Cek Manın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (1-ci hissə)

posted in: Xəbər | 0

Cek Manın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (1-ci hissə)cek ma

Biz Alibaba Group şirkətinin qurucusu, Çinin ən varlı adamı – Cek Manın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.

Güc – pozitivdədir

Ma həyatının əsas prinsiplərindən biri haqqında belə deyir: “Mən uduzanda, belə deyirəm: “Baxın, mən uduzmuşam”. Udanda isə deyirəm: “Vau, mən heç bilməzdim ki, uğur qazanacam”. Belə yanaşma onda pozitivliyi və optimizmi dəstəkləyir.

Sahibkara nə etmək yetərlidir

Manın sözlərinə görə, əvvəllər o, texnologiyalar və menecment barədə heç nə bilməyib. Lakin, o, əmindir ki, bir çox şeylər barədə bilməmək də olar. Özünüzdən daha ağıllı adamları tapmaq kifayətdir. Onları axtarıb tapdıqda, sizin əsas vəzifəniz – onların bir yerdə işləyə biləcəyinə əmin olmağınızdır. Axı, axmaq adamlar birlikdə asanlıqla işləyə bilərlər, amma, ağıllı adamlarda bu heç də həmişə alınmır.

Biznesdə səhvlərin qiyməti haqda

“Ağıllı admlar uğurlu işlərlə məşğul olmaq istəyirlər. Lakin, uğura tez çatmaq, elə də asan məsələ deyil. Etdiyimiz hər bir işin 10 illik üçün perspektivini dəyərləndirmək lazmdır. Əgər uğurlu olmaq istəyiriksə, biz 10 ildən sonra zirvədə necə olmaq barədə düşünməliyik.

Hətta indinin özündə belə, Alibaba-da demək olar ki, hər gün ağılsız qərarlar qəbul edilir. Lakin, proses zamanı bu haqda heç kim düşünmür. Öyrənmək və irəli getmək lazımdır. Öz səhvlərinə görə başqalarını təqsirləndirən şəxsin uğur qazanmaq şansı yoxdur. Kimsə uduzaraq, belə düşünürsə: “Bu mənim səhvimdir, bax, bunu yaxşı etməmişəm, mən bunu və onu dəyişdirməliyəm”, ehtimal ki, müvəffəqiyyətə nail olacaq”.

Uğursuzluqların öhdəsindən necə gəlmək olar

Gəncliyində Cek Ma çoxlu səhvlər edib. O, universitetə daxil olmayıb, işə düzələ bilməyib, amma, heç vaxt təslim olmayıb. “Əgər müvəffəqiyyətli olsan, belədə əvvəllər yol verdiyin hər bir səhvin əfsanəyə çevriləcək. Əgər uğursuzluğa düçar olmusansa, onda sənin bütün səhvlərin – zibildir”, – Ma belə deyir.

Hər kəs məğlubiyyətə hazır olmalı və kənardakıların köməyinə güvənməməlidir. “Niyə elə düşünürsünüz ki, başqaları sizə kömək etməyə borcludur? Bu haqqı qazanmaq lazımdır”, – Cek Ma belə hesab edir. Ətrafdakıların hamısı şikayətlənirsə – bu, imkandır. Ehtimal ki, heç də həmişə yüksək hədəflər qoymaq lazım deyil. Bəzən yaxın olanları necə dəstəkləmək və onlara kömək etmək barədə düşünmək daha yaxşıdır.

Təhsil barədə 

Bu gün təhsil – bu, cəmiyyət üçün böyük problemdir. Ma hesab edir ki, əgər biz təhsil üsulunu dəyişdirməsək, növbəti 30 ildə bizim üçün böyük problemlər yaranacaq. “İndi uşaqları öyrətmə üsulumuz, 200 il bundan əvvəl etdiyimizə bənzəyir. Biz uşaqlara maşınlarla yarışmağı öyrədə bilmirik: sonuncular daha ağıllıdır. Biz onlara maşınların heç vaxt öhdəsindən gələ bilməyəcəkləri nəsə unikal bir şeyləri öyrətməliyik”, – o, belə deyir.

Ma müəllimlərindən çox bir vacib şeyləri öyrənib: müəllim həmişə şagirdlərinin daha yaxşı olmasını gözləyir. “Əgər bu kateqoriyalar barədə düşünmürsünüzsə, siz çox iyrənc bir müəllimsiniz”, – Ma buna əmindir.


Cek Manın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (1-ci hissə)

posted in: Xəbər | 0

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (1-ci hissə)Wirecard

Wirecard ödəniş sisteminin hesablarına artıq 2 milyard avro məbləğində qondarma pul yatırılması ilə bağlı Almaniyanın tarixində baş verən ən böyük mühasibatlıq qalmaqalı, tədricən böyük cinayət işinə çevrilir. Sözügedən sistemin iflası, iki top-menecerin həbsi, üçüncünün qaçışı və biznes-tərəfdaşlarının vaxtsız ölümləri.

Qısa zaman kəsiyində, planetar miqyasda qara dəliyə çevrilməzdən əvvəl tarixdə Avropanın maliyyə nəhənginə çevrilən və Münhen yaxınlığında yerləşən kiçik startapla bağlı yeni təfərrüatlar məlum olub.

Almaniya, mətbuatın London maliyyəçiləri ilə görüşinlərdə kəşfiyyat əlaqələri və “Noviçok” formullu zəhər ilə öyündüyünü yazdığı, Wirecard-ın iflasından sonra isə guya Belorusa və ya Rusiyaya qaçdığı deyilən koloritli avstriyalı Yan Marsaleki beynəlxalq axtarışa verib.

O, şirkətdə ikinci şəxs olub və indi isə Yan Marselek, mövcud olmayan 2 milyard avroluq şişirdilmiş böyük hesabat fırıldağında iştirak etməkdə şübhəli bilinir. Pulların nağd şəkildə Filippindəki iki bankda yerləşdiyi göstərilsə də, amma, audit zamanı həmin vəsaitlər aşkar olunmayıb.

Wirecard bu çatışmazlığı həzm edə bilmədi və iflasa uğradı, vaxtilə böyük hay-küylə əsas alman birja indeksinə daxil edilən səhmləri isə dəyərsizləşdi. Triumvirat rəhbərliyindən olan iki nəfər – təsisçi və direktor Markus Braun və maliyyə direktoru Burhardt Ley Almaniyada həbsdədirlər. Üçüncü – əməliyyat direktoru Marsalek isə qaçmağa üstülük verib.

Əvvəl onun Çindən Filippinə yola düşməsi bardə məlumat verilmişdi. Orada Wirecard-ın əsas tərəfdaşı və nəticədə təsdiqlənməmiş mənfəətin mənbəyi Manila şəhərindəki PayEasy Solutions şirkəti idi. Həmin şirkət alman Kristofer Bauer və onun arvadı Belindeyə məxsus idi.

İyul ayının sonunda Bauer ölü olaraq tapılmışdı

Avqustun 13-də isə Filippinin ədliyyə naziri Menardo Gevara 44 yaşlı almanın öz əcəli ilə ölməsi barədə xəbər verdi. Həkimlər onun bədənində hər hansı bir zorakılıq izləri tapmamışdılar və onun meyiti kremasiya edilmişdi.

Bundan bir qədər əvvəl isə həmin nazir bəyan etmişdi ki, Marselekin Filippin sərhədlərindən daxil olması ilə bağlı sənədlər saxtadır və onun işdən çıxdıqdan dərhal sonra bu ölkəyə gəlişi həqiqətə uyğun deyil.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank YAŞABMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Kapital Bank-ın dəstəyi ilə “YAŞA” Mərkəzinin Mingəçevir şöbəsinin açılışı oldu.

Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19 ünvanında fəaliyyətə başlayan mərkəzin fəaliyyəti “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən təmin ediləcək. Həftənin 5 günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək “YAŞA” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.

“YAŞA” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1) və Şamaxıda da (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya qızıl bazarı (1-ci hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (1-ci hissə)qızıl bazarı

Dünya qızıl bazarının xüsusiyyətləri

Dünya qızıl bazarı geniş planda bu qiymətli metalın dünya miqyasında dövriyyə sistemini – istehsal, paylama, istehlak sistemini əhatə edir. Bəzən bu anlayış daha dar planda – milli və beynəlxalq səviyyələrdə qızılın alqı-satqısına xidmət edən bazar mexanizmi kimi də nəzərdən keçirilir. Bu zaman nəzərə almaq lazımdır ki, söhbət qızıl bazarlarının əsas xüsusiyyətlərindən və parametrlərindən getdikdə, adətən, birincisi, nağd metalın külçə formasında alışı-satışı və ikincisi, bu külçələrlə topdan ticarət üsulları nəzərdə tutulur. Müvafiq olaraq, “kağız qızıl” adlandırılan ticarətin xüsusiyyətləri qızıl birjalarının fəaliyyəti çərçivəsində təhlil edilir.

Qızıl bazarının xüsusiyyətləri ondan ibarətdir ki, birincisi, qızıl faktiki olaraq bütün dövlətlər tərəfindən sığorta və ehtiyat fondu kimi istifadə olunur. Mərkəzi banklarda və BVF-nin ehtiyatlarında cəmlənmiş dövlət qızıl ehtiyatları bu gün 31500 tondan çoxdur. Bu ehtiyatların əhəmiyyətli bir hissəsi satışa təqdim edilə bilər. İkincisi, daha böyük həcmdə qızıl əhalidədir (zərgərlik məmulatları, sikkələr və s.). Bu qızılın bir hissəsi də – ən azından lom şəklində – həmçinin bazara daxil olur.

Nəticədə, aşağıdakı belə bir təsvir yaranır. Qızıl təklifində əsas pay onun hasilatına düşür. Lakin, hasilatın həcmi əhəmiyyətli dərəcədə ətalətliliyə malikdir, müvafiq olaraq, qızılın çıxarılması təklifi ildən-ilə nisbətən kiçik variasiyaya malikdir – lom şəklində təklifi, qızılın banklar və investorlar tərəfindən satışı təklifindən xeyli azdır.

Dünya ölkələrinin dövlət ehtiyatlarında qızıl ehtiyatları, ton (mart 2016)

№      Ölkələr        Qızıl ehtiyatı

1        ABŞ           8133,5

2        Almaniya    3381,0

3        İtaliya         2451,8

4        Fransa        2435,7

5        Rusiya        2119,4 (2018-ci ilin məlumatı)

6        Çin              1916 (son məlumata görə)

7        İsveçrə        1040,0

8        Yaponiya     765,2

9        Hindistan     618,2

10      Niderland     612,5

11      Türkiyə         567,9 (2020-ci ilin məlumatı)

12      Tayvan        422,7

13      Portuqaliya  382,5

14      Səudiyyə Ərəbistanı   322,9

14      Böyük Britaniya   310,3

15      Livan         286,8

16      İspaniya      281,6

17      Avstriya      280,0

17      Venesuela   272,9

17      Qazaxıstan  228,3

20      Belçika        227,5

          Digər ölkələr         1996,4

          Yekun                  28126,4

          BVF-nin ehtiyatları        2814,0

          Avropa Mərkəzi bankı    504,8

          Beynəlxalq hesablaşmalar bankı 108,0

          Nəzərə alınan bütün qızıl 32896,2


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 885 886 887 888 889 890 891 2. 400