İcbari Tibbi Sığorta haqqlarına cəlb edilməyən gəlirlər hansılardır?

posted in: Xəbər | 0

icbari tibbi sığortaSual: 2021 ci il yanvar ayından tutulan İcbari Tibbi Sığorta haqqlarına cəlb edilməyən gəlirlər hansılardır? Əmək haqqı fonduna daxil edilməyən gəlirlərdən İcbari Tibbi sığorta haqqları tutulurmu?

Cavab: Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Əmək Məcəlləsinin 157-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçinin borcu nağd şəkildə qaytarıla bilərmi?

posted in: sual-cavab, Xəbər | 0

Təsisçinin borcu nağd şəkildə qaytarıla bilərmi?

Sual: Təsiçi müəssisəyə faizsiz borc verdikdə hər hansı vergi öhdəliyi yaranırmı və Təsisçinin borcu kassa-məxaric orderi ilə nağd şəkildə qaytarıldıqda miqdarda hər hansı bir məhdudiyyət varmı?

Cavab:

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən şəxslər

kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Adıçəkilən Qanunun 3.4.6-cı maddəsinə əsasən, vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 110-cu və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az


Həmçinin bax


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ailə kəndli təsərrüfatının uçotunun aparılması ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Ailə kəndli təsərrüfatının uçotunun aparılması ilə bağlı qərarda dəyişiklik edilib

əmək haqqının normativləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 26 yanvar tarixli 22 nömrəli və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 27 fevral tarixli 59 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 sentyabr tarixli 1157 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 52; 2019, № 3, maddə 533) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirirlər. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət edir. Ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini
təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilir. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;
2.2. ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;
2.3. ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).”;
1.2. 3-cü hissədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
1.3. 7-ci hissədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin.

2. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 fevral tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 206) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında, 1-ci hissəsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası” üzrə:
2.2.1. adında “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bənddə “verilən” sözü “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən”
sözləri ilə əvəz edilsin;
2.2.3. 1.2-ci bənddə “verilir” sözü “təqdim edilir” sözləri ilə əvəz edilsin;
2.2.4. 1.3-cü bənddən “(və ya vəsiqələrin dublikatını)” sözləri çıxarılsın;
2.2.5. 2-ci hissənin adında “FORMASI VƏ ONUN DOLDURULMASI” sözləri “MƏZMUNU” sözü ilə əvəz edilsin;

2.2.6. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən AKT uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi məqsədilə “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə EKTİS-ə aşağıdakı
məlumatlar daxil edilir:
2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;
2.1.2. ailə kəndli təsərrüfatının üzvünün fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, ailə kəndli təsərrüfatına üzv olma tarixi;
2.1.3. ailə kəndli təsərrüfatının üzvünün fəaliyyətə başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).”;
2.2.7. 2.2-ci və 2.3-cü bəndlər ləğv edilsin;
2.2.8. 2.5-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılsın;
2.2.9. 3-cü hissənin adında “ÜZVLƏRİNİN VƏSİQƏLƏRİNİN HAZIRLANMASI, VERİLMƏSİ VƏ SAXLANILMASI” sözləri “ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI” sözləri ilə əvəz edilsin və mətni aşağıdakı redaksiyada verilsin:

“3.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt
rejimində əldə etməsi imkanı təmin olunur.
3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni
vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.”;
2.2.10. 4-cü və 5-ci hissələr və həmin Qaydaya Əlavə “Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin FORMASI” ləğv edilsin.
3. Müəyyən edilsin ki, bu Qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatlar 6 (altı) ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 fevral 2021-ci il

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumu“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, № 8, maddələr 1360, 1363, № 7, maddələr 1190, 1192, № 8, maddə 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 198-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.18-ci maddədə “2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə” sözləri “1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə” sözləri ilə əvəz edilsin;

1.2. 11.1.5-ci maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.1.6-cı və 11.1.7-ci maddələr əlavə edilsin:

“11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.”.

Maddə 2. Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 884 885 886 887 888 889 890 2. 400