» » » Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinə müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

KOBİAKOBİA-dan bildirilib ki, fevralın 17-si saat 11:00-da təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə dair məlumatlandırıcı vebinar keçiriləcək.

Tədbirin təşkilində məqsəd fevralın 17-də start veriləcək müsabiqənin şərtləri, lazım olan sənədlər, layihənin qiymətləndirilməsi prosesi, dəstək məbləği barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:
https://us02web.zoom.us/j/81428696454?pwd=WWh0K2RDeFBwbDkvZlBvUjVZY3U0QT09
ID: 814 2869 6454
KOD: 288753

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi prosesinə start verilir.

Bu məqsədlə fevralın 17-dən etibarən KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılır. Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarına uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız 1 layihə təqdim edə bilər.

Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını və lazım olan digər sənədləri martın 17-dək agentliyə elektron formada və ya birbaşa təqdim edə bilərlər (ətraflı məlumat üçün – https://bit.ly/36WhTcq). Müsabiqənin nəticələri barədə məlumat aprelin 19-dan sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun