Bu şəxslər Baş Mühasib vəzifəsini icra edə bilməyəcəklər

posted in: mühasib, Xəbər | 0

İxtisasca mühasib olmayanlar baş mühasib vəzifəsini icra edə bilməyəcəklər.


Teleqram kanalımıza üzv olun


baş mühasib

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) edilən dəyişikliyə əsasən, büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimələnəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə olunub. Beləliklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcəklər.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bunun hansı zərurətdən irəli gəldiyini açıqlayıb. Onun sözlərinə görə, mühasibat maliyyə ilə bağlı sahə olduğuna görə, bu işlərlə yalnız həmin ixtisası bilən adamların məşğul olması daha məqsədəuyğundur:

– “Məcəlləyə dəyişikliyin edilməsi qeyri-qanuni fəaliyyətin, vergi, maliyyə ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyır. İstənilən peşə ilə peşəkar səviyyədə məşğul olmaq lazımdır. Əgər adamın bu peşə ilə bağlı təhsili, hər hansı sertifikatı yoxdursa, deməli, qanunverciliklə müəyyən edilən standartlara, tələblərə cavab vermir. O zaman bu şəxslərlə işləmək çətinləşir”.

Qeyd olunub ki, peşə ilə bağlı qayda-qanun yaratmaq, fəaliyyətin qanunvericiliyin tələbələrinə uyğun həyata keçirilməsini təmin etmək baxımından, müəyyən edilmiş tələblərə cavab verən şəxslərin uyğun işlə məşğul olması məqsədəuyğundur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Offshore zonalarda aparılan əməliyyatlar üzrə vergitutma

posted in: Vergi, Xəbər | 0

Offshore zonalarda aparılan əməliyyatlar üzrə vergitutma.


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsində 1 yanvar 2017-ci ildən aparılmış dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrə və ərazilərə (offshore zonalara) aparılan ödəmələrdən 10 faiz dərəcə ilə vergi tutulur. Dəyişikliyin tətbiq olunduğu zaman ərzində offshore zonalarla vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların əhatə dairəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, offshore zonalarla aparılan əməliyyatlar zamanı vergilərin hesablanmasını nəzərdə tutan əməliyyatların dairəsinin dəqiqləşdirilməsi vergi ödəyicilərinin offshore zonalarda qeydiyyatdan keçməyən qeyri-rezidentlərlə müqavilə bağlayaraq pul vəsaitlərini həmin şəxslərin offshore zonalarda yerləşən banklarında açılmış hesablarına köçürməklə vergidən yayınmasının qarşısını alacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məşğulluq altsistemi fəaliyyətə başlayacaq

posted in: Xəbər | 0

Məşğulluq altsistemi fəaliyyətə başlayacaq.


Teleqram kanalımıza üzv olun


müavinətin təyin edilməsiYaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi fəaliyyətə başlayacaq.

Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar məşğulluq mərkəzlərinə gəlmədən altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır.

Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkün olacaq. Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti yaradılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu peşə növlərinə hansı hallarda maliyyə sanksiyası tətbiq olunur?

posted in: Vergi, Xəbər | 0

Ofisiant və ya aşpazlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunur?


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, aşağıda qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan vergi ödəyiciləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır:

  • Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət;
  • Fərdi foto, audio-video xidmətləri (foto-studiyalar istisna olmaqla) sahəsində fəaliyyət;
  • Çəkməçi, pinəçi
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
  • Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər;
  • Nəqqaşlıq emalatxanalarının fəaliyyəti;
  • Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər;
  • Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər.

Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyası tətbiq edilir:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

 

  • təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

  • İqtisadçı ekspert Anar Bayramov maliyyə sanksiyasının hesablanmasını misalla belə izah edir: “Tutaq ki, Bakı şəhərində fəaliyyət göstərən “AA” MMC-yə məxsus olan restoranda Məmməd Əliyev ofisiant kimi çalışır. Operativ vergi nəzarəti zamanı məlum olur ki, həmin şəxsin VÖEN-i olsa da, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almayıb. Bakı şəhərində fəaliyyət göstərən ofisiant üçün aylıq verginin məbləği 20 manat olduğu üçün təqvim ilində ilk dəfə olduğu halda ona 8 manat (20 manatın 40 faizi) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
    Təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. Bu maddədə bir məsələyə diqqət yetirmək lazımdır.

    Operativ vergi nəzarəti müəyyən edilən zaman məlum olur ki, ofisiant restoranda çalışır, amma VÖEN-ə malik deyil. Bu zaman artıq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, restoranın sahibi olan vergi ödəyicisinə əmək müqaviləsi olmadan işçi cəlb etməsinə görə maliyyə sanksiyası tətbiq olunur”.

    Qeyd edək ki, 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən bir il müddətində bu hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.