» » » Türkiyədə “zəlzələ vergisi”nin dərəcəsi artırılıb

Türkiyədə “zəlzələ vergisi”nin dərəcəsi artırılıb

posted in: Xəbər | 0
birbank biznes

zəlzələ vergisiTürkiyədə özəl rabitə vergisinin dərəcəsi 7,5 faizdən 10 faizə qaldırılıb. Bu vergi 1999-cu ildə baş vermiş zəlzələdən sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə müvəqqəti tətbiq olunmağa başlamış, 2003-cü ildən isə daimi tutulması qərara alınmışdı.

Prezident sərəncamı ilə dərəcəsi artırılmış özəl rabitə vergisi aşağıdakı sahələri əhatə edir:

  • hər növ mobil elektron xəbərləşmə xidmətləri;
  • radio və televiziya yayımlarının peyk platforması və kabel mühitindən ötürülməsi ilə bağlı xidmətlər;
  • kabelli, kabelsiz və mobil internet servislərini təmin edən xidmətlər;
  • digər elektron xəbərləşmə xidmətləri.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun