» » » Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır

posted in: Xəbər | 0
birbank biznes

Əmanətlərin tam sığortalanmasıAzərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.

Bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.

Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun