Dünyada yeni avtomobil nəhəngi peyda olub

posted in: Xəbər | 0

avtomobil nəhəngiPSA Group (Peugeot-Citroen) və Fiat Chrysler Automobiles (FGA) avtomobil istehsalçıları birləşmə əməliyyatını tamamlayıblar. Nəticədə dünyada ən nəhəng avtomobil istehsalçılarından biri – Stellantis NV peyda olub.

Stellantis dünyada dördüncü ən böyük avtomobil nəhəngi olacaq və ildə 8,7 milyon avtomobil istehsal edə biləcək. Bu birlik şirkətlərə hər il beş milyard avroya qənaət etməyə imkan verəcəkdir. Yeni şirkətə PSA Group-un baş direktoru Karlos Tavares rəhbərlik edəcək. Yeni şirkətin səhmləri ilə Milan, Nyu-York və Paris birjalarında ticarət olunacaq.

İtaliya Maliyyə Nazirliyi ötən ilin iyun ayında FCA-ya avtomobil nəhəngini iflasdan xilas etmək üçün rekord həcmdə – 6,3 milyard avro məbləğində kredit verib. Kredit, COVID-19 pandemiyasının başlanılmasından bəri Avropadakı bütün  avtomobil istehsalçıları tərəfindən alınan ən böyük kredit idi. Vəsaitlər işçilərin əməyinin, təchizatçıların xidmətlərinin və həmçinin milli filiala planlaşdırılan investisiyaların ödənilməsinə yönəldilib.

Fiat Chrysler, Alfa Romeo, Chrysler, Dodge, Jeep, Lancia, Ram Trucks markalarına, PSA isə Peugeot, Citroen, DS, Opel və Vauxhall markalarına sahibdir. Yalnız Volkswagen, Nissan-Renault-Mitsubishi və Toyota Motor yeni alyansdan daha çox avtomobillər satır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi

Ezamiyyə xərclərinin normaları“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368; 2019, № 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-1-ci hissə ləğv edilsin;
1.2. aşağıdakı redaksiyada 7-1-ci hissə əlavə edilsin:
“7-1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.”.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (3-cü hissə)

posted in: Xəbər | 0

mühasibatMühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb, bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu cür inteqrasiyanın əlavə müsbət cəhəti informasiyanın qorunmasının təmin edilməsidir ki, bu da mühasibat uçotunun aparılması qaydasına yeni tələbləri nəzərə alaraq, məlumatların toplanması, mübadiləsi və sənəd dövriyyəsinin aparılması prosesində müşahidə edilməli olan əsas meyarlardan biridir.

Gilbertin nöqteyi- nəzərincə mühasibatlıq işçiləri öz fəaliyyətlərində yalnız digər bölmələrin işçilərindən gələn məlumatları rəhbər tutmalıdırlar. Başqa sözlə, bu məlumatlara əsaslanaraq, mühasib mühasibat uçotunun aparılması siyasətini işləyib hazırlayır, müvafiq rəy verir və maliyyə hesabatlarının düzgün aparılmasını təmin edir. Bütün bu məlumatların faktiki olaraq mühasibatlıq və şirkətin sənəd dövriyyəsinin bir hissəsi olduğu barədə danışmağa dəyərmi?

Beləliklə, Gilbert iddia edir ki, rəqəmsal texnologiya əlavələrindən istifadə yalnız müəssisələrdə mühasibat uçotunun düzgün aparılmasını təmin etməyə, işçi heyəti arasında daha sıx və qarşılıqlı əlaqəni təmin etməyə, mühasibat və maliyyə hesabatlarının keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək, həm də sənəd dövriyyəsi sisteminin düzgün aparılmasına kömək edəcək. O, həmçinin deyir ki, auditor yoxlamasının əsas meyarı müəssisələrdə sənəd dövriyyəsinin aparılmasının keyfiyyəti və aparılma qaydasıdır. Ona görə də bu cür texnologiyalardan istifadə auditorlar tərəfindən loyallığı təmin edəcək.

KeyBank tərəfindən istifadə olunan mühasibat uçotunun aparılması sahəsində biznes-proseslərin xüsusiyyətlərinə gəlincə, əsas diqqət təkcə uçot siyasətinin aparılması və idarə edilməsi aspektlərinə deyil, həm də yaxın perspektivdə mümkün dəyişikliklərin proqnozlaşdırılması sisteminə yönəldilib.

Sonuncu tələb məcburidir, çünki ona riayət olunması zəruri hesabatın formalaşmasının prinsipcə yeni modellərinə vaxtında keçidi təmin etməyə imkan verəcək. Məsələn, söhbət PVH-nin (pul vəsaitlərinin hərəkəti) və GvX-in (gəlir və xərclər) hesabatlarından və ya Sarbana-Oksli Qanunu (SOQ)  ilə şirkətin daxili nəzarət sisteminin təmin edilməsi sahəsində irəli sürülən bütün aspektlərin, tələblərin və meyarların nəzərə alınmasının zəruriliyindən gedir.

Gilbertin sözlərinə görə, vahid rəqəmsal sistem daxilində prinsipial olaraq müxtəlif alətlərin inteqrasiyası müxtəlif istifadəçi qruplarının onlara lazım olan informasiyaya çıxışını təmin edəcək və beləliklə, bir şirkət çərçivəsində bütün biznes proseslərini birləşdirəcək.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək kitabçaları ləğv olunacaq

posted in: Xəbər | 0

əmək kitabçaları“2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başladıq”.

Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq”.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 910 911 912 913 914 915 916 2. 400