» » » Xaricdə auditin xüsusiyyətləri (5-ci hissə)

Xaricdə auditin xüsusiyyətləri (5-ci hissə)

posted in: Audit, Xəbər | 0
birbank biznes

Auditor AuditXaricdə auditin xüsusiyyətləri

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşaiyət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır, auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil, auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

İtaliya auditin dövlət tənzimlənməsinin güclü inkişaf etdiyi ölkələr sırasına aiddir. Qanunvericilik auditorlar tərəfindən ətraflı, təsdiq olunmuş maliyyə hesabatlarını təqdim etməyi şirkətin üzərinə qoyur.

Almaniyada auditor fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bütün auditorlar və auditor firmaları mütləq şəkildə Auditor Palatasının üzvləri olmalıdırlar. Audit nəzarəti, Almaniyada bir neçə istiqamət üzrə həyata keçirilir. Birincisi, maliyyə ilinin sonunda müəssisənin audit nəzarəti. İkincisi, xüsusi audit nəzarəti (təhsil dövründə, direktorların ümumi yığıncağının tapşırığı və s.).

Yaponiyada auditin elə də yaxşı vəziyyəti müşahidə edilmir. Bu, Yaponiyanın korporasiyalarında iqtisadi inkişaf səviyyəsinə müstəqil audit və daxili nəzarət sisteminin qeyri-adekvatlığı ilə xarakterizə olunur. Yaponiya Maliyyə Nazirliyi auditə hədsiz təsir edir ki, bu da auditorların müstəqilliyinə zərər vurur. Yaponiyada mühasibat uçotu və auditin qərb modellərini tətbiq etmək cəhdləri də tam başa çatmayıb. Yaponiya korporasiyalarında daxili audit, ümumiyyətlə, kök sala bilməyib.

Çin hökuməti isə əksinə, diplomlu ictimai mühasiblərin və auditorların sayının artmasını dəstəkləyir. Ölkədə 50 mindən çox auditor təşkilatı və 70 min daxili auditorlar mövcuddur.

Fransada auditlə bağlı məsələləri Ədliyyə Nazirliyi tənzimləyir. Fransada auditor hesablar üzrə komissar adlandırılır, o, auditin aparılması üçün müəssisənin (səhmdarların) mülkiyyətçiləri tərəfindən altı il müddətinə təyin edilir.

Sözgedən mövzuya yekun vuraraq demək olar ki, xarici ölkələrdə audit kifayət qədər inkişaf edib.

Xaricdə auditor xidmətlərinin sayı hər bir ölkədə kifayət qədər böyükdür. Onların fəaliyyəti o qədər geniş yayılıb ki, beynəlxalq auditor firmalarının yaradılmasına gətirib çıxarıb. Qərb ölkələrində auditin inkişafının tədricən yaxşılaşma xarakteri daşıdığını görməmək də mümkün deyil.

Qeyd etmək lazımdır ki, ixtisaslı auditorlara hər zaman və hər yerdə tələbat var və bu peşəyə tələbat ildən-ilə artır. Müasir dövrdə auditor xidmətlərinin əsas vəzifəsi müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericiliyə riayət olunmasına nəzarət etmək, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsi, dövlət orqanlarının və özəl sahibkarların, həmçinin bu və ya digər firmanın, bankın, kooperativin və s. maliyyə vəziyyəti haqqında obyektiv informasiya ilə təmin etməkdən ibarətdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun