Səhmlərin alğı-satqısı zamanı verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

Səhm alğı-satqısı zamanı verginin hesablanması


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə qədər hüquqi şəxsin iştirakçısının paylarının (səhmlərinin) nominal dəyərə alğı-satqısı zamanı müəssisənin xalis aktivlərinin dəyəri ilə nominal dəyəri arasındakı fərqdən vergilərin hesablanması hallarına rast gəlinirdi. Məcəlləyə əlavə edilmiş 96.5-ci və 104.6-cı maddələr bu məsələnin həlli baxımından ciddi əhəmiyyət daşıyır.

Vergi hüququ üzrə ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərkən konkret misallar əsasında mühüm məqamlara aydınlıq gətirib. Qeyd edib ki, şirkət təsisçilərinin iştirak paylarının və ya səhmlərinin alğı-satqısı zamanı vergitutma həyata keçirilərkən nizamnamə kapitalı, balansda olan əmlakların, xalis aktivlərin dəyəri kimi vacib amillər əsas götürülür. Məsələn, tutaq ki, rezident “A” MMC-nin nizamnamə kapitalı nominal dəyəri 10 manat olan 1 paydan ibarətdir, balansında isə 50.000 manat dəyərində daşınmaz əmlak var.

“A” MMC-nin iştirakçısı həmin payını “B”yə (hüquqi və ya fiziki şəxsə) satdığı zaman bəzən vergi orqanları “A”nın balansında olan daşınmaz əmlakın dəyəri ilə nizamnamə kapitalındakı payların nominal dəyəri arasındakı fərqi (50.000 – 10 = 49.990) vergiyə cəlb edilən gəlir kimi qiymətləndirirdilər.

Qanunvericilikdə belə vergitutma obyekti əks olunmadığı üçün bir çox hallarda mübahisələr yaranırdı. Təqdimetmə zamanı müəssisənin balansında olan əmlak deyil, iştirakçının payı təqdim olunurdu. Əks halda, dövlət reyestrində həmin payla yanaşı, daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi də qeydiyyata alınmalı idi. Müəssisə tərəfindən həmin aktiv təqdim edilmədiyi üçün həmin müəssisənin balansında qalırdı.

Yəni hüquqi şəxsin təsisçilərinin dəyişməsi (təsis payının təqdim edilməsi) həmin hüquqi şəxs üçün vergi öhdəliyi yaratmırdı. Yalnız payını satan təsisçi qeyri-rezident olduqda payın satışından gəlir Azərbaycan mənbəyindən gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb oluna bilərdi.

Belə mübahisələr məhkəmə müstəvisində araşdırılan zaman da payın alğı-satqısında notariusun depozit hesabına ödənilən məbləğin əsasən nominal dəyərə mütənasib olması müəyyən edildiyi üçün, əsasən, vergi ödəyicilərinin xeyrinə yekunlaşırdı. Yalnız depozit hesaba ödənilən məbləğ nominal dəyərdən artıq olduğu halda, həmin fərqdən vergiyə cəlb edilən gəlir (mənfəət) formalaşa bilərdi.


Payların (səhmlərin) xalis aktivlərin iştirak payına və ya səhmlərə
mütənasib dəyərindən yuxarı və ya aşağı qiymətə təqdim olunması
hallarında vergilərin hesablanmasının fərqli qaydaları müəyyən edilib


Məcəlləyə əlavə edilmiş 96.5-ci və 104.6-ci maddələrlə vergi qanunvericiliyinə “kapital” anlayışı, “xalis aktivlərin dəyəri” ifadəsi gətirilib. Bununla da yuxarıda göstərilən qaydada alğı-satqı əməliyyatlarında vergitutmanın yeni qaydası müəyyən edilib.

Həmin maddənin məzmunu bundan ibarətdir ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alındıqda həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Maddənin məzmunundan göründüyü kimi, payların (səhmlərin) xalis aktivlərin iştirak payına və ya səhmlərə mütənasib dəyərindən yuxarı və ya aşağı qiymətə təqdim olunması hallarında vergilərin hesablanmasının fərqli qaydaları müəyyən edilib. Tutaq ki, rezident “A” MMC-nin nizamnamə kapitalı nominal dəyəri 500 manat olan paydan ibarətdir, xalis aktivlərinin iştirak payı isə 10.000 manat təşkil edir. “A” MMC-nin iştirakçısı nizamnamə kapitalındakı iştirak payını 15.000 manata, yəni xalis aktivlərin iştirak payından yuxarı qiymətə satır.

Bu halda, şəxsin vergiyə cəlb edilən gəliri faktiki təqdimolunma qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərqdən, yəni 15.000 – 500 = 14.500 manatdan hesablanacaqdır. Əgər MMC-nin iştirakçısı öz təsis payını xalis aktivlərinin iştirak payından, yəni 10.000 manatdan aşağı qiymətə satacaqsa, o zaman şəxsin vergiyə cəlb olunan gəliri alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərqdən, yəni 10.000 – 500 = 9500 manatdan hesablanacaq.

Maddənin 2-ci cümləsinin izahına gəlincə, bunu aşağıdakı misalla izah etmək olar:

Tutaq ki, “A” MMC nominal dəyəri 10 manat olan iştirak payını və ya səhm – i 50 manata almışdır, xalis aktivlərinin dəyəri isə 2.000 manatdır. MMC-nin iştirakçısı öz payını və ya səhmini satdığı zaman xalis aktivlərin dəyəri ilə (2.000 manat) nominal dəyər (10 manat) arasındakı fərq deyil, xalis aktivlərin dəyəri ilə iştirak payını (səhmini) faktiki aldığı qiymət (50) arasındakı fərq vergiyə cəlb olunacaqdır. Yəni vergiyə cəlb olunan gəlir (mənfəət) 2.000 – 50 = 1950 manat olacaq.

Beləliklə, iştirak payının və ya səhmin mülkiyyətçisi olan hüquqi şəxslərin bu satışdan əldə etdiyi mənfəət 20 faiz, fiziki şəxslərin gəliri isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.27-ci və 106.1.19-cu maddələrə görə, şəxsin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirinin (mənfəətinin) 50 faizi vergidən azaddır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 AZN əmək haqqı ilə Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / Şirkət: Grand Motors

Əmək Haqqı: 800 – 1000 AZN
Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Elanın bitmə tarixi: 24.05.2019
  • Əlaqədar şəxs: HR Department
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
Vakansiya barədə məlumat

– Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
– Rəsmi hesabatların hazırlanması(Vergi, Statistika, DSMF);
– Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,qaimə-fakturaların yazılması;
– Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
– Banklarla və digər orqanlarla hesablaşmalar

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə minimum 3-5 il iş təcrübəsi (istehsal, ticarət, inşaat)
– MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı;
– Azərbaycan və rus dillərini əla səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük verilir;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
– Yaş: 25-35 arası;

İş Qrafiki

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Qeyd

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dünyanın tanıdığı məşhur “Mühasibi” kim həbs etmişdi?

posted in: mühasib, Məqalə, Xəbər | 0

Dünyanın tanıdığı məşhur “Mühasibi” kim həbs etmişdi?


Teleqram kanalımıza üzv olun


Bütün dünyaca məşhur qanqster və mafiya başçısı Al Kaponenin bir peşəsi də mühasib olub. Yəqin ki, bu haqda məlumatı olanlar az deyil. Yəqin elə o səbəbdəndir ki, ABŞ-ın hüquq-mühafizə orqanları uzun müddət bu mafiya başçısını həbs etmək üçün həyata keçirdiyi cəhdlər boşa çıxırdı. Bu şəxsi nə qətllər, nə də digər cinayətlərinə görə həbsxanaya sala bilməmişlər. Lakin, sonda bu mümkün olub. Amma, sözügedən hadisə necə baş verib, bu haqda bir qədər geniş məlumat verək.

88 il bundan əvvəl, 1931-ci il oktyabrın 17-də ABŞ-ın ən məşhur cinayətkarı – Al Kapone həbs edilib. Bunu həmişə qəbul olunduğu kimi heç də FTB agentləri etməmişdilər. Yox, o, vergi xidmətinin agentləri tərəfindən həbs olunmuşdu.

O dövrdə, ABŞ-da alkoqollu içkilərin satışının qadağan olunduğu zamanlarda, Al Kapone bu içkilərin qeyri-leqal tədarükü ilə məşğul olurdu və bu ona böyük miqdarda gəlirlər gətirirdi. Bundan əlavə, o, küçə qadınlarına, azartlı oyunlara və reketçiliyə nəzarət edirdi.

“Şəxsi heç nə yoxdur, bu sadəcə biznesdir!” məşhur ifadəsi məhz, Al Kaponeyə məxsus idi. “Pulların yuyulması” ifadəsi də öz başlanğıcını elə bu qanqsterdən götürüb. İş onda idi ki, əyri yollarla qazanılan pullar xüsusi xidmət orqanlarının diqqət mərkəzində olduğundan, Al Kapone həmin pulları xərcləməkdə çətinlik çəkirdi, bu səbəbdən o, çirkli pulların “yuyulmasından” ötrü böyük bir şəbəkə qurmuşdu ki, orada həmin məbləğlər aşağı qiymətlə qəbul edilirdi. Müştərilərin real sayı çox olduğundan, gəlirlər qrafasında demək olar ki, istənilən rəqəmi yazmaq olurdu.

Prezident Herbert Huver bütün xüsusi xidmət orqanlarına Al Kapone ilə ciddi məşğul olmağı tapşırmışdı. “Mən istəyirəm ki, bu oğlan həbsxanada olsun” – ibarəsi prezidentə məxsus idi ki, o belə bir ifadə ilə maliyyə naziri Endyu Lellona müraciət etmişdi və bu Kaponeyə qarşı qarmağın atılmasında böyük rol oynadı.

Onu qətldə ittiham edən federal hökumət Kaponenin həbsi üçün çoxdan səbəb axtarırdı, lakin polisdə bununla bağlı dəlil-sübut olmadığından, qanqster hər dəfə bütün ittihamlardan bacarıqla canını qurtarırdı. Və elə o zaman Al Kaponeni vergiləri ödəməməkdə ittiham edib, tutmaq qərarına gəldilər.

Cəmiyyətin bir nömrəli düşməninə qarşı bu nümunəvi ovda baş rol daxili yığımlar xidmətinə (DYX) tapşırılmışdı. İqtisadi polis tərəfindən hücum təşkil olunmuşdu. Bu xidmət uzun çəkən beş il ərzində Al Kapone barədə məlumatlar topladı, nəhayət qanqsterə ittiham irəli sürmək üçün lazımi qədər sübut və dəlillər toplandı. Mafiya başçısı vergidən yayınma ittihamı ilə həbs edildi və bunu sübuta yetirmək mümkün oldu. Bu tarixi bir hadisə idi.

Al Kapone dövründə bu elə də bir yenilik deyildi. Əksər amarikalılar kimi o da qeyri-leqal gəlirlərdən vergi ödəmədiyinə görə insanın həbs oluna biləcəyinə inanmaqdan imtina edirdi.

Qeyri-leqal fəaliyyətlə məşğul olan amerikalı FTB-nin və polisin izləmələrindən dəfələrlə yayına bilirdi, amma, vergi idarəsinin izləməsindən heç vaxt qaçmağı belə düşünmürdü. Üzərinə düşən bütün vergiləri, o cümlədən qeyri-leqal fəaliyyətlə bağlı vergiləri ödəyəndə, vergi orqanları səndən əl çəkirdi, amma, bu zaman FTX və prokurorluq işə qarışırdı. Qeyri-leqal biznes barədə susanda isə onlar da səndən uzaqlaşırdı, amma, vergi polisi böyük diqqətlə sənin bütün bank hesablarını və xərclərini yoxlamağa başlayırdı. Və bu dəfə artıq vergi işləri ilə əlaqəli çağırış vərəqini gözləməli olurdun.

FTB Çikaqoya öz adamlarından ibarət bir dəstə, o cümlədən təkəbbrülü agenti Eliot Nessi və vergi idarəsinin məmuru Frenk Vilsonu göndərmişdi.

Eliot Nesə mafiya 2000 dollar (o zamanlar üçün bu böyük pullar idi) rüşvət təklif etmişdi, amma agent həmin pullardan imtina etmişdi.

O dövrdə vergi xidmətinə Elmar Ayri rəhbərlik edirdi. Elə o, öz agentləri üçün saxta şəxsiyyət vəsiqələri hazırlamağı əmr etmişdi. Həmin agentlər qanqsterin “ailəsinə” daxil olub, onun etibarını qazana bilmişdilər.

Kapone imperiyasının məhvinin başlanğıcını ABŞ Vergi polisi tərəfindən Çikaqo cinayətkar aləminə sızdırılan ən yaxşı agentlərdən biri, Eddi OʼHeyr qoydu. O, vergi müfəttişlərinə Kapone imperiyasının real dövriyyəsini əks etdirən və Kapone tərəfindən gizlədilən sənədlərin yerini nişan verdi və onun maxinasiyalarını əks etdirən mühasiblik kitablarını əldə etməyə kömək etdi.

“Gizli ticarət kralını” isə Al Kaponenin məxfi idarələrindən birində təsadüfən uçot kitabına rast gələn təcrübəli mühasib Frenk Vilson həbs etdirdi. Al Kaponenin şəxsi mühasibi Lesli Şaumeyanı kitabdakı yazı xətti ilə müəyyən edən Uilson. Frenk Uilson həmin mühasibi axtarıb tapa bildi. Kaponenin mühasibinə məlumat mübadiləsi və əməkdaşlıq qarşığında toxunulmazlıq vəd olundu və onu prosesdə qanqstrerə qarşı ifadə verməyə məcbur etdilər.

Sənədlərin diqqətlə aparılan təhqiqatı göstərdi ki, Al Kapone hətta indinin özü üçün belə yüksək sayıla biləcək bir məbləğdə – 215 milyon dollarlıq vergiləri ödəməyib!

Prosesin özü zərgər dəqiqliyi ilə hazırlanmışdı – sübut və dəlillər çox az idi və məhkəmə işinin taleyi həmin sübutların necə təqdimatından asılı idi. İttiham 22 bölümdən ibarət idi, orada beş il ərzində ödənilməyən vergilərlə bağlı faktlar sadalanırdı.

Qəfildən həbs edilən Al Kapone məhkəmədə qışqırırdı: “Bu ki, absurddur! Siz qeyri-leqal gəlirlərə görə vergi ödənişləri tələb edə bilməzsiniz!” Amma, sən demə, bu mümkün imiş!

Təsdiq olunmuş və ödənilməmiş məbləğ o dərəcədə kiçik idi ki, Kapone bunu kiçik oğlunun cib xərcliyi üçün ayırdığı puldan ödəyə bilərdi, lakin, ittiham tərəfi “Bütün dövrlərin və xalqların qanqsterinin” bu işi məhkəmədən kənarda 400 min dollara (o dövr üçün kosmik məbləğ) yoluna qoymaq təklifini rədd etdi. Həmçinin onun öz təqsirini qismən etiraf etmək yolu ilə cəza müddətinin azalması təklifi də qəbul olunmadı.

Sonra isə vergi işçilərindən kimlərinsə qətlə yetirilməsi cəhdi də boşa çıxdı. İş məhkəməyə qədər çatdırıldı. Sonda o, andlı məhkəmə üzvlərini pulla ələ almağa girişdi (görünür bunu etməyə müvəffəq ola bilmişdi), amma, 1931-ci il oktyabrın 7-də məhkəmə iclasının başlanmasına bir neçə dəqiqə qalanda, hakim andlı üzvlərin heyətini tam şəkildə dəyişdirdi.

On gün ötdükdən sonra andlı məhkəmə üzvləri doqquz saatlıq qızğın müzakirələrin ardınca Al Kaponeni vergi cinayətlərində təqsirli bildilər. O, həmin dövr üçün maksimum cərimə məbləğinə – 50 000 dollar, həmçinin məhkəmə xərcləri kimi 30 000 min dollar və sözügedən cinayət əməlinə görə isə 11 il həbs cəzasına layiq görüldü. Bu vergi cinayətlərinə görə ABŞ tarixində çıxarılan ən uzunmüddətli cəza idi.

Beləliklə, peşəsinə görə həm də mühasib olan məşhur qanqster məhz, peşəkar mühasibin səyləri nəticəsində həbsxanaya salındı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

             

Vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə

– dəyişikliyi təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (e-qutuya göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.2.7-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.