» » » Mikayıl Cabbarov: “Prioritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük verilməlidir”

Mikayıl Cabbarov: “Prioritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük verilməlidir”

posted in: Xəbər | 0
birbank biznes

vergi daxilolmaları, büdcə asılılığıUzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olunması üçün bir sıra addımların atılması nəzərdə tutulub.

“Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, hökumətin hədəfində ilk növbədə iqtisadi fəallığın bərpa edilməsidir:

“Çalışacağıq ki, postpandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi, gəlirlərin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar, həmçinin, yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və özəl investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının istehsalının daha da stimullaşdırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.

Üçüncü, biznes mühiti daha da yaxşılaşdırılacaq. Xüsusilə orta sahibkarların imkanları daha da genişlənməli, belə demək olarsa, onların əl-qolu tam şəkildə açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.

Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalı, priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük verilməlidir.

Qarşıdakı dövrdə yeni özəlləşmə proqramının həyata keçirilməsini nəzərdə tuturuq. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda, dövlət investisiya proqramları dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun