» » » Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?

Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

kompensasiya əmək haqqıSual: İşçiyə 30.11.2019-cu il tarixində 600 azn əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 azn əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 azn olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 azn ayrılıqda, 400 azn ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları  1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Həmçinin bax


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun