» » » Amerika dolları necə hazırlanır? (5-ci hissə)

Amerika dolları necə hazırlanır? (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

dollar Amerika dollarıAmerika dolları necə hazırlanır

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

İndi isə Federal rezerv bankının banknotları barədə məlumatı təqdim edirik.

Bir Amerika dolları ABŞ-ın nominal üzrə ən kiçik Federal ehtiyat biletidir. Banknotun üz tərəfində Hilbert Stüart tərəfindən çəkilmiş ABŞın ilk prezidenti Corc Vaşinqtonun portreti təsvir olunub. Əskinasın əks tərəfində isə ABŞ-ın Böyük möhürünün hər iki tərəfi əks olunub.

Yeri gəlmişkən, 2009-cu ildə 2,5 milyard ədəd belə banknot buraxılıb.

1 dollarlıq banknotun əks təsvirinin müasir dizaynı hələ 1935-ci ildə Franklin Ruzvelt tərəfindən təsdiq edilmişdir. Eyni şəkildə, kiçik dəyişikliklərlə (möhürün tərəfi dəyişib) bu günə qədər mövcuddur.

İki dollarlıq ABŞ banknotu ikinci ən yüksək ABŞ Federal ehtiyat biletidir. Onun ön tərəfində Tomas Jeffersonun, əks tərəfdə isə – John Trumbull’un “İstiqlal Bəyannaməsi”nə Con Trambul təəfindən çəkilən tablonun reproduksiyası təsvir olunur.

Bu əskinasların istehsalı 1966-cı ildə dayandırılmışdı, amma, 10 il keçdikdən sonra, ABŞ-ın müstəqilliyinin bayram edilməsi zamanı yenidən bərpa olunmuşdu. Bizim günlərdə onların yeni nüsxələri demək olar ki, istehsal olunmur (bütün buraxılan banknotların 1 faizini təşkil edir), müvafiq olaraq onu istifadədə nadir hallarda görmək mümkündür. Bu, iki dollarlıq əskinasların dövriyyədən çıxarıldığı, onların ödənilməsini istəyən insanlara problem yaratdığına dair bir mif yaradıb.

Bu nadirlik, 1976-cı il buraxılışının əhali tərəfindən qeyri-adi bir şəkildə qəbul edildiyi (hətta kolleksiyaya çevrildiyi) və pul əməliyyatlarında tələb olunmadığı ilə izah edilə bilər. 1996-cı ilin avqustunda yeni seriya buraxılanda bu əskinaslar, demək olar ki, yoxa çıxmışdı. 2014-cü fiskal ilində qravüra və çap Bürosu təxminən 45 milyon ikidollarlıq əskinaslar hazırlamışdı.

5 dollarlıq ABŞ banknotu. Hazırkı dövrdə bu banknotun üz tərəfində 16-cı ABŞ prezidenti Avraam Linkolnun portreti yer alıb, əks tərəfində isə Linkolnun memorialı təsvir olunub.

10 dollarlıq banknotun üz tərəfində Amerikaın prezidenti olmayan şəxsin, ABŞ-ın ilk maliyyə naziri olmuş Aleksandr Hamiltonun portreti təsvir olunub. Əks tərəfində isə ABŞ-ın Maliyyə nazirliyinin binası əks olunub.

20 dollarlıq ABŞ banknotunun üz tərəfində ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun portreti yer alıb, əks tərəfində isə 16-cı avenyüdən (16-cı küçə) Ağ evin fasadının görüntüsü təsvir edilib. Çap edilən bütün banknotlar sırasında 20 dollarlıq əskinaslar 11 faiz təşkil edir.

50 dollarlıq banknot. Üz tərəfində ABŞ-ın 18-ci prezidenti Uliss Grantın portreti, arxa tərəfində isə XIX əsrdən ABŞ Konqressinin keçirildiyi Kapitoli binası təsvir olunub. Çap edilən banknotların təxminən 6 faizini 50 dollarlıq əskinaslar təşkil edir.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun