Mühasibat uçotunda rəqəmlər

posted in: Xəbər | 0

Mühasibat uçotunda rəqəmlər – təşkilatın idarə olunması üçün qərar verilməsinin əsasıdır 

rəqəmlər“Mühasibat uçotunda rəqəmlərin özü deyil, onların nə deməsi mühümdür”, Robert Kiyosaki (amerikalı sahibkar, sərmayədar).

Bu gün mühasib ən çox tələbolunan peşələrdən biridir. İşəgötürənlərin bu peşənin nümayəndələrinə marağı təsadüfi deyildir. Qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir təşkilat mühasibat uçotu olmadan keçinə bilməz. Mühasibat uçotunun aparılması təşkilatın özünə də lazımdır. Mühasibat uçotu çərçivəsində mühasib təşkilatın fəaliyyətinə dair maliyyə hesabatını tərtib edir. Bu məlumat təşkilatın idarə edilməsi üzrə qərarların qəbulunda menecer üçün qiymətlidir, çünki bu, təşkilatın işində bir çox riskləri və çətinlikləri qabaqcadan görməyə imkan verir. İxtisaslı mühasib təşkilatda əsas fiqurlrdan birinə çevrilir. O, informasiya agentidir, nəzarətçidir və təşkilatın idarə edilməsi üzrə qərarların qəbul edilməsində menecerin əsas köməkçisidir.

Xidməti vəzifə borcuna görə mühasib şox vaxt rəqəmlərlə işləməli olur və bunun təkcə nişan olmadığını da yalnız o, bilir. Rəqəmlər danışa bilir və onlar nələri isə nişan verirlər və təşkilat qarşısında açılan imkanlar və perspktivləri görməyi bacarmaq lazımdır. Rəqəmlərlə onların dilində danışmağı bacarmaq qabiliyyəti mühasibə öz peşəsindən zövq almağa imkan verir, eləcə də təşkilat üçün mühasibin nə qədər dəyərli olduğunu müəyyənləşdirir.

Elə bu yaxınlara kimi mühasibin işi cansıxıcı hesablama əməliyyatlarından, çoxsaylı sənədlərin əl ilə yazılması və surətlərinin çıxarılmasını təxmin edirdi.

Müasir iş şəraitində, sənədlərin və hesabatların daim dəyişən formalarında avtomatlaşdırılmış mühasibatlıqla işləmək çox asandır. Mühasibat uçotunun avtomatlaşdırılması bütün hesabatları, sənədləri, blankları vahid növə gətirməyə imkan verir ki, bu da maliyyə hesabatlarının tərtib edilməsində səhvləri aradan qaldırır. Mühasib sənədləri saxlaya, ilkin məlumatları düzəldə bilər və təşkilatın işi haqqında hesabatları minimal vaxt xərcləri ilə əldə edə bilər.

Lakin, mühasib öz işində peşəkardırsa, onun işi rəqəmlərlə işlə məhdudlaşmır. O, daim şəxsi yüksəlişə can atmalı, öz ixtisasını yüksəltməli, qanunvericilikdəki dəyişiklikləri izləməli, iqtisadiyyatla maraqlanmalı, həmçinin təşkilatın fəaliyyətinə aid olan hər şeyi araşdırmalıdır. Rəqəmlər – bütün bunlar yalnız bir təməldir və təşkilatda bütün işlər bunun əsasında qurulur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda birinci dərəcə əlillik təyin edilir?

posted in: sual-cavab, Xəbər | 0

əlilliyi olan şəxslərin hüquqlarıBirinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər.

Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (I01-I09, I11.0, I13.0-I13.2, I23-I23.8, I24-I24.8, I25.3-I25.5, I50-I50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9);

2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (I27.0-I27.9, I28.0-I28.8);

2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9);

2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9);

2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0);

2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97);

2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (I60-I66.9,G80-G80.9, S06.0-S06.9);

2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9);

2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98);

2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9);

2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6);

2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79);

2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9);

2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); 2.1.16. İİV-infeksiyasının IV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24).

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fayda verən yığım sığortası

posted in: Xəbər | 0

yığım sığortasıƏmək haqqından tutulmaların sayının 4-ə çatdığı bir dövrdə işçilər üçün faydalı olacaq bir mövzu barədə məlumat verəcəyik. Belə ki, gəlir vergisi və sosial sığorta haqqından sonra işsizlikdən sığorta haqqı və tibbi sığorta haqqı da əmək haqqından tutulmalara qoşulduqdan sonra kommunal ödənişlərdə və müvafiq qiymətlərdə artım işçinin gəlirliyini azaldan əsaslar kimi çıxış etməkdədir.

Buna görə də qanunvericilik yığım sığortası vasitəsilə işçinin əmək haqqından tutulmaların bir hissəsinin azaldılmasına köməklik göstərir.

Qanunvericiliyə görə

1) 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.

2)  ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır.

Göründüyü kimi işçi əmək haqqından gəlir vergisinə və sosial sığortaya yönəldilən hissənin 50 faizinədək həcmdə yığım sığortasına yönəldə və 3 ildən sonra toplanan vəsaiti heç bir vergi və sosial sığorta haqqı hesablanmadan götürə bilər.

Onu da qeyd edək ki, hazırda 4 həyat sığorta şirkəti mövcuddur. Şirkətləri seçmək isə sərbəstdir. Sığortaçını seçərkən toplanan vəsaitlə bağlı təklifləri və vəsaitin toplanması dövründə zərurətləri nəzərə almaq məqsədəuyğundur.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Əmək haqqından tutulmaların təyinatları


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi ödəyiciləri üçün elektron-qaimə fakturanın 9 növü müəyyən edilib

Startapın müəyyən olunmasıBaş nazir Əli Əsədov “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Yeni redaksiyada təsdiq edilən Qaydalar ilə vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlar üzrə çevik tənzimlənmənin, habelə əməliyyatların xarakterinin müəyyən edilməsi və vergi ödəyicisinin inzibatçılıq yükünün yüngülləşdirilməsi, o cümlədən nəzarət mexanizminin təkmilləşdirilməsi mümkün olacaq.

Alınmış elektron qaimə-fakturalar eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş  ƏDV-nin əvəzləşdirilməsi üçün əsas olan sənəd kimi çıxış edir. Bundan əlavə vergi ödəyiciləri tərəfindən həyata keçirilən əməliyyatın xarakterinə uyğun olaraq elektron-qaimə fakturanın 9 növü müəyyən edilib.

Yükləyin: Elektron qaimə fakturanın formasının tətbiqi uçotu və istifadəsi Qaydaları (3227 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 903 904 905 906 907 908 909 2. 400