Uçot dərəcəsi azaldılıb

posted in: Xəbər | 0

azərbaycan uçotAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, qurumun rəhbərliyi bu il martın 15-də də faiz dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə (±2%-lik simmetrik diapazonda) endirilib.

Azərbaycan Mərkəzi Bankı faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu şəxslər də sosial sığorta haqqı ödəməlidir

posted in: Xəbər | 0

sosial sığorta haqqıXaricdə sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan vətəndaşları sosial sığorta haqqı ödəməlidirlər.

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən nəzarət tədbirləri zamanı sosial sığorta haqlarının hesablanmasında vacib məqamlar açıqlanıb.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, qanunvericilikdə xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycanda ümumi qaydada “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Teleqram kanalımıza üzv olun


Ancaq bu müddəa 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Buna qədər isə “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanunun keçid müddəalarına əsasən, həmin şəxslərin məcburi sosial sığorta ödənişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üçün müəyyən edilmiş dərəcələrə uyğun hesablanır.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Aparıcı mühasib – Səba Şirkətlər Qrupu

Vakansiya: Aparıcı mühasib

İşəgötürən: Səba Şirkətlər Qrupu

aparıcı mühasib vakansiya


Teleqram kanalımıza üzv olun


Vəzifə: Aparıcı mühasib
İş yeri: Xırdalan şəhəri
Tələblər:

• Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
• Təcrübə: Minimum 2 il (İstehsalat sektorunda olanlara üstünlük veriləcək)
• Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
• Komputer bilikləri: MS Office proqramları , 1C 8.3,
• Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;

Vakansiya üzrə öhdəliklər:

• Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
• Vergi orqanları tərəfindən göndərilən sorğuları izlənilmək və cavablandırılmaq;
• Debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparmaq;
• Gündəlik və aylıq hesabatlar tərtib etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Son tarix: 26.05.2019

Müraciət etmək üçün CV-lərinizi  CV@saba.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ölkəmizdə olan pulların sayı açıqlanıb

posted in: Xəbər | 0

Ölkəmizdə nə qədər pul nişanı var?


Teleqram kanalımıza üzv olun


pul nişanı
“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinazlardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”, – E.Rüstəmov vurğulayıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.