Bina tikintisi ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Xəbər | 0

Bina tikintisi vergi öhdəlikləriVergi Məcəlləsinə bina tikintisi ilə bağlı edilmiş əlavələr və dəyişikliklər vergi ödəyicilərində müəyyən sualar yaradır. Məcəllənin 108-ci maddəsinə edilmiş əlavələri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” adlanan maddəsində göstərilir:
“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir”.
Bu müddəanın tələbləri ilə bağlı ortaya çıxan sualları misal üzərində nəzərdən keçirək.
Misal1: Tutaq ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicisi – “AA” MMC-nin tikdiyi binanın ümumi sahəsi 10.000 kvadratmetrdir və 1 kvadratmetrin satış qiyməti 700 manatdır. Bir kvadratmetrinin maya dəyəri 300 manat təşkil edən bina layihələndirilən və müvafiq icazələr alınan zaman 300 kvadratmetr sahənin dövlətə ayrılması nəzərdə tutulub.
Sual: Satışın ümumi məbləği nə qədərdir?Satışın maya dəyəri hansı məbləğdir? Dövlət nəfinə verilən sahənin aqibəti necə olacaqdır?
İlk baxışda “AA” MMC-nin satdığı binanın qiymətinin məbləği 10.000 x 700 = 7.000.000 manat kimi görünür. Başqa sözlə desək, dövlətə verilmiş sahə bazar qiymətinə əsasən dövriyyə təsəvvürü yaradır. Bu məsələni dəqiqləşdirmək üçün Məcəllənin 13.2.12-ci maddəsinə nəzər yetirək.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Buradan aydın olur ki, dövlətə ayrılan hissə gəlir hesab edilmir. Odur ki, misalımızda olan 300 kvadratmetr sahənin qiyməti gəlir sayılmır. Bu halda “AA” MMC-nin gəliri 9.700 (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır.
Bəs MMC-nin xərcləri nə qədərdir?
Bu sualın cavabı üçün Məcəllənin 108-ci maddəsinə əsaslanmalıyıq. Yəni dövlət nəfinə alınmış 300 kvadratmetr sahə üçün xərcləmiş vəsait xərc maddəsi kimi qəbul edilir. Mənfəət vergisi bəyannaməsi təqdim ediləndə gəlirdən çıxılan xərc kimi 9700 kvadratmetrin maya dəyəri yox, 10.000 kvadratmetrin maya dəyəri silinəcəkdir. Odur ki, xərclər 10.000 x 300 manat = 3.000.000 manat olacaqdır.
Nəzərdən keçirdiyimiz misala əsasən, “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 6.790.000 manat gəlir, 3.000.000 manat da xərc göstərməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən səxavətli ölkəsinin adı məlum olub

posted in: Xəbər | 0

Dünyanın ən səxavətli ölkəsinin adı məlum olub

səxavətliİrlandiya, 2020-ci ildə adambaşına düşən ianə baxımından ən səxavətli ölkə olub, bu haqda Forbes nəşri məlumat verib.

Beşliyə həmçinin ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da düşüb. İl ərzində bütün ianələr heç də yalnız COVİD-19-la əlaqəli olmayıb. Ümumbərabərlik uğrunda mübarizə aparan təşkilatlar da dəstək alıblar. Bundan başqa, Amerika ərzaq fondu 2020-ci ildə vəsaitlər yığımı üzrə ən uğurlu kampaniya keçirib. Təşkilat ehtiyacı olan amerikalıları yedirtmək üçün 44 milyon dollardan çox vəsait toplaya bilib.

Koronavirusla mübarizəyə bağışlanan şəxsi vəsaitlərin rekordçusu Twitter qurucusu Cek Dorsi seçilib. Cek Dorsi artıq bu məqsədlər üçün milyard dollar pul verib. Biznesmen həm mütləq məbləğ üzrə, həm də öz sərvətindən ayırdığı pay üzrə ən saxavətli xeyriyyəçi olub.

Bu məbləğ digər məşhur mesenatların xərclədiyindən çoxdur. Məsələn, Bill və Melinda Geytslər COVİD-19-la mübarizəyə yalnız 100 milyon dollar pul köçürüblər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “YAŞAT” Fonduna yarım milyon manat köçürdü

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank YAŞATKapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtdü. Həmçinin PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib.

Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Britaniya şirkəti onlarla öz əməkdaşını milyonçu edib

posted in: Xəbər | 0

milyonçuBöyük Britaniyanın The Hut Group texnologiya şirkətinin qurucusu Mett Moldinq,  öz firmasının 74 əməkdaşına şirkətin səhmlərini hədiyyə etməklə, onları milyonçuya çevirib. Bu haqda Mirror nəşri xəbər verib.

Son on il ərzində təxminən 430 əməkdaş (menecerlər və katiblərdən tutmuş, anbar fəhlələrinə qədər) pulsuz səhmlər əldə ediblər. Məsələn, firmada iki ildən də az vaxt ərzində işləyən sürücü, 40 min funt sterlinq (53 min ABŞ dolları) qazanc əldə edib. “Biz Britaniya korporasiyaları tarixində istənilən şirkətdən daha çox milyonçu yaratmışıq”, – Moldinq belə söyləyib. Onun sözlərinə görə, işçi-milyonçuların sayı yüksəlməkdə davam edəcək.

Personal üçün ayrılan təxminən bir milyard funt sterlinqə yaxın (1,3 milyard dollar) səhm məbləğinin, təqribən 175 milyon funt sterlinqini (233 milyon dollar)  hələ bölüşdürmək lazım gələcək. Moldinq həmçinin bəyan edib ki, o, özünün bütün əmək haqqını – 750 min funt sterlinqi (997 min dollar) xeyriyyə işlərinə ayırmağı planlaşdırıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 935 936 937 938 939 940 941 2. 388