əl-qolu tam şəkildə açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.

Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalı, priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük verilməlidir.

Qarşıdakı dövrdə yeni özəlləşmə proqramının həyata keçirilməsini nəzərdə tuturuq. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda, dövlət investisiya proqramları dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Prezidenti Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi ilə bağlı sərəncam imzalayıb

posted in: Xəbər | 0

Azərbaycan Prezidenti Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi ilə bağlı sərəncam imzalayıb

Əmək məcəlləsinə dəyişiklik

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2021-ci il.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankıİqtisadi Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Mərkəzi Bankında (AMB) fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İqtisadi Şuranın Əsasnaməsi”ndə öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Şuranın Katibliyinin tərkibini də AMB müəyyən edəcək.

Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

– Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

– Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

– Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

– Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

– Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

– imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

– Şuranın iclaslarının protokollarının və Şuranın qərarların surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

– Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

– Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

– Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

– Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məsafədən məhsuldar işləməyə mane olan əsas maneələr

posted in: Xəbər | 0

karantinMəsafədən məhsuldar işləməyə mane olan əsas maneələr bunlardır: böyük həcmdə tapşırıqlar, elektron məktublar və xəbərlərin, eləcə də görüşlər və zənglərin çoxluğu. Belə müdaxilələri Asana komandalar üçün layihələrin idarə olunması platforması nümunə gətirib.

Ekspertlər müəyyən ediblər ki, məsafədən istifadəyə keçidlə əlaqədar şirkət əməkdaşları işin özünə deyil, bilavasitə informasiya, müşavirə və proseslərin əlaqələndirilməsi üçün 60 faiz çox vaxt sərf etməyə başlayıblar.

Sorğuda Avstraliya, Fransa, Almaniya, Yaponiya, Sinqapur, Böyük Britaniya və ABŞ-dan olan müxtəlif səviyyəli şirkətlərin 13 min işçisi iştirak edib. Tədqiqat əməkdaşların əksəriyyətinin ( 87 faiz) gecəyədək işlədikləri və iş yerində çox qaldıqlarını ortaya çıxarıb. Müqayisə üçün qeyd edək ki, əgər 2019-cu ildə onlar işdə 242 saat olublarsa, 2020-ci ildə isə bu rəqəm 455 saata çatıb.

Aydın olub ki, işlərin sayı artdıqca, bir çox əməkdaşların ev işlərinə vaxt ayırması çətinləşib və sorğu zamanı respondentlərin hər on nəfərindən yeddisinin ötən il bu səbəbdən emosional baxımdan əziyyət çəkdiklərini qeyd ediblər. Bu, evdən çalışanların yeganə psixoloji problemi deyildir. Rəyi soruşulanların demək olar ki, üçdə ikisi (62 faizi) 2020-ci ildə “nailiyyətə layiq olmama sindromu”nu yaşayıblar. Çox vaxt isə bu sindrom uşaqları olan valideylərdə özünü göstərib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 896 897 898 899 900 901 902 2. 400