» » » Yeni qaydalar kiçik sahibkarların mühasibat xərclərini artıracaq

Yeni qaydalar kiçik sahibkarların mühasibat xərclərini artıracaq

posted in: Xəbər | 0
birbank biznes

Deputat: “Yeni qaydalar kiçik sahibkarların xərclərini artıracaq”

“Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi illik dövriyyəsi kiçik olan sahibkarlar üçün əlavə maliyyə yükü yarada bilər”.

Bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, aylıq dövriyyəsi (gəliri deyil) 17 min manat olan sahibkarlar da məcburi olaraq mühasibatlıq yaratmalıdır: “Halbuki mövcud qaydalar belə müəssisələrdə sahibkarın özünün mühasibatlığı aparmağa imkan verirdi. Aydındır ki, bu, Nazirlər Kabinetinin qərarı ilə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına mikro sahibkarların əlavə edilməsi ilə bağlıdır. Belə ki, dövriyyəsi 200 min manatadək olan sahibkarlıq subyektləri mikro sahibkarlar hesab olunur. O baxımdan daha yaxşı olardı ki, ya mikro sahibkarlar üçün illik gəlirinə yenidən baxılaraq, o göstəricinin artırılması həyata keçirilsin və ya kiçik sahibkarlar üçün mühasibatlıq meyarları onların dövriyyəsinə uyğunlaşdırılsın. Təklif olunan layihəyə görə, orta sahibkarlar üçün də peşəkar mühasiblərin olması məcburi xarakter daşıyacaq. Orta sahibkarlar illik dövriyyəsi 3 milyon ilə 30 milyon manat arasında dəyişən sahibkarlıq subyektləridir. İnkişaf etmiş əksər ölkələrdə orta sahibkarlıq subyektləri üçün kəskin mühasibatlıq meyarları tətbiq olunmadığından bizdə də bu kateqoriya sahibkarlıq subyektləri üçün peşəkar mühasib sertifikatı meyarlarına gələcəkdə baxılması və orta və iri sahibkarlıq subyektləri üçün differensial dəyişikliklər edilməsi məqsədəuyğun olardı”.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun