» » » Mühasibat uçotu – bu bir vasitədir

Mühasibat uçotu – bu bir vasitədir

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotuMənim bir çox sahibkar dostlarım var. Və hər dəfə uçotdan söz düşəndə, onların böyük əksəriyyəti bu mövzunu tez qapatmağa çalışırlar. “Mənim mühasibim var. Mən mühasibatlığın işinə qarışmıram”.

Belə alınır ki, mühasib öz həyatını, rəhbərlik də öz həyatını yaşayır. Rəhbər işçilərin əksəriyyəti hesab edirlər ki, mühasiblər hesabatları nəzarətedici orqanlara təqdim etmək üçün yaranıblar.

Amma, maraqlıdır, əgər dövlət mühasibat uçotunu aparmamağa icazə versəydi, görəcən, sahibkarlar özləri belə bir uçotu aparardılarmı?

“Çox yəqin ki, sadəcə idarəetmə uçotunu aparardılar”, – sizin belə bir cavab verəcəyinizi təxmin edirəm.

Olsun. Lakin, hətta idarəetmə uçotu belə, mühasibat uçotunun məlumatları əsasında aparılır. Axı, yenə də ilkin rəqəmləri hardansa almaq lazım gələcəkdi.

İqtisadi hadisələr haqqında bütün ilkin məlumatlar birbaşa mühasibat uçotu metodları ilə həyata keçirilir.

Mühasibat uçotu – bu bir vasitədir. Və o, bizim tərəfimizdən düşünülüb tapılmayıb. Yazıb, hesablamağı bacarmayan adamları sağ qalıb yaşamaqdan ötrü uçotu aparmağa həyatın özü məcbur etmişdi.

Qədim dövrlərdə uçot məlumatları qəbilə başçısı tərəfindən öz mülahizəsinə əsasən idarə edilirdi. Qəbilə kifayət qədər böyük olduqda, başçı öz funksiyalarının bir hissəsini “səlahiyyətli nümayəndəsinə” həvalə edirdi. O vaxt yalnız yazmağı və hesablamağı bacaran biri mühasib ola bilərdi. Mühasib olduqdan sonra o, “əmək və istehlak ölçüsü” üzərində nəzarəti həyata keçirməli idi.

Misir kimi möhtəşəm uğurlar qazanmış – gələcək nəsillərə dünyanın yeddi möcüzəsindən biri olan heyrətamiz piramidalar bəxş edən bir möhtəşəm dövlətin təşəkkülü isə yalnız və yalnız  etibarlı məlumat daşıyıcılarına əsaslanan aydın və yaxşı qurulmuş mühasibat sistemi sayəsində mümkün olmuşdu. O vaxt mirzəlik məharəti əldə etməyə tam şəkildə 20 il vaxt sərf olunurdu (bu, heç də bakalavr pilləsini bitirmək kimi bir şey deyildi). Bu peşənin nümayəndələri hesabdarlıqdan başqa, yüklərin daşınması üçün məsrəflərin hesablanmasını aparmalı, qurğuların ölçülərini və torpaq sahələrinin sahəsini müəyyən etməli idilər.

Bu günkü günə qayıdaq. “Mühasib” sözünü eşitdikdə, ağlınızda nə canlanır? Darıxdırıcı, zəhlətökən və maraqsız bir iş?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun