» » » Dünya iqtisadiyyatına problemlər vəd olunub

Dünya iqtisadiyyatına problemlər vəd olunub

posted in: Xəbər | 0
birbank biznes

Dünya iqtisadiyyatına problemlər vəd olunub

Dünya iqtisadiyyatıYaxın gələcəkdə bir sıra ölkələrdə koronavirus pandemiyasının növbəti dalğaları nəticəsində dünya iqtisadiyyatı yeni problemlərlə üzləşəcək, Filippinin Mərkəzi bankının rəhbəri Bencamin Diokno belə söyləyib. CNBC onun dediklərinə istinad edib.

“Düşünürəm ki, yaxınlarda baş verənlər, hadisələin qısamüddətli perspektivdə yaxşılığa doğru deyil, pisliyə doğru inkişaf edəcəyini göstərir”, – Diokno belə bəyan edib.

Beynəlxalq valyuta fondunun qiymətləndirməsinə görə, ilin yekunları üzrə dünya ÜDM-i 4,4 faiz aşağı enəcək. Dioknonun qeyd etdiyinə görə, bu hələ optimist proqnozdur.

Dünya peyvəndin başlanılmasından lazımi effekti hələ hiss etməyib, COVİD-19 pandemiyası ABŞ və Avropada iqtisadiyyata artıq yenidən təzyiq göstərməyə başlayıb. Hazırda bütün dünyada 70 milyona yaxın insan virusa yoluxub, bir milyon yarımdan çox adam isə ölüb. Ən mürəkkəb vəziyyət ABŞ, Hindistan və Braziliyadadır. Peyvəndin tapılması, dünya iqtisadiyyatının perspektivini yaxşılaşdıracaq, lakin, bu, 2021-ci ilin birinci rübündən əvvəl baş verməyəcək.

İqtisadi əməkdaşlıq və inkişaf  Təşkilatının (İƏİT) proqnozuna görə, dünya iqtisadiyyatı gələn il əvvəlkindən daha yavaş templərlə bərpa olunacaq. İƏİT-də hesab edirlər ki, dünya ÜDM-i 2021-ci ildə 4,25 faiz və 2022-ci ildə isə 3,75 faiz artacaq. Sentyabrda verilən proqnozda isə göstəricinin növbəti ildə beş faiz artacağı təxmin edilirdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun