Dövlət Vergi Xidməti “Asan İmza” ilə bağlı yeni xidmət istifadəyə verib

posted in: Xəbər | 0

Asan İmzaİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.

“Vergi xidmətlərinin böyük əksəriyyətinin elektronlaşdırılmasına baxmayaraq, sahibkarların geniş istifadə etdiyi “Asan İmza”ların əldə edilməsi və yenilənməsi prosesi məsafədən xidmətlər sisteminə daxil edilməmişdi. “Asan İmza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi xidmətləri və ya “Asan xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular. Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxmışdı.

Nazirlər Kabinetinin 4 sentyabr 2019-cu il tarixli qərarı ilə “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklilər edilərək Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmiş şəxslə Mərkəz arasında bağlanılan müqavilənin yazılı formada tərtib edilməsi və sertifikatların kağız daşıyıcıda çap edilərək təqdim edilməsi ilə bağlı tələblər aradan qaldırılmış, imza sahibi tərəfindən sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması üçün Mərkəzə elektron qaydada müraciət etmək imkanının edilməsi üçün hüquqi əsas yaradılmışdı.

Vergi orqanları və vergi ödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, ASXM-lərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVİD-19 təhlükəsinin qarşısını almaq məqsədi ilə İnternet Vergi İdarəsində proqram təminatında dəyişikliklərin edilməsi, bununla da qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması istiqamətində işlərə başlanmışdı.

Aparılan işlər qüvvədə olan “Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasını onlayn formada həyata keçirmək, həmçinin “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün müvafiq imkanının yaradılması ilə bağlı idi.

2020-ci ilin oktyabr ayında bu işlər başa çatdırılıb, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

Artıq sözügedən elektron xidmət istifadəyə verilib. İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni serifikatın alınması və “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank işğaldan azad olunan bütün rayonlarda yeni filiallar açacaq

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan bütün rayonlarda yeni filiallar açacaq

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və nəticədə Qarabağımız işğaldan tam olaraq azad edildi. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirik və başlanan yeni bir dövrdə bol uğurlar arzulayırıq.

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən hazırda bu ərazilərdə infrastrukturun tam bərpası istiqamətində işlər həyata keçirilməyə başlanır. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan rayonlarda, şəhərlərdə və qəsəbələrdə yeni layihələrin tətbiq ediləcəyini bildirir.

Ölkənin ən böyük filial şəbəkəsinə malik Kapital Bank da işğaldan azad olunan rayonlarda yeni filiallarını açaraq, müştərilərə xidmət göstərəcək. Qeyd edək ki, Kapital Bank-ın Şuşa, Laçın, Qubadlı, Ağdam və Cəbrayıl filialları hazırda mövcud olduğu üçün, adlarını daşıdıqları rayonlarda fəaliyyətlərini davam etdirəcəklər. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb. Dövlət orqanları tərəfindən müvafiq yerlərdə şərait yaradılan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV qeydiyyatının ləğvi üçün tələb olunan şərtlər

posted in: Xəbər | 0

ƏDV qeydiyyatının ləğviVergi ödəyiciləri ƏDV qeydiyyatının ləğvi ilə bağlı müəyyən suallarla üzləşirlər. Həmin suallara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi ödəyicisinin Əlavə Dəyər Vergisi qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:

1. Son tam 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100.000 manatdan az olmalıdır;

2. ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.

Misal 1: İstehsal sahəsində fəaliyyət göstərən “A” MMC-nin dövriyyəsi 200.000 manatı keçdiyi üçün ƏDV ödəyicisi kimi fəaliyyət göstərib. Amma istehsal və satışın azalması ilə bağlı olaraq MMC Əlavə Dəyər Vergisi qeydiyyatından çıxmaq barədə qərar verir və satış zamanı mallarının ƏDV-yə cəlb edilməməsini nəzərdə tutur. Bu zaman “A” MMC son 12 ayda vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin nə qədər olduğuna diqqət yetirməlidir.

Təsəvvür edək ki, “A” MMC 2019-cu ilin noyabr ayından Əlavə Dəyər Vergisi qeydiyyatını dayandırmaq barədə oktyabr ayında qərar verir. Bu halda vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il arasınadadövriyyəsinə diqqət yetirmək lazımdır. Əgər həmin 12 ay ərzində vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan aşağıdırsa, o zaman vergi ödəyicisi ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər, əgər dövriyyənin məbləği 100.000 manatdan yüksəkdirsə, o zaman ƏDV qeydiyyatının ləğvi üçün vergi orqanına müraciət etməyə ehtiyac yoxdur.

Məsələnin digər tərəfinə baxaq. Təsəvvür edək ki, vergi ödəyicisinin 1 noyabr 2018-ci ildən 30 oktyabr 2019-cu ilədək vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 100.000 manatdan aşağıdır, son Əlavə Dəyər Vergisi qeydiyyat tarixi isə 1 fevral 2019-cu ildir. Bu halda “A” MMC-nin Əlavə Dəyər Vergisi qeydiyyatının ləğv olunmasına icazə verilməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, Əlavə Dəyər Vergisi qeydiyyatının ləğv olunması üçün son Əlavə Dəyər Vergisi qeydiyyatı tarixindən ən azı 1 il müddət keçməlidir.

Bir il müddət məsələsi daha çox bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu hallarda daha risklidir.

Misal 2: Tutaq ki, fərdi sahibkar 210.000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinə əsasən, fərdi sahibkar həmin əməliyyat həyata keçirilən günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə ilə müraciət etməlidir. Fərz edək ki, fərdi sahibkar ƏDV qeydiyyatına alındıqdan sonra onun qarşı tərəflə müqaviləsi ləğv olunur. Bu halda vergi ödəyicisi ƏDV qeydiyyatından çıxmaq üçün 1 il gözləməlidir.

Onu da qeyd edək ki, Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tarixin ən böyük almazlarından biri tapılıb

posted in: Xəbər | 0

almazBotsvanada (Afrika) 998 karat çəkisində nəhəng almaz tapılıb. Bu qiymətli daş indiyədək nə vaxtsa aşkar edilən ən böyük almazlar siyahısında beşinci yeri tutur, Bloomberg agentliyi belə yazır.

Bu almazı Karove şaxtasında Kanadanın kiçik bir dağ-mədən şirkəti olan Lucara Diamond aşkara çıxarıb. Ümumilikdə götürdükdə,  bu həmin şirkətin sözügedən mədəndən tapdığı ilk nəhəng almaz deyil. Belə ki, Lucara Botsvanada çəkisi 1758 karat olan “Nadir tapıntı” almazını da aşkar etmişdi, sonradan həmin almaz lyuks mallar istehsalçısı Louis Vuitton şirkəti tərəfindən satın alınmışdı. Həmin qiymətli daş tarixin ən böyük almazları siyahısında ikinci yeri tutur.

2015-ci ildə yenə də Karovedəki mədəndən 1109 karat çəkidə olan və “Bizim işıq” adlandırılan almaz tapılmışdı. Sonra həmin qiymətli daş 53 milyon dollara satılmışdı. Elə həmin ildə, elə həmin mədəndən 813 karat çəkisi olan və “Ulduzlar qrupu” adı verilən almaz tapılmışdı. Bu almaz isə 63 milyon dollara satılmışdı.

Dünyada indiyədək aşkar edilən ən nəhəng daş isə – “Afrika ulduzu” adlandırılan və 3106 karatlıq almazdır. Həmin daş 1905-ci ildə Cənubi Afrikada “Premyer” şaxtasında aşkara çıxarılmışdı ki, sonrakı dövrdə həmin qiymətli daş bir neçə hissəyə bölünmüşdü. Həmin hissələrin ən böyükləi hesab olunan iki qiymətli daş (“Afrikanın böyük ulduzu” və “Afrikanı ikinci ulduzu”)  Britaniya tacını bəzəyən qiymətli daşların bir hissəsini təşkil edib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 957 958 959 960 961 962 963 2. 388