Vergi tariximizdə bir ilk: “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı çapdan çıxdı

posted in: Vergi, Xəbər | 0

Vergi, əmək, mühasibat uçotu və kadrlarla iş sahəsində ixtisaslaşmış Mks.az saytının “Öyrətmək savab, öyrənmək qazanc” rubrikası altında çap etdirdiyi növbəti nəşr – Vergi Məcəlləsinin ümumi hissəsinin şərhinə həsr olunmuş “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı satışa çıxıb. Vergi və əmək məsələləri üzrə tanınmış ekspert Anar Bayramovun müəllifi olduğu 752 səhifəlik kitabda Vergi Məcəlləsinin 94 maddəlik ümumi hissəsi bənd-bənd izah olunub.

Qeyd edək ki, Vergi Məcəlləsinin xüsusi hissəsinin şərhi ilə bağlı son illərdə müxtəlif müəlliflərin kitabları çap olunsa da, baş vergi sənədinin ümumi hissəsi bugünədək bu şəkildə detallı şərh edilməmişdi.

Kitab yazılma texnikasına və üslubuna, izahvermə metodologiyasına və mətnin maksimum yığcamlığına çalışılmasına görə oxşar nəşrlərdən fərqlənir. Müəllif bu günədək ölkəmizdə müxtəlif məcəllə və qanunvericilik aktlarının şərhindən bəhs edən kitabların ənənəvi üslubundan imtina edib ki, bu da “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabında təkrarçılıqdan qaçılmasına, Məcəllənin maddələrinin və onun hissələrinin daha ətraflı şərh olunmasına, izah dilinin ümumişlək dilə yaxınlaşmasına, misal və nümunələrinin təcrübədən götürülməsinə imkan verib.

Vergi Məcəlləsinin ümumi hissəsinin izahı zamanı maddələrdə təsbit olunan anlayışların və məfhumların məğzinin, nəzərdə tutulan müddəaların tələb və şərtlərinin mahiyyətinin oxuculara tam aydın olması üçün Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Prezidentin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına və Vergilər Nazirliyinin daxili normativ aktlarına istinadlar edilib.

Nəşri oxşar metodoloji yanaşma tətbiq edən kitablardan fərləndirən digər cəhətlərdən biri də Vergi Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsidir.

Kitab mühasiblər, Dövlət Vergi Xidmətinin işçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin tələbələri, aspriantlar, doktorantlar və bu sahədə tədqiqat aparanlar üçün əvəzsiz vəsaitdir.

Kitabı 012 564 86 85, 050 368 12 72 nömrəli telefonlara zəng etməklə, office@mks.az elektron poçt ünvanına yazmaqla sifariş vermək, nağd və köçürmə yolu ilə əldə etmək mümkündür.

Sifariş bir iş günü ərzində çatdırılır. Çatdırılma Azərbaycanın bölgələri də daxil olmaqla bütün şəhər, qəsəbə və kəndlərə ödənişsiz həyata keçirilir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətində işə qəbulla bağlı imtahanın vaxtı təyin edildi

posted in: Xəbər | 0

DTA-03 və DTA-05 ərizə formalarıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir

Vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014‑cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu Dövlət Vergi Xidmətinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 25.01.2021-ci il saat 10:00-dan 08.02.2021-ci il saat 24:00-dək davam etdirilir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə müvafiq Komissiya tərəfindən baxılaraq yaş həddi tətbiq edilməyə bilər);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Tələb olunan sənədlər

  • Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Namizədin xarici dil səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyatından çıxarılacaq.

İmtahanın keçirilməsi

  • Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə Dövlət İmtahan Mərkəzinin elektron ərizə bazasında ərizənin namizədin özü tərəfindən təsdiq edilməsi üçün qeyd olunmuş müvafiq linkə daxil olmaqla 17.02.2021-ci il saat 09:00-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər 06.03.2021-ci il tarixdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Elektron ərizənin təsdiqi və imtahana buraxılış vərəqəsini əldə etmək üçün namizəd Dövlət İmtahan Mərkəzinin internet saytında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, kabinet yaradılan zaman onun pul hesabı açılır və həmin hesaba imtahanda iştirak üçün tələb olunan 82 AZN vəsaiti ödəyir. Ödəniş məbləği Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin “BB” vəzifə qrupu üzrə keçirilən test imtahanında iştirak üçün müəyyən edilmiş məbləğə uyğunlaşdırılmışdır.
  • İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir.
  • Müsabiqənin test imtahanı mərhələsi 13.03.2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət İmtahan Mərkəzində “Peşəkar mühasib sertifikatı” əldə etmək istəyənlər üçün SINAQ imtahanı keçirəcək

posted in: Xəbər | 0

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

Peşəkar mühasib sertifikatıDİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

Məlum olduğu kimi, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

İmtahanlar aşağıdakı sertifikat növlərinin verilməsi üçün keçiriləcəkdir:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

İmtahanlar 2 mərhələ üzrə keçiriləcəkdir: 1-ci mərhələ mühasibat uçotu, 2-ci mərhələ qanunvericilik üzrə test tapşırıqlarını əhatə edəcəkdir.

DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə imtahanın 1-ci mərhələsi – mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanları təşkil edəcəkdir.

İlkin olaraq sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçiriləcəkdir.

Sınaq imtahanı ödənişlidir, iştirak haqqı 40 AZN-dir.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcəkdir.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 2021-ci il 22 yanvar – 08 fevral tarixlərində DİM-in internet səhifəsində aparılacaqdır.

Namizədlər DİM-in rəsmi internet səhifəsində bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 21 fevral 2021-ci il tarixində keçiriləcəkdir.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır.

İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz).

İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir.

İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahanın hansı formada keçirilməsi barədə məlumat veriləcəkdir.

Mənbə: dim.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pensiya təminatı (2-ci hissə)

posted in: Xəbər | 0

Pensiya təminatıpensiya təminatı

2-ci hissə

1959-cu ildən İsveçdə xidmət illərinə görə pensiya tətbiq olunub. Bu növ pensiya üçün sığorta məcburidir və kiçik sahibkarlar da daxil olmaqla bütün iqtisadi subyektlərə aiddir. Bu pensiyanı almaq üçün 30 illik əmək stajı tələb olunur. Eləcə də xidməti illərə görə pensiyanı vaxtında almaq hüququna 65 yaşına çatan şəxslər malikdirlər. Bu pensiya ödənişlərinin məbləği onun alıcısının gəlirindən asılıdır, bu da əmək fəaliyyətinin son üç ili ərzində hesablanmış baza məbləğindən çox olmalıdır. Pensiyanın müəyyən edilməsində xüsusi əmsal sistemindən istifadə olunur, lakin prinsipcə, əməkhaqqı ən böyük olduğu 15 il üçün orta gəlirin (30 ildə əmək stajından) təxminən 30% -nə bərabərdir.

Rusiyada pensiya sığortasına bir neçə növ pensiya daxildir: sosial (minimum), əmək və qeyri-dövlət.

Son onilliklərdə pensiya sığortası probleminə böyük diqqət yetirilir. Bir çox Qərb ölkəsində mövcud sistem işləyən əhalinin üzərinə böyük bir yük qoyur. Orta ömür uzunluğunun artması və aşağı doğum nisbəti, əhalinin ümumi sayında pensiyaçıların payının artmasına gətirib çıxarır.

Professor R. Dornbuş (ABŞ) hesab edir ki, mövcud səhiyyə sistemi –  gec partlayan minadır.  Əhali artımının mənfi olduğu İtaliya, Almaniya, İspaniyada mövcud pensiya qanunvericiliyi hədsiz hesab oluna bilər. Yaponiya, Rusiya və digər ölkələrdə də eyni vəziyyət yaşanır. Pensiya sisteminin ümumiyyətlə olmadığı ölkələrdə (məs, Çin) isə vəziyyət daha yaxşıdır. Dövlətlər, əhalinin yaşlaşması səbəbi ilə ortaya çıxan pensiya sistemindəki böhranın qarşısını almaq məcburiyyətindədirlər. Problemin həlli aşağıdakı istiqamətlər üzrə mümkündür:

  • pensiya yaşının artırılması;
  • özəl pensiya sığortası sisteminin inkişafı;
  • yeni iş yerlərinin yaradılması və vergi ödəyicilərinin sayının artırılmasının təşviqi;
  • gənc nəslin (gələcək vergi ödəyicilərinin) sağlamlığına qayğı və s.

Pensiya xərcləri dövlətin sosial xərclərinin ən vacib hissəsini təşkil edir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 914 915 916 917 918 919 920 2. 400