Karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

karantinHazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır:

Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kiçik şirkətlərdə işçilərin çoxu ənənəvi iş modelinə qayıtmağa hazır deyil

posted in: Xəbər | 0

ənənəvi iş“Kaspersky” şirkəti dünya üzrə kiçik və orta sahibkarlıq işçilərinin dörddə üçünün (74 %) pandemiya bitdikdən sonra adəti iş prosesinə qayıtmağa hazır olmadığını aşkarlayıb.

Məlumata görə, uzaqdan işə keçid nəticəsində insanlar üçün bundan sonra da əldə saxlamaq istədikləri imkanlar yaranıb: yaxınlarla daha çox vaxt keçirmək (47 %), pula qənaət (41 %) və hər yerdən işləməyin mümkünlüyü (32 %). Bunlar “Kaspersky” tərəfindən 2020-ci ilin oktyabrında aparılan “Pandemiya sonrası iş: o necə təşkil ediləcək” adlı yeni bir araşdırmanın təqdim etdiyi məlumatlardır.

Sorğu göstərib ki, insanlar əvvəlcədən mövcud olan məhdudiyyətlərdən uzaqlaşır və öz mənafelərinin ön planda olduğu daha çevik şəraitdə işləmək istəyirlər. Beləliklə, respondentlərin təxminən üçdə biri əvvəllər qəbul edilmiş bu və ya digər qaydalara qayıtmaq istəmirlər. Məsələn, 39 % respondent səkkiz saatlıq iş qrafikində yenidən işləməyə hazır deyil, 34 %-i ofisə, 32 %-i isə beş günlük iş həftəsinə bağlı olmaq istəmir.

Hər üç nəfərdən biri (32 %) pandemiya bitdikdən sonra uzaqdan işə davam etmək istəyir. İşçilər işəgötürənlərdən, xüsusilə texnologiyanın istifadəsi ilə bağlı dəstək gözləyirlər – sorğu iştirakçılarının 38 %-i bu barədə məlumat verib. Onların rəylərinə görə, daha məhsuldar, təhlükəsiz olmaq və eyni zamanda daima əlaqə saxlaya bilmək üçün lazımi avadanlıqların, alətlərin və texniki dəstəyin əlverişliliyi mühüm əhəmiyyət kəsb edir.

“Pandemiya insanların bir çox proseslərə baxışlarını, iş həyatı və ev mühitin anlamlarını dəyişib. Təcrid zamanı əldə edilən daha böyük vaxt sərbəstliyi bir çox adi və rəhbər işçinin iş prosesinə yeni bucaqdan baxmasına imkan verib,” “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

“Yəqin ki, ev ofisləri həyatımızda hələ uzun müddət qalacaq. Buna görə də, işçilər informasiya təhlükəsizliyi məsələləri də daxil olmaqla, bir çox müstəqil və operativ qərarlar qəbul etməli olacaqlar. Bu, şirkətlərin kiber təhlükəsizliyindən məsul mütəxəssislərin nəzərə alması vacib olan potensial riskləri daşıya bilər”, – o deyib.

Çevik rejimdə işləyən işçiləri qorumaq üçün “Kaspersky” şirkətlərə bir sıra tövsiyə edib.

İş məlumatlarını və cihazlarını həm də parol, şifrə və ehtiyat nüsxə vasitəsilə qorumaq, işçilərin ofis daxilində və xaricində iş tapşırıqlarını yerinə yetirmək üçün istifadə etdikləri istənilən cihazın təhlükəsizliyini təmin etmək lazımdır. Bunun üçün Kaspersky Endpoint Security Cloud kimi bir həlldən istifadə edilə bilər.

Qeyd edək ki, “Pandemiya sonrası iş: o necə təşkil ediləcək” adlı araşdırma “Censuswide” agentliyi tərəfindən xüsusi olaraq “Kaspersky” üçün aparılıb. Anketdə Braziliya, Belçika, Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya, Lüksemburq, Malayziya, Meksika, Hollandiya, Rusiya, İspaniya, Cənubi Afrika, Türkiyə , BƏƏ, İngiltərə və ABŞ-da fəaliyyət göstərən və işçi heyəti 250 nəfəri keçməyən şirkətlərin 8 min əməkdaşı iştirak edib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlığın İnkişafı Fondu auditor seçir

posted in: Audit, Auditor, Xəbər | 0

Sahibkarlığın İnkişafı Fondu auditor seçir

Auditor

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişaf Fondu 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 20-si, saat 12:00-a qədər, qurumun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarlara nə verəcək?

posted in: Xəbər | 0

Malların ixrac qeydi ilə satışı Qaydası“Nazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib. Bu qayda ölkə ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bunu qurumun şöbə rəisi Elnur Yusifov bildirib.

Onun sözlərinə görə, “Malların ixrac qeydi ilə satışı Qaydası”nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

“Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. “Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır, ”- o qeyd edib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 954 955 956 957 958 959 960 2. 388