» » » Ən yaxşı mühasib müsabiqələri

Ən yaxşı mühasib müsabiqələri

posted in: Xəbər | 0
birbank biznes

Ən yaxşı mühasib müsabiqələri

mühasib müsabiqələriBir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Belorus və Özbəkistanda hər il ən yaxşı mühasib müsabiqələri keçirilir. Həmin müsabiqələrdə minlərlə mühasib, ən yaxşı mühasib adı uğrunda mübarizə aparırlar.

Bu yazıda biz sizə Rusiyada hər il keçirilən bu müsbiqənin keçirilmə qaydaları, iştirakçı sayı, müsabiqənin şərtləri və digər məsələlər barədə məlumat verəcəyik.

Bu müsabiqə nələri ehtiva edir

“Rusiyanın ən yaxşı mühasibi” illik müsabiqəsi artıq 20-ci dəfə keçirilir.

Bu nüfuzlu peşəkar müsabiqə Rusiyanın peşəkar mühasiblər və auditorlar İnstitutu tərəfindən təşkil edilir və keçirilir.

Qalib diplomu almaq – işəgötürənin gözündə sərfəli mütəxəssis olmaq deməkdir. Həm də qaliblərə verilən mükafatlar da hər il olduğu kimi çox qiymətli prizlərdən ibarət olur.

Müsabiqə Rusiyanın peşəkar mühasiblər İnstitutunun (PMİ) saytında elektron formada keçirilir.

Müsabiqədə iştirak pulsuzdur.

Müsabiqənin keçirilmə müddəti

“Rusiyanın ən yaxşı mühasibi” müsabiqəsi hər il əsasən sentyabr-noyabr ayları arasında olan müddətdə keçirilir.

Mükafatlandırma mühasiblər üçün ilin əsas hadisəsinin ilk günündə – Rusiya PMİ konqresində baş tutur. Bu il həmin tədbir noyabrın 1-də Moskvada keçirilib. Yeri gəlmişkən, sözügedən müsabiqə artıq 20-ci dəfədir baş tutur.

Rusiyanın peşəkar mühasiblər və auditorlar İnstitutu özünün 23 illik yubileyini qeyd edib.

Hansı nominasiyalar olur və onlarda kimlər iştirak edə bilər

Nominasiyaların sayı üçdür:

“Kommersiya təşkilatının ən yaxşı mühasibi”;

“Dövlət sektoru təşkilatının ən yaxşı mühasibi”;

“Ən yaxşı gənc mühasib”.

Hər bir nominasiyada bir neçə qalib olur – və bu çox yaxşıdır.

Müsabiqədə təhsil profilindən və vəzifəsindən asılı olmayaraq, hər bir kəs iştirak edə bilir.

Yeganə məhdudiyyət : “Ən yaxşı gənc mühasib” nominasiyasında olur ki, həmin nominasiyada yalnız ali məktəblərin tələbələri və aspirantları yarışa bilərlər. Təhsil forması əhəmiyyət daşımır.

Hansı tapşırıqlar olur

“Dövlət sektoru təşkilatının ən yaxşı mühasibi” nominasiyası üçün konkurs tapşırığı 40 sualdan ibarət olur.

Hər bir düzgün cavaba görə iştirakçı 1 bal, düzgün olmayan cavaba və ya cavab ümumiyyətlə olmadıqda – 0 bal  alır.

“Kommersiya təşkilatının ən yaxşı mühasibi” nominasiyası üçün isə təşkilatçılar yenilik tətbiq ediblər. Müsabiqə iştirakçılarına həqiqi peşəkar bacarıqlarını göstərə biləcəkləri maraqlı praktik tapşırıq verilmişdi.

“Ən yaxşı gənc mühasib” nominasiyasının iştirakçıları üçün müsabiqə tapşırığı kompleks tapşırıqdan ibarət olub: vergi, hüquq və maliyyə menecment üzrə mühasibat uçotu və testlərlə bağlı praktiki məsələnin uyğunlaşdırılması.

Bu tapşırıq da bal sistemi ilə qiymətləndirilir: mürəkkəb texniki alqoritm nəticələrin müəyyənləşdirilməsində subyektivliyə yol verilməsini mümkünsüz edir.

Tapşırıqları nə vaxt yerinə yetirə bilərsiniz

Hər bir nominasiya üzrə tapşırıqların yerinə yetirilməsinə 120 dəqiqədən ibarət bir cəhd verilir. Bunu istənilən vaxt – hətta müsabiqənin son günü gecə vaxtı da yerinə yetirmək olar.

Nə qədər rəqib ola bilər

Çox sayda. Müsabiqə geniş miqyaslıdır, ciddi prizlər olur. O səbəbdən hər bir iştirakçı 4-5 min nəfər həmkarı ilə yarışmalı olur.

Nə uğrunda mübarizə aparırıq: prizlər

Müsabiqənin nəticələri üzrə üç ən yaxşı iştirakçı 50 min rubl pul mükafatı alır. Bundan başqa, yüksək nəticələr göstərən müsabiqəçilər də sanballı pul mükafatları və qacetlərlə təltif olunurlar.

Qalib olub-olmadıqlarından asılı olmayaraq, bütün iştirakçılar təşkilatçının saytından “Müsabiqə iştirakçısının diplomu”nu çap edə bilər. Bu funksiya ilin sonuna kimi əlçatan olur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun