» » » Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?

Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Şirkətlər bir birinə faizsiz borc verə bilərmi?

faizsiz borcSual: A şirkəti (hüquqi şəxs) digər B şirkətinə (hüquqi şəxsə) borc müqaviləsinə əsasən 3 (üç) million manat məbləğində və 5 (beş) il müddətinə borc verir. Müqavilədə qeyd olunur ki, borc üzrə faiz tədbiq olunmur və bu şirkətlərdən A və B şirkətlərinin heç biri kredit şirkəti deyil və borc (kredit şərtlərilə verilən) kredit borcu deyil. Müqavilədə göstərilmiş borc məbləği və göstərilmiş müddətdə alınmış borc hissələrə bölünərək hissə-hissə borc verənə qaytarılacaqdır. Yekunda 3 million manat alınmışdırsa 3 million manatda qaytarılır və heç bir cərimə qecimkə olmur və buradan heç bir tərəfdə gəlir və ya pul vəsaitinin artımı əmələ gəlmir. İndi maraqlıdır yuxarıda qeyd olunanları nəzərə alaraq vergi tutma tədbiq olunacaqmı və nə olunarsa hansı əsaslarla?

Cavab: Bildiririk ki, tərəflər arasında yaranan borc münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bunlarla yanaşı, Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hüquqi şəxs tərəfindən digər hüquqi şəxsə kreditlərin faizsiz verilməsi zamanı faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və həmin faizlərin məbləği borc verən müəssisənin vergi tutulan gəlirlərinə aid edilməlidir. Bu zaman hüquqi şəxsdən borc alan müəssisə vergitutma məqsədləri üçün bazar qiyməti nəzərə alınmaqla alınmış borc məbləğinə hesablanmış faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutub dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 104-cü, 108-ci, 123-cü və Mülki Məcəllənin 739-cu maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun