Vergi orqanları sahibkarların ictimai qurumları ilə sıx əməkdaşlıq edəcək

posted in: Xəbər | 0

ikiqat vergitutmaİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyən edib.

Məlumata görə, bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.

Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.

Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov sahibkar birlikləri və sahəvi assosiasiyalarla görüşlərin keçiriləcəyini bildirib, səmərəli əməkdaşlığın təmin edilməsi üçün assosiasiyaların sahələr üzrə koordinasiyalı idarəetmə mexanizminin yaradılmasının əhəmiyyətini qeyd edib. Bu sahədə xarici ölkələrin müsbət təcrübələrinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

Müzakirələrdə çıxış edən sahibkar birlikləri və assosiasiyalarının nümayəndələri dialoq formatında əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirib, bu formada əməkdaşlığın inkişafına dair təkliflərini səsləndiriblər.

Görüş zamanı sahibkar birlikləri və assosiasiyalarən Dövlət Vergi Xidmətinə təmsil etdikləri sahələr üzrə problem və təkliflərini təqdim etməsi, bu istiqamətdə müzakirələrin, sahələr üzrə görüşlərin keçirilməsi, qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasında aidiyyəti birliklərin iştirakının təmin edilməsi qərara alınıb. Eyni zamanda, dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək üçün xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, sahibkar birlikləri və assosiasiyalarının iştirakı ilə onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması barədə razılıq əldə edilib.

Görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi vurğulanıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd olunub. Tədbirdə müzakirə edilmiş məsələlər barədə suallar cavablandırılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır? (2-ci hissə)

posted in: Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır və bu neçəyə başa gələ bilər?Mühasibat konsaltinqi

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.
Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

4-cü hal: vergi və ya digər yoxlama gözlənilir, buna görə şirkət rəhbərliyi mühasibat sənədləri ilə hər şeyin yaxşı olduğundan əlavə olaraq əmin olmaq istəyir.

5-ci hal:  müvəqqəti olaraq iş yükü artıb (məsələn, aktiv satış mövsümü başlayıb) – ştatda olan mühasiblər öz gücləri ilə bu işlərin öhdəsindən gələ bilmirlər.

6-cı hal: ştata yeni mühasib götürülüb. Belə bir vəziyyətdə əvvəlki işçinin öz işini qənaətbəxş yerinə yetirmədiyi ortaya çıxa bilər. Bu halda mühasibat uçotunu tamamilə bərpa etmək tələb olunur və bunu təcrübəli mütəxəssislərin xidmətləri olmadan edə bilməzsiniz.

Amma, mühasibat və vergi uçotunun aparılması ilə bağlı məsləhətlərə təkcə yuxarıda təsvir edilən hallarla bağlı deyil, digər məsələlərlə əlaqəli də ehtiyac yarana bilər. Sözügedən xidmət hesabatların düzgünlüyünə əmin olmaq istəyən istənilən rəhbər üçün lazımlı ola bilər. Mühasibat konsaltinqində ixtisaslaşan şirkətlər bu işdə böyük təcrübəyə malikdirlər və vergi qanunvericiliyinin hüquqi incəliklərindən yaxşı baş çıxarırlar. Onların xidmətlərinə müraciət etmək, mühasibat uçotunun daha effektiv aparılmasına və vergi ödənişlərini qanuni yolla azaltmağa nail olmaq istəyən hər kəs üçün əhəmiyyət kəsb edir.

Qeyd üçün

İri şirkətlər, bir qayda olaraq, öz maliyyə şöbələrinə malik olurlar  və ya tam müşayiəti  sifariş edirlər, buna görə də onlar mühasibat uçotu üzrə konsaltinqə nadir hallarda ehtiyac duyurlar. Adətən bu cür xidmət kiçik və orta bizneslə məşğul olan kiçik müəssisələrə tələb olunur. Bu,  fərdi sahibkar  və müxtəlif sahələrdə çalışan MMC də ola bilər: IT xidmətlərinin  göstərilməsi üzrə mərkəzlər, logistika şirkətləri, ictimai iaşə müəssisələri, gözəllik salonları və s.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital bankMəlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri marketlər şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Bir sıra üstün funksiyalara malik terminallar vasitəsilə artıq USD və EUR valyutasında mədaxillərin qəbulu funksiyası aktivləşdirilib. Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkün olub. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Ödəniş terminallarının əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnsan və iqtisadiyyat (1-ci hissə)

posted in: Xəbər | 0

İnsan və iqtisadiyyatiqtisadiyyat

1-ci hissə

Hər bir elmin öz tədqiqat mövzusu var. İqtisadiyyatda belə bir mövzu insanların iqtisadi davranışıdır ki, ondan da aşağıdakı suallar ortaya çıxır. İqtisadi nəzəriyyə həyat fəaliyyətinin hansı tərəflərinin öyrənilməsi ilə məşğul olur, həmçinin insan iqtisadi nöqteyi-nəzərdən nəyi özündə əks etdirir?

İnsanın təşəkkülü çox uzaq keçmişlərdə izini itirir. Bu günkü elm “ağıllı insanın” ortaya çıxması ilə bağlı mümkün səbəblər və zamanla bağlı, eləcə də onun başlanğıc təkamül nöqtəsi barədə həqiqi və dəqiq bir cavab verə bilmir. Yalnız onun bioloji və sosial inkişafında kifayət qədər uzun və kifayət qədər əyri yol keçdiyini təsəvvür etmək olar. İnsan ictimai varlıq hesab olunur. Bəzi keçmiş və müasir alimlərin fikrincə, bu, əmək sayəsində baş verib. Məhz, əmək insanı heyvanlar aləmindən ayırmağa, ona şüur bəxş etməyə və onun fəaliyyətinin ictimai xarakterini müəyyən etməyə imkan vermişdir.

İnsan üçün xas olan sosial, bioloji, mənəvi və maddi cəhətlərlə bir yerdə iqtisadi nəzəriyyə insanın ən mühüm fəaliyyət sahələrindən birini təhlil edir, daha dəqiq desək, istehsal və gələcək paylanma sahələri həyati vacib, özü də təkcə rifah deyil, məhdud sayda resurs olduğu halda belə, şəxsi və ictimai maraqların gerçəkləşdirilməsinin bir çox başqa formaları tamamilə mümkün olmazdı.

İnsan cəmiyyətinin öyrənilməsi zamanı iqtisadi nəzəriyyə insanı həm istehsalçı, həm də mövcud iqtisadi nemətlərin istehlakçısı kimi müəyyən edən mühüm zəminə əsaslanır. Burada insan nəinki texnika və texnologiyalardan istifadə növləri və üsullarını yaradır, həm də onları müəyyən edir, bu da öz növbəsində, insandan yeni fiziki və intellektual qabiliyyət tələb edir.

İnsan hansı məqsədlər üçün əməklə məşğul olur? Əmək ilkin tələbatdır və ya həyati bir zərurətdir? İbtidai cəmiyyət dövrünə nəzər salsaq, bu sualın cavabı heç də çətin deyil. Erkən dövrlərdə zəruri qidaları əldə etmək üçün bir insan çoxlu səylər sərf etməli idi. Və sonrakı inkişaf dönəmində insan həmişə bu səyləri minimuma endirməyə səy göstərmiş və səy göstərməkdədir ki, bu səylər  yeni növ alətlərinin icadı, həyat rifahının yüksəldilməsindən ötrü texnologiyaların yaradılmasına doğru müəyyən həyat faydaları yaratmaq üçün onların icadına müəyyən bir təkan verir.

Olduqca maraqlı bir paradoksa diqqət yetirmək lazımdır. İnsanların, ilk növbədə fiziki işləri asanlaşdırmaq istəyi, onları daha aktual və müasir maddi malların yeni ixtiraları üzərində işləməyə vadar edir. Misal üçün, piyada gəzməmək üçün təkər icad olunub, əllə torpağı qazımamaqdan ötrü bel, kürək, çapacaq və sonra ekskavatorlar ortalığa çıxıb. Beləliklə, sözügedən paradoks belə bir məsəldə özünü göstərir, bütün mövcud olan sərvət əmək sayəsində deyil, tənbəllik sayəsində yaradılıb.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 887 888 889 890 891 892 893 2. 400