Bu halda ƏDV öhdəliyi necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda ƏDV öhdəliyi necə hesablanır?


Teleqram kanalımıza üzv olun


Sual:
Qeyri-rezident müəssisələrə internet üzərindən İT xidməti göstəririksə ƏDV öhdəliyi necə hesablanır?
Cavab:

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri zamanı xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.

Sorğunuzda qeyd olunan xidmətlər rezident müəssisə tərəfindən qeyri-rezident şəxslərə gösətildiyini nəzərə alaraq, həmin xidmətlərin ixracı hesab olunur və ƏDV – yə 0 dərəcə ilə cəlb olunur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əməliyyatçı – xəzinədar tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Əməliyyatçı – xəzinədar / İşəgötürən: Kredit Evi MMC


Teleqram kanalımıza üzv olun


“Kredit Evi”MMC yeni açılacaq olan Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir filialları üçün “Əməliyyatçı – xəzinədar” vakansiyası elan edir.

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Səfərli Aynur
  • Telefon: (012) 436-98-33,18
  • Email: hr@kreditevi.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Əmək Haqqı: Razılaşma ilə
Vakansiya barədə məlumat
  • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
  • Müştərilərə xəzinə xidməti göstərilməsi.
  • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
  • Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
  • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Əməliyyatçı – xəzinədar üçün tələblər
  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
  • İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.
Qeyd
  • Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az / info@finstaff.az ünvanına göndərə bilərlər.
    Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – “Əməliyyatçı – xəzinədar”). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti  dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Hüquqi şəxsin fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (bax 2.4.1-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 AZN əmək haqqı ilə Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib tələb olunur –  Moon Group MMC


Teleqram kanalımıza üzv olun


vakansiya Mühasib

Vakansiya: Mühasib / İşəgötürən: Moon Group MMC

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
  • Telefon: (012) 440-22-11
  • Elanım bitmə tarixi: 25.05.2019
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat

Vakansiya barədə  məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü


Mühasib üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Qeyd

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər hr@moongroup.az / info@finstaff.az

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.