» » » Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (3-сü hissə)

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (3-сü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir?təhsil

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Pandemiyadan sonra məktəblər necə olacaq? Hazırda valideynləri narahat edən ən vacib məsələ budur.

“Ekspertlərin dəyərləndirməsinə görə, adamların daha çox cansıxıcı fəaliyyətlə məşğul olduqları 2 milyarda yaxın iş yeri sadəcə lazımsız ola bilər”, – “Skolkovo” Moskva idarəetmə məktəbinin təcrübə üzrə professoru Pavel Lukşa buna əmindir. – Eyni zamanda, insanların öz yaradıcılıq qabiliyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqələrini nümayiş etdirə biləcəyi yeni növ iş yerlərinə tələbat yaranır”.

“Biz daha çevik düşünməliyik”,  – təhsildə süni intellekt Beynəlxalq cəmiyyətinin prezidenti, Educate startaplarının akseleratorunun direktoru Rouz Lakin söyləyir. – Bizim XX əsrdə işləyib hazırladığımız təhsil sistemləri XX əsr üçün yararlı idi. 4-cü sənaye inqilabı baş verib. Biz təhsil sistemlərimizi dəyişdirməliyik. Texnologiyalar bu məsələdə bizə kömək edə bilər. Bizim süni intellektdən istifadə etməklə işləyə bilən müəllimlərə ehtiyacımız var. 4-cü sənaye inqilabı fonunda inkişaf etməyimiz təhsil sisteminin uğurundan asılı olacaq”.

Ali iqtisad məktəbinin məlumatına görə, hələ bir il bundan əvvələ kimi müəllimlərin 80% siniflərdə rəqəmsal texnologiyalardan istifadə etirdilər. Pandemiya dövründə onlayn-təhsil resurslarına daxil olma 2,5-4 dəfə artıb. Distant təhsil – bu, hələ dünən mövcud olmayan imkanlar pəncərəsidir. Uzun illər ərzində ilk dəfə olaraq məktəblilər yeni kurslar keçə bilmiş, yaşadıqları yerdən asılı olmayaraq ölkənin və hətta dünyanın ən yaxşı müəllimlərinin mühazirələrini dinləyə bilmişlər. Kənd yerlərindən və uzaq ərazilərdən olan uşaqlar üçün distant- təhsil, ümumiyyətlə, böyük şəhərlərdəki həmyaşıdları ilə yanaşı, keyfiyyətli təhsil almaq üçün yeganə imkandır.

Onlayn – bu, o cümlədən indi,  pandemiya zamanında uşaqlara öyrənməyə kömək edən məqsəd deyil, bir alətdir.

Distant təhsilin üstünlüyünü kim dəyərələndirib

Rusiya Federasiyasında tələbə mühitində məsafədən təhsilə keçid, xüsusilə məntiq ustalığı tələb edən dəqiq və tətbiqi elmləri seçənlər arasında dəstək almışdı. Məsələn, Bauman adına Moskva Dövlət Texniki Universitetində olduğu kimi. Bu, gənclərin şüur dərəcəsinə görə valideynlərindən öndə olduqlarını nümayiş etdirir. Həm də yaşlı nəsil üçün qəbuledilməz görünən təhsildə dəyişikliklər, birbaşa təhsil xidmətlərinin istehlakçısı tərəfindən tamamilə normal qəbul edilir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun