» » » Muzdla çalışanların əmək haqqı artıb

Muzdla çalışanların əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

Muzdla çalışanların əmək haqqı artıb

SOCAR

Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3360,6 manat, qeyri-neft-qaz sektorunda 647,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manatdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun