Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır? (1-ci hissə)

posted in: Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi nəyə lazımdır və bu neçəyə başa gələ bilər?peşəkar mühasiblər

1-ci hissə

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.

Mühasibat konsaltinqi kimə və nə zaman lazım olur?   

Mühasibat və vergitutma – bu, hazırlıqsız bir mütəxəssis üçün başa düşülməsi çətin olan fəaliyyət sahələridir. Hətta təcrübəli mühasiblər belə, bəzən çətin tapşırıqlarla qarşılaşırlar. Bu sahələri tənzimləyən qanunlar daim dəyişir və bu, onsuz da mürəkkəb bir işə qarışıqlıq əlavə edir. Eyni zamanda, hər bir şirkət ştatında mühasibat şöbəsinə malik olmaq və ya fəaliyyətin bu hissəsini autsorsa vermək imkanına malik deyil. Bəs kiçik müəssisələrin rəhbərləri vergilər və mühasibat uçotu ilə bağlı çətin və mübahisəli məsələləri necə həll edə bilərlər?

Belə hallarda mühasibat sahəsi ilə bağlı məsləhətləşmələri təmin edən şirkətlər köməyə gəlirlər. Bu, mühasibatın tam hüquqlu autsorsinqi deyil, müəyyən məsələlərin daimi və ya müvəqqəti əsasda həllinə yardımdır. Məsləhətçilər sizin üçün bütün işləri görməyəcəklər, amma çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər və hərəkətlərinizin düzgünlüyünü nəzarət edəcəklər. Buna görə bu cür xidmətlər, müvafiq olaraq, tam mühasibat dəstəyindən daha ucuzdur.

Beləliklə, mühasibat və vergi uçotu üzrə məsləhətlər hansı hallarda tələb oluna bilər?

1-ci hal: ştatda mühasib yoxdur. Kiçik və orta biznesdə çalışan şirkətlərə daimi əməkdaş tutmaq çox vaxt sərfəli olmur. Onun üçün iş yeri ayırmaq, mütəmadi olaraq ona əməkhaqqı, mükafat vermək, xəstəxana və məzuniyyət haqqını ödəmək lazımdır. Mühasibat şöbəsinin autsorsinqi də ucuz başa gəlmir. Qənaət məqsədi ilə az dövriyyəli şirkətlərin rəhbərləri çox vaxt mühasibat uçotunu və hesabatı müstəqil aparmağa üstünlük verirlər. Ancaq, bu onların əsas ixtisası olmadığı üçün bir çox məsələnin həlli çətin ola bilər və bu vəziyyətdə səhvlər də nadir hal olmaqdan çıxır. Audit üzrə mühasibat xidmətləri və məsləhətlər problemlərin qarşısını almağa kömək edəcək.

2-ci hal: ştat mühasibi var, lakin, rəhbərlik onun səriştəsinə şübhə edir. Mühasibat uçotu və vergi qanunvericiliyi dünyasında son dəyişiklikləri davamlı şəkildə izləyəcək savadlı mütəxəssis tapmaq o qədər də asan deyil. Bu, heç də belə bir şübhə halında mövcud mühasibin işdən çıxarılması lazım olduğu anlamına gəlmir. Yeni əməkdaşın axtarışı çox vaxt aparacaq, nəticəyə isə əvvəlcədən zəmanət verilə bilməz. İstisna deyil ki, ştat mütəxəssisinin perspektivləri var, amma, bəzən onun işinə də nəzarət etmək lazımdır. Bunun üçün mühasibat uçotu üzrə məsləhətlərə ehtiyac var.

3-cü hal: şirkət öz işində qeyri-adi fəaliyyət formaları ilə qarşılaşıb, məsələn, yeni bir istiqamət üzrə fəaliyyətə başlayır və ya avadanlıq icarəyə götürür. Hətta savadlı və məsuliyyətli mühasib belə, qeyri-standart vəzifə ilə üzləşdikdə, özünü itirmək riski ilə qarşılaşa bilər. Məsləhətçi sizin işçinizə öz hərəkətlərinin düzgünlüyünə əmin olmaqda kömək edəcək, zəruri hallarda isə sənədləri necə tərtib etməyi öyrədəcək.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərpoçt” auditor seçib

posted in: Audit, Xəbər | 0

“Azərpoçt” auditor seçib

Auditor

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC beynəlxalq maliyyə hesabatlılığı standartlarına keçid balansının və 2020-2022-ci illər üçün maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Baker Tilly Audit Azerbaijan” QSC-dir.

Qalib şirkətə 123,9 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (2-ci hissə)

posted in: Xəbər | 0

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Pandemiyadan sonra məktəblər necə olacaq? Hazırda valideynləri narahat edən ən vacib məsələ budur.

Məqsəd – qlobal bazardır

Paytaxt təhsilində “rəqəmsal” çoxdan inkişaf etməyə başlayıb. Buna nümunə olaraq, “Moskva elektron məktəbi”ni göstərmək olar, artıq ölkədə digər təhsil layihələri həmin model əsasında qurulmağa başlayıb. Texnologiyalar şagirdlərə onlayn tədqiqat laboratoriyalarına daxil olmaqla, elm aləminə baş vurmağa imkan verir. Hətta məktəblilərin komanda işini (özü də müxtəlif ölkələrdən olan məktəblilərin) onlayn rejimdə uğurla təşkil etmək olur. Və hələ bu da hamısı deyil. “Biz olduqca maraqlı bir şey gördük: distant təhsil zamanı uşaqların olimpiadalara marağı kəskin yüksəlmişdi, –  Moskva fasiləsiz riyaziyyat təhsili mərkəzinin direktoru İvan Yaşenko bildirib. –  Və onların nəticələri keçən ilki nəticələri xeyli üstələmişdi. Əvvəllər məktəbli özünü yalnız uğurlu hesab etdiyi fənlər üzrə olimpiadaya qatılırdı, burada isə qəfildən başqa cür düşünməyə başladı: “Qoy, onlayn-olimpiadaya daxil olum”. Və özündən ötrü daha yeni fənləri kəşf edirdi”.

Axı, bir qədər də irəli getmək olar.  “Rəqəmsal”da biliklərin ötürülməsi üçün platformaların yaradılması ilə məşğul olan komandaların sayı getdikcə artır. Və dünya hələ ki, bu yolun başlanğıcında olduğundan, Rusiyanın rəqabətə girmək, dünya bazarında yerli təhsil məhsullarını inkişaf etdirmək və təklif etmək imkanları var.

“Onlayn-təhsil həqiqətən vacib və prinsipial olaraq lazımlı bir vasitədir”, –  Ali iqtisad məktəbinin prorektoru İvan Prostakov buna əmindir. Onun fikrincə, çox ehtimal ki, “biz hətta Covid”dən xilas olduqdan sonra da qlobal problem yoxa çıxmayacaq”. Necə və harada təhsil verməklə bağlı öz siyasətinə bir çox ölkələr yenidən baxmalı olacaqlar.

İmkanlar pəncərəsi

Vərdiş etdiyimiz məktəblər qalacaqmı? “Skolkovo” beynəlxalq gimnazıyasının direktoru Oksana Demyanenkonun sözlərinə görə, “təhsil nəticələrinə nail olmaq üçün sinif-dərs sistemində təhsil almaq lazım deyil”. Və bu nəticələrin özləri də yenidən düşünməyi tələb edir. Peşəkar mühitdə  “kütləvi unikallıq” adlı yeni termin ortya çıxdı. Yeni təhsil sistemi sadəcə fəhlə qüvvəsi deyil, unikal mütəxəssislər tərbiyə etməli idi. Müasir texnologiyalarsız isə bu mümkün deyil.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 7 nominasiyada qalib oldu

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankAzərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri müəyyən olunub və Kapital Bank 7 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.

Kapital Bank 2019-cu il üzrə “Korporativ sosial məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il üzrə isə “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi”,  “Ən fəal təhsil dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 888 889 890 891 892 893 894 2. 400