Borcları necə tez ödəməli?

posted in: Xəbər | 0

Borcları necə tez ödəməli?

borcBorcları daha səmərəli və daha sürətli necə ödəmək olar? Borcu ödəməyin ən yaxşı üsulu – bu barədə düşünməyi dayandırmaq və sadəcə bunu etməkdir. Lakin, əgər beyniniz “düşünmə” hissəsində ilişib qalıbsa və geri ödəmə planı ilə hərəkət etməyinizə mane olursa nə etməli? Bu o deməkdir ki, davranış elmi haqqında biliklərdən istifadə etməyin vaxtı çatıb.

Bu məqalə, Kanadadakı PwC davranış tədqiqatları şöbəsinin rəhbəri doktor Melayna Vinskinin araşdırmalarına əsaslanır. Melayna davranış iqtisadiyyatı baxımından kredit və borcların ödənilməsi problemlərimizi ən yaxşı şəkildə necə həll edəcəyini bilir. Və borcun qaytarılması yolunda hansı problemlər durur.

“Dəvəquşu effkti”

Bu, istənilən bir böyük hesablara davranış reaksiyasıdır. Bu ay ərzində çox xərclədiyimizi bildiyimiz zaman o, xüsusilə kəskinləşir. Kredit kartındakı hesabı açıb yoxlamaq, ümumi borc məbləğini hesablamaq bizdən ötrü psixoloji olaraq çətinləşir. Böyük bir mücərrəd borcun reallaşması bizi iflic edir. Və biz dəvəquşu kimi “başımızı qumda gizlətməyə” başlayırıq.

Hesabın açılması qorxusunu aradan qaldırmağa kömək edə biləcək iki davranış taktikası var. Birincisi, avtomatik bank çıxarışları. Bu çıxarışlar vasitəsilə siz həmişə nə qədər və nəyə xərclədiyinizi biləcəksiniz. Və ikincisi, kredit və borcların ödənilməsini avtomatik olaraq tənzimləyəcəksiniz. Bir də heç vaxt X günündə ödəniş etməyi yaddan çıxarmamaqda sizə Ev mühasibatlığı kömək edəcək. Onunla siz borc və kreditlərə asanlıqla nəzarət edə biləcəksiniz. Siz qaytarılma tarixini və dövriliyi göstərə bilərsiniz və proqram özü sizin qeyd etdiyiniz cədvəl üzrə geri qaytarımlar edəcək.

“İtkilərin qəbuledilməzliyi” efekti    

Hansı alış-veriş ssenarisi xərcləri asanlaşdırır: fiziki olaraq mağazada nağd ödəniş yolu ilə və ya onlayn bank kartı ilə alış-veriş etmək? İkinci olanı təxmin etmək elə də çətin deyil. İnsanların əksəriyyətinə pulları onlayn vermək daha asandır, belədə biz sanki fiziki olaraq pullardan heç ayrılmırıq. Bizim beynimiz elə qurulub ki, o, fayda götürməkdən daha çox itkilərdən yayınmaqda maraqlıdır.  Pulları onlayn xərclədikdə, biz onların itkisini daha az dərk edirik. Pullara qənaət etmək və borcları daha tez ödəmək üçün biz vəsaitlərin “itkisindən doğan ağrını” gücləndirməliyik. Bundan ötrü mümkün olan yerdə nağd pullara keçmək lazımdır. Heç olmasa, böyük qənaət dövründə müvəqqəti olsa da buna keçmək lazımdır.

“Hazırkı ana meyillənmə” və “özünü məhdudlaşdırma metodu”  

Borcsuz gələcəyi öncədən planlaşdırmaq üçün bizə iki şey lazımdır. Birincisi, maliyyə planı. İkincisi, present bias – “hazırkı ana meyillənmə” adlanan davranışının aradan qaldırılması üsuludur. Bu, uzunmüddətli məqsədlər sayəsində ani faydaları yenidən qiymətləndirmək tendensiyasıdır. Məsələn, bu gün krediti daha sürətli ödəmək üçün pula qənaət etmək əvəzinə, biz lazımsız, lakin, xoş şeylərə 100 manat xərcləməyə meylliyik. Beynimiz elə qurulub ki, uzunmüddətli uduşu deyil, həmişə hazırkı, ani qazancı seçir.

Doktor Vinskiy, bu davranış tələsinə qalib gəlməyinizə və gələcəyiniz üçün maddi faydalar əldə etməyinizə kömək edəcək iki tövsiyəni təqdim edir. Birincisi –  borcları ödəmək və qənaət yaratmaq üçün “defoltun təyin edilməsi” və ya hər ay müntəzəm avtomatik ödəmələr. İkincisi, “özünü məhdudlaşdırma metodu” adlı davranış elminin texnikasından istifadə. Bu metod özünüzü uzunmüddətli faydalara yönəlmiş bir planı izləməyə məcbur edəcəkdir. Pullarınızı hara xərclədiyinizi görmək üçün üç aylıq məlumatlara baxın. Nədən imtina etmək olar? Bu xərc maddələrini ayırın və kağız vərəqdə “Mən A, B və V-ni etməyəcəm/almayacam” siyahı tərtib edin. Qoy ilk baxışda bu ağılsız və qəribə görünsə də, həmin vərəqi öz imzanızla təsdiq edin. Yaxın insanlara, valideynlərə, ən yaxşı dostlara borcların azaldılması ilə bağlı öhdəlikləriniz barədə danışın. Bu, məqsədinizə çatmaqda sizə kömək edəcəkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan sahibkarlarına yeni məhsullar təqdim olunacaq

posted in: Xəbər | 0

yeni məhsullarSahibkarlığın İnkişafı Fondu (SİF) dörd mərhələdə bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.

Bunu SİF-in ötənilki fəaliyyəti və bu il qarşıda duran vəzifələrinə həsr olunan onlayn mətbuat konfransında çıxış edən Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, ilk mərhələyə yaxın vaxtlarda start veriləcək və burada dövriyyə kapitalı üçün kreditlərin ayrılması nəzərdə tutulur: “Biz bunları daha ucuz və daha güzəştli şəkildə təklif etmək istəyirik. Eyni zamanda, lizinq kimi mexanizmin də yaxın zamanlarda təklif olunacağı gözlənilir. Bunlar da güzəştli kredit kimi, birbaşa deyil, müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək. Yəni lizinq şirkətləri vasitəsilə veriləcək”.

Fondun rəhbəri əlavə edib ki, ilk mərhələni keçəndən sonra digər yeni kredit alətlərinin də təklif olunacağı gözlənilir.

“Ola bilsin ki, kapital bazarının digər alətlərini istifadə edək. Məsələn, gələcəkdə hər hansı seçilmiş şirkətlər istiqraz buraxsın və biz onların istiqrazlarını alaraq kredit əvəzi maliyyələşdirmə verək. Biz bunu özəl sektorla rəqabətdə deyil, onlara kooperasiyada dəstək verərək etmək niyyətindəyik”, – deyə K. Nəcəfov qeyd edib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb

posted in: Xəbər | 0

yoxlamaların dayandırılmasıAzərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur:

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 1 yanvar 2022-ci ilədək uzadılması;

Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsi.

Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar isə aşağıdakılardır:

vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank endirimli şərtlərə daxili ipoteka krediti təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Daxili ipoteka Kapital BankKapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Ev almaq arzusunda olanlar artıq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan Daxili ipoteka kreditindən bəhrələnə bilərlər.

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 3 ildən 20 ilədək təşkil edir. İllik faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 30% – 50% aralığında dəyişir. İpoteka krediti verildikdə əmlak və həyat sığortası üzrə sığortalanma prosesi, eyni zamanda təminatın qiymətləndirilməsi əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 889 890 891 892 893 894 895 2. 388