» » » Amerika dolları necə hazırlanır? (4-cü hissə)

Amerika dolları necə hazırlanır? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Amerika dolları dollarAmerika dolları necə hazırlanır

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Son mərhələdə pulların daxil olduğu sexdə, vərəqləri nəhayət pul ölçüsündə kəsirlər. Bundan sonra onlar sayılır və qablaşdırılır.

İndi həmin pullar Federal ehtiyatlar sisteminin banklarına göndərilməyə hazırdır, oradan isə dollarlar geniş bir çay kimi ABŞ, Avropa və dünyanın dollara ehtiyac duyduğu ölkələrin müxtəlif banklarına axacaq.

İndi isə amerikan valyutası barədə bir neçə maraqlı məlumat.

2013-cü ildə ABŞ-ın qravüra və çap üzrə Bürosu 6,6 milyard banknot istehsal edib. Nominalından asılı olmayaraq hər bir banknotun hazırlanmasının qiyməti cəmi 10 sent edir. Müqayisə üçün: 1 sentlik sikkənin istehsalı üçün qiymət 7 sent təşkil edir.

Bütün müasir dollar banknotları nominalından asılı olmayaraq eyni ölçüdədir 6,14 – 2,61 dyum (155,956 – 66,294 millimetr).

Banknotun yararsız vəziyyətə düşməsindən və cırılmasından ötrü onu 4 min dəfə əymək lazım gələrdi. ABŞ Federal ehtiyatlar sisteminin (FES) məlumatına görə, 1 dollarlıq banknotun xidmətetmə müddəti təxminən 22 ay təşkil edir. 5 dollarlıq əskinas 24 ay “yaşayır”, 10 dollarlıq – 18 ay, 20 dollarlıq – 25 ay, 50 dollarlıq – 55 ay. 100 dollarlıq əskinas “uzunömürlüdür” və 60 ay dövriyyədə olur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin (ing. Department of Treasury), indi istehsal edilən dollar əskinaslarının və sikkələrinin təxminən 99 faizi sərbəst dövriyyədədir. 1995-ci ildən 2005-ci ilə qədər dövriyyədə olan dollar məbləği 89 faiz artaraq 758,8 milyard dollara çatmışdı.

30 sentyabr 2006-cı il tarixinə olan məlumata görə, dünyada 971 milyard 922 milyon 146 min 480 dollar məbləğində əskinaslar və sikkələr var idi ki, bunun da 790 milyard 556 milyon 11 min 806 dolları sərbəst dövriyyədə idi (yəni, planetin hər bir sakininə 150 dollar düşürdü). Qeyd etmək lazımdır ki, bu an üçün sözügedən vəziyyət barədə məlumat yoxdur. Ən geniş yayılmış əskinaslar 100 dollar, 20 dollar və 10 dollarlıq əskinaslardır.

ABŞ dolları bəzi digər ölkələrdə də milli valyuta statusuna malikdir və o cümlədən öz valyutasının faktiki olaraq nağd və/və ya nağdsız dövriyyədə istifadə olunmadığı hallar da daxil olmaqla, çox vaxt milli valyutanın yalnız qanuni ödəniş vasitəsi olmadığı ölkələrdə əlavə (paralel) valyutadır.

Dolların milli valyuta statusuna malik olduğu ölkələr:

Bermud

Boneyr

Britaniya Virgin adaları

Şərqi Timor

Zimbabve

Marşall adaları

Palau

Panama

Puerto-Riko

Saba

Salvador

Sint-Estatius

Terks-Kaykos

Mikroneziya federativ ştatları

Ekvador


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun