Həyatın yığım sığortası üzrə sosial sığorta ödənişləri və gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0
Həyatın yığım sığortası üzrə sosial sığorta ödənişləri və gəlir vergisinin hesablanması.

Teleqram kanalımıza üzv olun


2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. İşçinin vergiyə cəlb edilən muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Bəzi hallarda işəgötürən sosial sığorta haqlarından azad edilməklə sığortaçı şirkətə ödənilən işçinin 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqlarını da işçinin xeyrinə sığortaçı şirkətə ödəyir. Bu zaman nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad olunmuş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Misal: 
Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat; Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat; İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500 manatın 22%-i).

Bu halda işçinin aylıq gəliri 1.110 manat təşkil edir (1.000 manat əməkhaqqı + şəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda, yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olunacaq, qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.

Bunlardan əlavə, nəzərə alınmalıdır ki, həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda, sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır. İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir.

Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır.

Həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən isə sosial sığorta haqqı hesablanmır.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faiz gəlirləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növüdür.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)


Nigel Cumberland
Heç bir şeyə təəssüflənməyin. xöşbəxt insanların daha 99 qaydası

Nigel Cumberland – ın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edirik.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

3-cü hissə (2-ci hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Öz gələcəyinizi yaradın

Gələcək – bu daxil olduğumuz deyil. Bu, bizim yaratdığımızdır

Leonard Svift

Uğurlu insanlar heç vaxt kor-koranə hadisəyə və ya müvəffəqiyyətə  ümid etmirlər. Ola bilsin ki, belə bir insana baxdıqda siz güman edirsiniz ki, onun sadəcə bəxti gətirir. Ehtimal ki, o, lazım olan zamanda lazım olan yerdə olub. Əslində isə hətta ən kiçik uğur belə – uzunmüddətli, bəzən isə illərlə vaxt aparan hazırlıq və asan olmayan işlərin nəticəsidir.

Arzuların həyata keçməsi üçün sadəcə arzulamaq və plan qurmaq kifayət deyil. Uğur və ya tale sizinlə bağlı baş verənlərdə heç nəyi müəyyən etmir, olanlardan fəaliyyətə keçmək üçün gələcək yaratmaqla bağlı özünüzü məhz, özünüz inandırmalısınız.  Özünüzü düşüncələrin bu obrazına kökləməli və özünüzə nəzarət etməlisiniz. İsrarlı olmağa, çox işləməyə, çox şeyləri qurban verməyə, risk etməyə və sadəcə lazım olanı etməyə hazır olun.

Heç vaxt özünüzdən üz çevirməyin və öz həyatınızı dalğaların iradəsinə buraxmayın.  Bir məşqçi kimi mən öz gələcəklərinə istənilən təsir etmək cəhdlərini bir kənara atan çoxlu insanlar görmüşəm. Onlar şəxsi məsuliyyətdən boyun qaçırıblar, bundan ötrü cürbəcür şübhəli bəhanələr səsləndiriblər və özləri

ilə baş verən bütün uğursuzluqlarda təqsiri bəxt gətirməzliyinin və ya digər adamların üzərinə atıblar. Ən asanı isə özünü inandırmaqdır: bu vaxta kimi uğur gəlməyibsə, deməli bundan sonra da olmayacaq. Lakin, siz həqiqətən layiqli gələcək qurmaq istəyirsinizsə, onda bu fatalist düşüncə obrazlarını dəf etməlisiniz.

Bir çoz uğurlu adamlar vaxtilə məqsədə çatmaq üçün irəlilədikləri yolda az iztirab çəkməyiblər. Misal üçün, Winston Churchill Böyük Britaniya tarixində ən görkəmli baş nazirlərdən biri olana kimi siyasi səhnədə uzun zaman müvəffəqiyyətsizliklərə düçar olub.

Keçmişinizin gələcəyinizə təsir etməsinə imkan verməmək üçün, ilk növbədə başqa cür düşünməyə başlayın. Ən başlıcası – siz düşünürsünüz və hiss edirsiniz. Özünüzə öz gələcəyinizi qurduğunuzu söyləyə bilərsinizmi? Bu çox mühümdür. Ernest Henley-nin söylədiyi kimi “siz öz taleyinizin hakimisinizmi”?

Fəaliyyət üçün təlimat

Qanadlarınızı kəsməyə heç kimə imkan verməyin

Elə an gəlib çatacaq ki, siz hökmən öz arzularınızı yaxınlarınız, dostlarınız və ya həmkarlarınızla bölüşmək istəyəcəksiniz, amma ehtiyatlı olun: böyük əksəriyyət həyata pessimistlərin məlum prinsipi ilə baxırlar: “stəkan yarıya qədər boşdur”. Ürəyinizi açmaq istədiyiniz şəxslər arsız, paxıl, qəddar və ya istehzalı ola bilərlər. Məni məşqçi kimi qəbul edib yanıma gələnlərin bəziləri öz arzularını yaxınlarına söylədikdə, belə cavablar eşidiblər: “Sən zarafat edirsən!” və ya “Göylərdən yerə en!” Ətrafınızda olanlar başlanğıcda sizin planlarınızı qəbul etməyə bilərlər, belədə onlara öz fikirlərini dəyişdirmək üçün zaman verin.

Sizi dəstəkləyən bilən adamları axtarın, öz gələcəyinizi qurmaq üçün lazım olan mühiti qurun. Bu planlarınızı qəbul etməyən və ya buna şübhə ilə yanaşan adamlarla ünsiyyət qurmaq zərurətindən sizi təbii şəkildə azad edə bilər.

  Öz baxışlarınızı bir daha nəzərdən keçirin

Öz gözəl gələcəyinizi yarada biləcəyinizə inanmaq çətindir?  Bizə nəyəsə inanmaqda mane olan məhdudiyyətləri dəf etmək həmişə elə də asan deyil. Amma, bu şübhələrin haradan qaynaqlandığını başa düşdükdə, onları dəf etmək asanlaşır.

Elə indicə arzularınıza aparan yolda maneə kimi duran şeyləri bir-bir yazın. Pisdən qorxmaq mütləq şəkildə normaldır və ya güman etmək olar ki, problemlər zənn edildiyindən də ciddidir. Belədirsə, onları yazın, bu neqativ amillərlə bağlı öz baxışlarınızı dəyişdirməyə cəhd edin və onları pozitiv nəzərlərlə seyr edin. Misal üçün, əgər sizi işdən çıxarıblarsa, hesab edin ki, bunu etməklə sizə azadlıq bəxş ediblər və daha yaxşısını tapmaq üçün imkanlar yaradıblar.

Planlarınız və arzularınızı araşdırın, sonra isə özünüzdən ən çox nədən narahat olduğunuzu soruşun? Baş verə biləcək ən pis şey barədə düşünün və vicdanla cavab verin, məhz, onun bu cür baş verə biləcəyi nə qədər ehtimal olunur. Bu qədər can atdığınız gələcəyinizi qurmağı yarıda saxlamaq və bundan əl çəkməkdən ötrü sözügedən səbəb kifayətdirmi?

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının online dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının online dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33, 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.10.2013-cü il tarixli

1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının online dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– ərizənin icraya qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmtəə-material ehtiyatlarının uçotu qaydası

posted in: Vergi, Xəbər | 0

Əmtəə-material ehtiyatlarının uçotu qaydası.


Teleqram kanalımıza üzv olun


Vergi ödəyicisi öz istehsal fəaliyyətində məhsul istehsalı üçün istifadə etdiyi malları və yaxud ticarət fəaliyyəti zamanı satdığı malları, əmtəələri alır və yaxud idxal edir. Bu halda vergi ödəyicisinin aldığı, idxal etdiyi malları necə, hansı qaydada, hansı dəyərlə uçota almaq kimi öhdəliyi yaranır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Mülkiyyətdə olan malların, ehtiyatların uçotunun aparılması qaydaları həm Vergi Məcəlləsində, həm də “Ehtiyatlar üzrə” kommersiya təşkilatları üçün 8 nömrəli Beynəlxalq Mühasibat Uçotu Standartında öz əksini tapıb:

VM-nin 139-cu maddəsinə əsasən, vergi ödəyicisi öz mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Vergi ödəyicisi istehsal etdiyi hazır malları onların istehsalına çəkdiyi xərclərinə, satın aldığı malları isə satınalma qiymətlərinə əsasən uçotda əks etdirməlidir. Həmçinin, bu malların nəql olunması və onların saxlanması üçün çəkilən birbaşa xərclər, idxal rüsumları, əvəzləşdirilməyən vergilər də malların dəyərinə daxil edilməlidir.

Tutaq ki, mebel istehsalı ilə məşğul olan şəxs ay ərzində 10 ədəd mebel istehsal edib. Bir ədəd mebelin istehsalına çəkilən məsrəflər cəmi 2.500 manat təşkil edir. Deməli, sahibkar həmin mebellərin hər birini 2.500 manatla uçota alır və bu halda mal-material ehtiyatlarının cəmi 25.000 manat təşkil edir.

Beynəlxalq mühasibat uçotu standartlarında malların satışına və istehsal məsrəflərinə sərf olunan zaman həmin malların dəyəri daha çox iki metodla:

  • FIFO (first in-first out, yəni ilk mədaxil-ilk məxaric) və ya AVCO (average cost, yəni orta xərc) metodu ilə məsrəflərə aid edilir.

Misal:

Telefon ticarəti ilə məşğul olan sahibkar 1 noyabr 2018-ci il tarixdə hər biri 200 manata 50 ədəd, 1 dekabr 2018-ci il tarixdə hər biri 250 manata 40 ədəd telefon alır. Və 25.12.2018-ci il tarixdə hər biri 350 manata 60 ədəd telefon satır. Bu halda o, 21.000 (60 * 350 = 21.000) manat gəlir əldə edir.

  • Əgər vergi ödəyicisi ehtiyatları, malları FIFO metodu ilə uçota alırsa, o zaman satılan malların maya dəyəri 12.500 (50 əd. * 200 man. = 10.000 və 10əd. * 250 man. = 2.500) manat təşkil edir.
  • Əgər vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu AVCO (orta xərc) metodu ilə aparırsa, o zaman vergi ödəyicisinin aldığı 90 ədəd malın orta xərci 222,22 manat (50 ədəd * 200 manat + 40 ədəd * 250 manat) / 50 ədəd + 40 ədəd) təşkil edir.
  • Satılan malların maya dəyəri isə 13.333,20 manat (60 ədəd * 222,22 manat) təşkil edir.

Bəzən elə olur ki, vergi ödəyicisinin əmtəə-material uçotuna aid etdiyi mallar müəyyən müddətdən sonra köhnəlib dəbdən düşür. Və yaxud müəyyən səbəbdən maya dəyərindən də aşağı qiymətləndirilir.

Bu zaman qanunvericilik icazə verir ki, əmtəə-material uçotuna aid edilən mallar, hazır məhsullar faktiki satıla bilən qiymət əsas götürülməklə qiymətləndirilsin.

Tutaq ki, müəssisə kompüterlərin alğı-satqısı ilə məşğuldur. Vergi ödəyicisinin anbarında hər birinin qiyməti 1.000 manata alınmış 50 ədəd kompüter var. Lakin bazara artıq yeni nəsil kompüterlər daxil olur. Faktiki olaraq anbarda fiziki vəziyyəti saz olan, lakin mənəvi cəhətdən köhnəlmiş həmin kompüterlər artıq bazarda 300 manata təklif edilir.

Bu halda, mənəvi cəhətdən köhnəlmiş həmin kompüterləri hələ də 1.000 manata uçota almaq doğru deyil. Onlar qanunvericiliyin verdiyi hüquqa əsasən, satılabilən dəyəri əsas götürülməklə qiymətləndirilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.