» » » Bernardo Proventsano – Mühasib

Bernardo Proventsano – Mühasib

posted in: Xəbər | 0
birbank biznes

Bernardo Proventsano – Mühasib

Bernardo Proventsano MühasibSiciliya mafiyasının bossu, Korleone klanının başçısı Bernardo Proventsano, Sicilayının kiçik kəndi Korleonedə yoxsul kəndli ailəsində anadan olub. Gəncliyində, o, Korleone klanına daxil olub. Bu klanın bölmə rəhbəri Luçano Luidcio deyirdi ki, Bernardo “mələk kimi atəş açır, amma, cücə kimi düşünür”.

Mafiyanın xaç atasını həmkarları Vəhşi, Mühasib və Buldozer ləqəbləri ilə çağıırdılar – sonuncu ləqəbi, o, barışmazlığına və inadkarlığına görə almışdı. Həmçinin belə bir fikir də vardır ki, Bernardo son ləqəbinə adamları güllə ilə biçib-tökdüyünə görə qazanmışdı. Bütün bunlara baxmayaraq, o özündə həm də yaxşı rəhbər kimi  bir keyfiyyəti də qoruyub saxlaya bilmişdi. Özünün yüksəliş zirvəsində olduğu zaman Proventsano Palermodakı bütün qeyri-qanuni biznes üzərində hakimiyyəti – ticarət, silah və narkotik vasitələr alveri, qumar oyunları evləri – ələ keçirmişdi.

Proventsanonun karyera yüksəlişi 1958-ci ildə – öz rəqibi Luicio Mikele Navarranın öldürülməsindən sonra başlamışdı. Sonrakı on il ərzində Proventsano onlarla cinayətdə və qətllərdə iştirakçı olmuşdu. Ötən əsrin 80-ci illərində koza nostra tam şəkildə Proventsano və onun silahdaşı Salvatore (Toto) Riinanın (“Çırtdan”) nəzarətinə keçmişdi. Barəsində ilk axtarış elan olunduqdan keçən iyirmi il ərzində Proventsanonu hətta axtarmağa belə cəhd etməmişdilər.  Amma, 1990-cı illərin əvvəlində italyan hakimiyyəti “Təmiz əllər” adlandırılan əməliyyata başladı bundan sonra ölkədə mafiya bosslarının həbs dalğaları başlandı. Həmin vaxt Proventsanonun da aktiv axtarışları başlanılmışdı.

2006-cı ilin 11 apreli Bernardo Proventsano üçün ağır gün oldu. Polis tərəfindən o, Siciliyadakı fermada  saxlanıldıqda, artıq 73 yaşında qoca kişi idi. Əynində cins şalvar və sviter var idi. Proventsano bir sıra qətllərə, o cümlədən 1992-ci ildə törədilən ölüm faktına görə artıq qiyabi olaraq mühakimə olunmuşdu. O vaxt Proventsano iki hakimi – Covanni Falkone və Paolo Borsellinonu öldürmüşdü. Yalnız bu iki ölüm faktına görə o, ömürlük həbs cəzası almışdı. Proventsano ömrünün 10 ilini həbsxanada keçirdi və 2016-cı ildə elə orada vəfat etdi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun