» » » Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

posted in: Xəbər | 0
birbank biznes

Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

Publik hüquqi şəxslərAzərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən bu müddət 2020-ci il yanvarın 1-dən 1 ildən 2 il müddətinə artırılır.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən il müddətinə ƏDV-dən azad edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun