Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (4-cü hissə)

posted in: Xəbər | 0

texnologiyalarMühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb, bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

“Biz sistemimizdən qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək üçün istifadə edirik!”, – o, təsdiq edir.

Rəqəmsal texnologiyalarından istifadə Gilbertə görə böyük bir müsbətdir, çünki son zamanlarda daxili nəzarət sistemlərinin yoxlanılması sahəsində ictimai şirkətlərin hesabatlarına nəzarət komitəsi tərəfindən auditorlara olan tələblər əhəmiyyətli dərəcədə sərtləşdirilmişdir.

O, həmçinin vurğulayır ki, “indi auditorların ehtiyac duyduğu bütün məlumatları birləşdirmək və təqdim etmək daha asandır, bundan sonra yoxlamaları həyata keçirmək də öz növbəsində xeyli asanlaşacaq”.

Bununla birlikdə, iş proseslərinin avtomatlaşdırılması baxımından bu cür tətbiqlərin həqiqətən yüksək potensialına baxmayaraq, hər şirkət onlardan istifadə etməyə hazır deyil. Məsələn, konsaltinq şirkəti olan Protiviti tərəfindən son araşdırma göstərib ki, müəssisələrin SOQ qanununun (Sarbana-Oksli Qanunu) bütün tələblərinə əməl etməsi üçün xərclər və vaxt məsrəfləri artdıqca yeni texnologiyaların inteqrasiyası və avtomatlaşdırılması prosesi dəyişkən uğurla baş verir.

Məsələn, şirkətlərin yalnız üçdə biri texnoloji proseslərin avtomatlaşdırılması prosedurlarına və girişin idarə olunması vasitələrinə diqqət yetirir. Eyni zamanda, qalan şirkətlər, indi SOQ tərəfindəki bütün tələblərə əməl olunduğundan əmin olmaq üçün tətbiq olunan texnologiyaların sınaqdan keçirilməsinə əhəmiyyət vermirlər.

“Protiviti” şirkətinin daxili audit sistemi üzrə icraçı vitse-prezidentinin sözlərinə görə, respondentlərin yalnız 11%-i Brayanın fikrincə, real vaxt rejimində biznes-proseslərin gecə-gündüz monitorinqinin təmin edilməsi sahəsində “əsl kəşf və müqəddəs qanun olan RBA texnologiyasından istifadə etmək zərurətini etiraf ediblər”.

O, həmçinin iddia edir ki, müasir texnologiyaların imkanları, həqiqətən, bir çoxlarının şüurunda SOQ-un bütün tələblərinə əməl etmək ehtiyacı ilə əlaqəli olan “monoton və gündəlik iş”dən yaxa qurtarmağa imkan verir.

Bununla yanaşı, onlar (texnologiyalar) həmçinin böyük məlumat kütləsi ilə işləməyə imkan verir, istənilən şirkətin rəhbərliyini həmin məlumatların yalnız kiçik bir hissəsi deyil, daha dolğun informasiya ilə təmin edirlər.

Beləliklə, o, hesab edir ki, əksər şirkətlərin bu cür texnologiyaları tətbiq etmək cəhdləri ilə bağlı aparılmış sorğunun müsbət nəticələri, şübhəsiz, yaxşı tendensiyadır. Onun sözlərinə sübut olaraq, respondentlərin tam yarısı Sarban-Oksli Qanununa riayət olunmasını təmin etmək üçün gələcək maliyyə ilində yeni texnologiyaların tətbiq etmək niyyətindədir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı təsərrüfat subyektləri mütləq maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidir?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2020-ci il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si Məcburi audit subyektləri Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1. İctimai əhəmiyyətli qurumlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
2. Məhdud məsuliyyətli cəmiyyətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
3. Səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.
4. Banklar və digər kredit təşkilatları “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun

8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5. Sığorta təşkilatları və cəmiyyətləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.
6. İnvestisiya fondları “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

7. Maliyyə-sənaye qrupları “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8. Fondlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

115.3-cü maddəsinə əsasən.

9. Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ   saylı  Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

10. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən
11. Publik hüquqi şəxslər “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı  Qanununun 12-1-ci və Publik hüquqi  şəxslərin  nizamnamələrinə əsasən.
12. Siyasi Partiyalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ  saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə)  Qanununun 14.6-cı maddəsinə əsasən.
13. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar.

 

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

Mənbə: audit.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti uzadıldı

posted in: Xəbər | 0

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti uzadıldı

əməkhaqlarına müddətli əlavələr“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 noyabr tarixli 461 nömrəli Qərarı) 2-ci hissəsində “yanvarın 1-dək” sözləri “martın 31-dək” sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il
№ 19

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Startapın müəyyən olunması meyarları təsdiqlənib

posted in: Xəbər | 0

Startapın müəyyən olunmasıNazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.

“Startapın müəyyən olunması meyarları”na əsasən, meyarlara cavab verən və “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır.

Onlar “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.

Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin aparılması qaydasını müəyyən edir.

Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:

–  mikro və ya kiçik sahibkarlıq subyekti olması;

– orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;

– rezident vergi ödəyicisi olması.

Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:

–  məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

–  innovativ təşəbbüsə əsaslanan olması:

– mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

– yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

– rəqabətqabiliyyətli olması;

– . qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.


“Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Startapın müəyyən olunması meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il
№ 20

Yükləyin:  Startapın müəyyən olunması (361 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 908 909 910 911 912 913 914 2. 400