» » » Amerika dolları necə hazırlanır? (3-cü hissə)

Amerika dolları necə hazırlanır? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

dollarAmerika dolları necə hazırlanır

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Mürəkkəb quruduqdan və şəkilli vərəqli banknot hazır olduqdan sonra, o, növbəti mərhələyə keçir – defektin müəyyən edilməsindən ötrü skan edilir. Zay dollarları seçmək, saxta pulları aşkar etmək qədər çox mühümdür. Hər bir vərəqin yoxlanılmasından ötrü cəmi bir saniyə lazım gəlir, sonra vərəq nömrələnir. Kompüter milyonlarla mikroskopik kvadratları olan nümunəni müqayisə etməklə eyni zamanda 37-ə qədər vərəqi yoxlaya bilir. Əgər kvadrat nümunə ilə uyğun gəlmirsə, onda təsvir monitora çıxarılır.

Zay əskinaslar məhv edilir, lakin elə də olur ki, onlar bu cür nadir nüsxə həvəskarlrının əlinə keçir, orada isə onun qiyməti yüzlərlə, bəzən isə minlərlə dəfə yüksəlir.  Yoxlamadan sonra, vərəqlərə Federal ehtiyatın seriya nömrələri və təyinatları verilir. Bu pulların ev ünvanı kimidir. Seriya nömrəsi, partiya nömrəsi və nominal dəyəri hər bir kağız vərəqi başqalarından fərqləndirən üç amildir. Onlar təkrarlanmırlar, buna görə hər bir banknot üzrə onun çap olunduğu günü və onun verildiyi yeri müəyyən etmək olur.

Federal ehtiyat sisteminin üzvü olan 12 bank pul emissiyası (buraxılması) hüququna malikdir. Amerika Birləşmiş Ştatları ərazisi say və əlifba sırası ilə təyin olunmuş hər birinin öz Federal ehtiyat bankına sahib olan 12 bölgəyə (dairəyə) bölünürdü:

Ərazinin nömrəsi. Hərf. Mərkəzin yerləşməsi

1 A Boston

2 B Nyu-York

3 C Filadelfiya

4 D Klivlend

5 E Riçmond

6 F Atlanta

7 G Çikaqo

8 H Sent-Lyuis

9 I Minneapolis

10 J Kanzas-Siti

11 K Dallas

12 L San-Fransisko


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun