Cari və uzunmüddətli borcların uçota alınması

posted in: Xəbər | 0

ləğv edilən e-qaiməBeynəlxalq və milli mühasibat uçotu standartlarına görə, bütün debitor, kreditor borcları və öhdəliklər iki hissəyə (qısamüddətli (cari) və uzunmüddətli) ayrılır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Köhnə hesablar planında qısamüddətli və uzunmüddətli debitor, kreditor borcları və öhdəlikləri bir balans hesabında uçota alınırdı. Ancaq yeni hesablar planında bunlar ayrılıb ki, bu daha düzgündür. Hər hansı borc, yarandığı hesabat dövrünün sonundan sonrakı 12 ay ərzində ödəniləcəksə, cari borc kimi uçota alınmalıdır. Borc 12 aydan sonra ödəniləcəyi halda isə artıq uzunmüddətli borc kimi hesablanmalıdır.
Misal 1: Tutaq ki, “AA” müəssisəsi “VV” müəssisəsi qarşısında kreditor borcunu aşağıdakı qrafik əsasında ödəyəcək:

31.12.2021-ci il tarixinə kimi – 10.000 manat
31.12.2022-ci il tarixinə kimi – 10.000 manat
31.12.2023-ci il tarixinə kimi – 5.000 manat
CƏMİ: – 25.000 manat borc qalığı

Bu misalda “VV” müəssisəsinin ümumi 25.000 manat borcu olmasına baxmayaraq “AA” müəssisəsi 2020-ci ilin balansında 10.000 manatı cari borc,15.000 manatı isə uzunmüddətli kreditor borcu kimi göstərməlidir.

Misal 2: “VV” müəssisəsi “AA” müəssisəsindən 2018-ci ilin noyabrında 10.000 manatlıq mal alıb. Malın dəyərinə əlavə olunan 18 faizlik ƏDV 1800 manatdır. Müqavilənin şərtlərinə əsasən, “VV” müəssisəsi “AA” müəssisəsinə borcunu 2020-ci ilin noyabr ayında ödəyib. Ödəmənin 10.000 manatı bank, 1800 manatı isə depozit hesabı vasitəsilə həyata keçirilib. Malın maya dəyəri 8.000 manatdır.
Bu zaman “AA” müəssisəsinin balansında debitor borcları aşağıdakı kimi göstərilməlidir:

31.12.2018-ci il tarixində – 171 (Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları) hesabının debetində 11.800 manat
31.12.2019-cu il tarixində – 211 (Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları) hesabının debetində 11.800 manat.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır

posted in: Xəbər | 0

şirkətŞirkətlərdə beynəlxalq standartlara əsasən uçot və hesabat sisteminin qurulması həm onun cari idarəetməsini yaxşılaşdıra, qərarların qəbulunda istifadə edilən informasiyaların keyfiyyətini artıra, həm də şirkətə əlavə resursların cəlb edilməsi ilə onun sonrakı böyüməsinə imkan verə bilər. Mövzunu maliyyə mütəxəssisi Xalid Kərimli şərh edir.

Şirkətlərin fəaliyyətində maraqlı tərəflərin (steykholderlərin) spektri genişdir. Bura direktorlar, işçilər, səhmdarlardan əlavə, dövlət, malsatanlar, malalanlar, borc verənlər, banklar, investorlar, cəmiyyət, partnyorlar və müxtəlif qruplar daxildir. Bu şəxslərin hər biri şirkətin fəaliyyəti haqqında ümumi anlaşılan məlumatlar sistemində maraqlıdırlar.

Ölkənin inkişaf etdirməli olduğu əsas istiqamətlərdən biri kapital bazarıdır. Şirkətlər maliyyələşdirməni yalnız şəxsi kapital, bank kreditləri və dövlət fondlarından güzəştli vəsaitlərin cəlbi ilə edirlər ki, bu da orta və iri şirkətlərin formalaşması üçün yetərli deyil. Dünya təcrübəsinə nəzər salsaq, şirkətlərin maliyyə resurslarının cəlbində kapital bazarları və vençur kapital əsas rol oynayır. Yeni yaranan müəssisələr startaplar kimi vençur kapital cəlb etməyə çalışır. Biznes modeli uğurlu olan və vençur kapitalının cəlbində müvəffəqiyyət əldə edən, böyüməyi hədəfləyən şirkətlər müəyyən müddətdən sonra ya daha iri müəssisələrlə birləşir, ya da birbaşa kapital bazarlarına çıxış əldə etmək üçün səhmdar cəmiyyətlərə çevrilirlər.

Qeyd olunan inkişaf variantlarının hansının seçilməsindən asılı olmayaraq müəssisənin ümumi qəbul edilmiş beynəlxalq standartlara əsaslanan hesabat və uçot sistemi olmalı, korporativ idarəetmə elementləri təşəkkül tapmalıdır. Uçotun və hesabatlılığın beynəlxalq standartlar əsasında qurulması təkcə qeyd etdiyimiz məsələlərə görə deyil, həm də birbaşa şirkətin daha yaxşı idarə edilməsi üçün vacibdir. Həm sahibkar, həm də idarəetmə ilə məşğul olan menecer şirkətin bugünkü vəziyyətini bilmək üçün məlumata sahib olmalıdır. Nə proqnozlaşdırma, nə ssenari təhlili, nə böhran menecmenti, nə müxtəlif idarəetmə qərarlarının seçilməsi təkmil informasiya olmadan mümkün deyil. Sürətlə dəyişən, gözlənilməzliklərlə dolu olan müasir biznes mühitində qərarların qəbulu çevik olmalıdır. Çevik qərar qəbulu isə şirkətin, vaxtında qurduğu uşot-hesabat sisteminin mövcudluğu ilə mümkün ola bilər.

Orta və uzunmüddətli inkişaf strategiyası olan, şirkətini böyütməyi planlaşdıran hər bir idarəedici üçün təkmil informasiyanın əhəmiyyəti danılmazdır. Müasir dövrdə bunun yaradılmasının ümumi qəbul edilmiş qaydaları və standartları mövcuddur. Beynəlxalq Maliyyə Hesabatı Standartları həm qlobal miqyasda qəbul edilmiş qaydalardır, həm də mühasibat sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsidir. Şirkətin standartlara uyğun hazırlanmış maliyyə hesabatları onun vizit kartıdır.

Şirkət idarəetməsində şəffaflıq, informasiyanın əlçatanlığı ona inam və etibarı artırır. Şirkət rəhbərliyi buna təkmil informasiya və hesabatlılıqla nail ola bilər. Bu isə həmin şirkətin gələcəkdə böyüməsinə zəruri olan kapitalı cəlb etməsinə imkan verəcək. Müasir dünya şirkətlərinin təcübəsinin təhlili göstərir ki, şirkətlərin kapitalının 50 faizindən çoxu cəlb edilmiş kapitaldır. Borc kapitalı səhmdarlarla paralel olaraq şirkətin maliyyələşdirilməsində yaxından iştirak edir. Ölkəmizdə isə əksər şirkətlər birbaşa şəxsi kapital və mənfəətlə maliyyələşdirilir. Şəxsi kapitalın strukturunda isə fərdin tam sahibliyini müşahidə etmək olur.

Etibar mühitinin olmaması şirkətin maliyyələşdirilməsində şəxsi kapitalın da paylaşılmamasına səbəb olur. Fərdə bağlı şirkətlər həm şirkətlərin böyüməsinin qarşısını alır, həm də ona olan etibarı aşağı salmaqla kənar maliyyələşmənin qarşısını alır. İnkişaf etmiş ölkələrdə olduğu kimi nəsildən-nəslə ötürülən şirkətlərin formalaşması üçün sahibkarlar indidən şirkətlərində institusional inkişafa diqqət yetirməli, BMHS-ə uyğun uçot və hesabatlılıq qurmalıdırlar. Bununla kapitalın strukturunu şaxələndirmək mümkün olacaqdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalar ən yüksək göstəriciyə çatıb”

posted in: Xəbər | 0

“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalar ən yüksək göstəriciyə çatıb”

vergi inzibatçılığı gömrük inzibatçılığı

“2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 %-ə çatıb”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

posted in: Vergi, Xəbər | 0

Qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?


Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə ( və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan faiz gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Eyni zamanda, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 911 912 913 914 915 916 917 2. 400